İlk tunc dövrü. Kür-Araz mədəniyyəti


Mannanın təsərrüfatı: əkinçilik, maldarlıq,sənətkarlıq



Yüklə 48,54 Kb.
səhifə6/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   2   3   4   5   6   7   8   9   ...   14
Az tarixi qısa

Mannanın təsərrüfatı: əkinçilik, maldarlıq,sənətkarlıq.

Azərbaycanın torpaqları və su ehtiyatları bol əkinçilik məhsulları yetişdirilməsinə imkan verirdi. Azərbaycanın coğrafi şəraiti sayəsində həm dəmyə yerlərdə, həm də suvarılan torpaqlarda əkinçilik inkişaf etmişdi. Quraqlıq rayonlarda bulaq və kəhriz sularından istifadə olunurdu.Həsənlidə aparılan qazıntı işlərinin nəticələri əkinçiliyin çox mühüm yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı cərgəli arpa, bir növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.Tarlalar ağac kotanla, dəmir toxa ilə şumlanırdı. Taxıl dəmir oraqla biçilirdi. Həsənlidə qazıntı zamanı dəmir toxalar və dəmir oraq tiyələri tapılmışdır.Suvarma kanalları şəbəkəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa imkan verirdi. Urartu çarı Rusa mannalılardan zəbt etdiyi Sanqibutu vilayətinin Ulxu şəhərinin ətrafında kanallar çəkdirmişdi. Əkinçiliklə yanaşı, maldarlıq da təsərrüfatın ən mühüm sahələrindən biri idi.Cənubi Azərbaycanın şimal-qərb hissəsi – Qaradağın ətəklərinin Muğan düzü ilə qovuşduğu yerlər yaxşı qış otlağıdır. Aşşur mənbələrində Urmiyaboyu vilayətlərdən alınan bac sadalanarkən tədricən at birinci yerə keçir, bəzi vilayətlərdən bac olaraq ancaq at alınırdı. Mannaya yürüş etmiş çarların demək olar ki, hamısı belə məlumat verirdi: “Mannalılardan bac kimi qoşqu atları aldım”.Həsənlidə e.ə. IX əsrə aid ağacdan hazırlanmış və atlı təsviri olan relyef tapılmışdır. Qazıntı zamanı aşkar edilmiş əşyalar arasında at, qoç və buzovformasında hazırlanmış ritonlar vardır. Buradan dəfn edilən at qalıqları da tapılmışdır. E.ə. II minilliyin sonunda mis-arsen ərintilərindən hazırlanan əşyalar Kültəpədə (Naxçıvan) aşkara çıxarılmışdır. Mingəçevirdə çoxlu mis-sürmə xəlitələri tapılmışdır. E.ə. I minilliyin əvvəlindən Urmiya hövzəsi vilayətlərinin Aşşur ilə qarşılıqlı münasibətlərinin təsiri ilə şirli keramikadan hazırlanan əşyalar da meydana gəlir. Dirilik ağacı və yanlarında keçilər təsvir edilən başqa tip möhürləri e.ə. II minilliyin ortaları – I minilliyin əvvəlində Yaxın Şərqin əksər hissəsində yayılmış Mitanni üslubu deyilən üslubla əlaqələndirirlər.Həsənlidən həmçinin zərif və cod parça qırıqları tapılmışdır.




Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin