İlk tunc dövrü. Kür-Araz mədəniyyəti



Yüklə 48,54 Kb.
səhifə1/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
  1   2   3   4   5   6   7   8   9   ...   14
Az tarixi qısa


İlk tunc dövrü. Kür-Araz mədəniyyəti.

İlk Tunc dövründə Azərbaycanın demək olar ki, bütün ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulur, mənimsənilir. Bu dövrdə şimal-şərqi Qafqazın, həm də Cənubi Azərbaycanın və Şərqi Anadolunun əsas ərazilərində Kür-Araz mədəniyyəti adı altında tanınmış vahid maddi-mədəni irsə sahib qəbilələr məskunlaşır. Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. Bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edir.Əkinçilik və maldarlığın yüksək inkişafı əhalinin artımına və patriarxal münasibətlərin qəti olaraq möhkəmlənməsinə səbəb olur. Ayrı-ayrı maldar qəbilələrin daxilində mülki və sosial təbəqələşmə artır, hakimiyyət və mülkiyyət qəbilə başçılarının əlində cəmləşir.Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşır. Naxçıvanda I Kültəpə, Ovçulartəpəsi, Qazaxda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və Yanıqtəpə belə yerlərdəndir. Azərbaycanın digər ilk tunc dövrü yaşayış yerləri yeni ərazilərdə bina olunur. Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda Qaraköpəktəpə və Günəştəpə, Beyləqan rayonunda Çardaxlıtəpə, Cəlilabad rayonunda Mişarçay, Xaçmaz rayonunda Qəflə təpələri, Dəvəçi rayonunda Sərkərtəpə, Ağcabədi rayonunda Cüttəpə, Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Qarahacı və s. Yaşayış yerlərini göstərmək olar.Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi. İlk tunc dövrü təsərrüfatının mühüm sahəsini maldarlıq təşkil edirdi. Osteoloji material göstərir ki, sürüdə bütün ev heyvanları var idi. Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir. Azərbaycanda Kür – Araz mədəniyyəti yaşayış yerlərindən suvarma şəraitində becərilən dən qalıqları əldə edilmişdir. Azərbaycanda süni suvarma ilə yanaşı, dağlıq rayonlarda dəmyə əkinçiliyi əsas yer tuturdu. İlk tunc dövrü bəzi yaşayış məskənlərində tunc oraqlara da rast gəlinmişdir. Azərbaycanda belə oraq I Kültəpədən tapılmışdır. Azərbaycanın bir çox yaşayış yerlərindən metal istehsalı ilə bağlı olan müxtəlif əşyalar hazırlanırdı. Azərbaycanda erkən dövr metal sənayesinin öyrənilmə tarixində Babadərviş yaşayış yerində tədqiq edilmiş misəritmə kürə qalıqları böyük əhəmiyyət kəsb edir. Yarımköçəri maldarlıqla məşğul olan qəbilələr özlərinin həyat tərzi sayəsində onlar texnika və mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdu. Mübadilə müntəzəm səciyyə alır. Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi olur. Kişiyə pərəstiş oda pərəstişlə əlaqələndirilir. Məhsuldarlıq rəmzi kimi gil manqalların və sacayaqların kişi əlamətini əks etdirən təsvirlərlə hazırlanması halları məlumdur. İlk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir: ölülər heç yerdə yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş yerlərə aparılırdı. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi.


Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin