Mannanın şəhərləri və şəhər həyatı.
Mənbələr Manna dövlətinin müxtəlif yaşayış yerləri haqqında məlumat verir. Bu yaşayış yerlərini iki qrupa bölmək olar: möhkəmləndirilmiş şəhər-qalalar və onların ətrafında yerləşən məskənlər.Sinfi təbəqələşmə, maddi sərvətlər toplanması və bununla əlaqədar tez-tez baş verən düşmən basqınları əhalini öz təhlükəsizliyini qorumaq üçün vasitələr axtarmağa məcbur edirdi. Mannalılar öz məskənlərini düşmənin əli çatmayan, asan müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmağa başlayırlar. E.ə. I minilliyin əvvəlində bu məskənlər tədricən qalın divarlar arasına alınır və əsil qalalara çevrilir.Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Onların bəzisi yaşayış mərkəzlərini qoruyan müdafiə qurğuları imiş. Düşməndən müdafiə üçün bu qala- şəhərlərdə müəyyən qədər qoşun saxlanılırdı.Mannanın paytaxtı İzirtu bu qalaların bilavasitə yaxınlığında olmuşdur.Şəhər-qalalar böyük ərazini əhatə edən və əlverişli mövqe tutan məskənlər idi. Qalaların müdafiəsini möhkəmləndirmək üçün onların ətrafında xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə qalalardan idi.Qalanın ətrafında kiçik məskənlər yerləşirdi. Bunların sakinləri əkinçilik və heyvandarlıqla məşğul olur, şəhər-qalanı ərzaqla təchiz edirdilər. Həsənli qalası bir neçə dəfə dağıdılmış və bərpa edilmişdi. Qala son dəfə, görünür, qəfil hücum nəticəsində dağıdılmışdı. Şiddətli yanğın tikililəri bürümüş, çoxlu adam yanıb həlak olmuşdu. Onların əmlakı yanan və uçulan binaların xarabalıqları altında qalmışdı. Həsənli təpəsində qazıntı zamanı aşkara çıxarılmış şəhərin Manna ərazisində mövcud olması cəmiyyətin yüksək sosial-iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsinə sübutdur.
Dostları ilə paylaş: |