DÜYÜNLÜ ur



Yüklə 25.23 Kb.
PDF просмотр
tarix06.03.2017
ölçüsü25.23 Kb.

 

DÜYÜNLÜ UR

 

qalxanabənzər vəzin



digər xəstəlikləri

Qalxanabənzər vəz

 

-

 

insan orqanizmində hormonlar ifraz edən vəzlərdən ən 

böyüyüdür.

Qalxanabənzər  vəz  orqanizmin,  demək  olar  ki,  bütün  funksiyalarının  idarə  

olunmasında iştirak edir. 

Qalxanabənzər vəz 3 hormon ifraz edir: 



triyodtironin, tiroksin və kalsitonin

Bu hormonlar nəfəsalma, yuxu, qida qəbulu, hərəkət və s. proseslərə təkan 

verir, uşaqlarda boy artımına və psixi inkişafa bilavasitə təsir göstərir. Buna 

görə  də  qalxanabənzər  vəzin  hormonlarının  çatışmazlığı  boy  artımının 

ləngiməsinə və psixikada ağır pozuntulara səbəb olur.

Triyodtironin  və  tiroksin  hormonları  tərkibində  yod  molekullarının  olması  ilə 

fərqlənir.  İnsan  orqanizmində  olan  20-30  mq  yodun  təxminən  1/3  hissəsi 

qalxanabənzər vəzin toxumalarının öhdəsinə düşür. 

Normada orqanizm sutka ərzində 150-200 mkq, uşaqlarda isə 90-200 mkq 

yod  qəbul  etməlidir.  Orqanizmə  yodun  lazımi  miqdarda  daxil  olmaması 

qalxanabənzər  vəzin  böyüməsinə,  yəni 

ur  xəstəliyinə

  gətirib  çıxarır.  Ur 

xəstəliyi  yod  defisitli  regionlarda  daha  çox  aşkarlanır.  Azərbaycan  isə 

bütövlükdə yod defisitli region hesab olunur.

Qalxanabənzər  vəzin  xəstəlikləri  onun  hormonlarının  çatışmazlığı  və  ya 

həddən artıq hasili ilə müşahidə olunur. Bu xəstəliklərə aiddir:



1. Diffuz toksiki ur (hipertireoz)

2. Hipotireoz

3. Düyünlü (çoxdüyünlü) ur

Diffuz toksiki ur nədir? 

Diffuz toksiki ur tireoid hormonların ar-

tıq  miqdarda  hasili  ilə  müşahidə  olu-

nur,  bu  da  nəticədə  bütün  orqanlarda 

pozulmalara  gətirib  çıxarır.  Xəstəliyə 

onu  ilk  dəfə  təsvir  etmiş  alimin  adı 

ilə  Bazedov  xəstəliyi  də  deyirlər.  Bu 

xəstəliyə  insanın  əsasən  məhsuldar 

dövründə  rast gəlinir.


Diffuz toksiki uru törədən səbəb:

immun sisteminin funksiyasının pozulması



Diffuz toksiki urun əsas əlamətləri:

ümumi zəiflik, əzginlik, əsəbilik

göz almalarının qabarması (gözlərin “bərəlməsi”)

tərləmə


tremor (əsmə)

çəkinin azalması

kövrəklik (ağlağanlıq) və daim narahatlıq hissi

diqqətin dağınıqlığı

ürəkdöyünmə (nəbz dəqiqədə 90-150)

təngnəfəslik 



Hipotireoz  nədir?

Hipotireoz  –  qalxanabənzər  vəzin  funksiyasının  kəskin  aşağı  düşməsi  ilə  

yaranan xəstəlikdir. Xəstəlik anadangəlmə və ya qazanılmış olur. 

Hipotireozu törədən səbəblər:

bətndaxili dövrdə vəzin inkişaf qüsurları 

vəzdə gedən proseslərin fəaliyyətdən qalması (atrofiyası)  

cərrahi əməliyyatların nəticəsi (qalxanabənzər vəzin tam və ya  hissəvi çıxarılması) 



Hipotireozun əsas əlamətləri:

ümumi zəiflik, süstlük, halsızlıq

iş qabiliyyətinin kəskin aşağı düşməsi

yaddaş zəifliyi

yuxululuq

dəridə quruluq

saçların tökülməsi

üz və ətraflarda şişkinlik

baş ağrıları

qəbizlik


Xəstələrdə,  həmçinin  bədən  hərarətinin  aşağı  olması  və  çəkinin  artması 

(orqanizmdə mayenin durğunluğu nəticəsində) müşahidə olunur.



Düyünlü (çoxdüyünlü) ur nədir?

Düyünlü (çoxdüyünlü) ur qalxanabənzər vəzin böyüməsi və müxtəlif  düyünlü 

törəmələrin əmələ gəlməsilə xarakterizə olunan xəstəlikdir. Düyünlü törəmələr 

iki və daha artıq sayda olduqda isə bu, çoxdüyünlü ur sayılır.



Düyünlü uru törədən səbəblər:

irsi meyillilik

ətraf mühitdə yod defisiti

stress


infeksiyalar

şüalanma


Düyünlü ur böyük olduqda:

  

boyun nahiyəsində sıxılma 



hissi, udqunma zamanı çətinlik; 

boyunun nəzərə çarpan dərəcədə 

böyüməsi meydana çıxır. 

Xəstəlik zamanı vəzin funksiyası pozulmaya da bilər.

Qalxanabənzər vəzdə

düyünlü törəmələrin aşkar edilməsi:

Həkim boyun nahiyəsini palpasiya (əllərlə ilk müayinə) etdikdən sonra xəstəyə 

aşağıdakı müayinələri məsləhət görə bilər:

ultrasəs müayinə

qalxanabənzər vəzin hormonlarının səviyyəsinin laborator təyini

qalxanabənzər vəzin hüceyrələrinə qarşı anticisimlərin təyini

nazik iynəli aspirasiyon biopsiyanın aparılması

sintiqrafiya-radioizotop skanerləşdirmə



Aparılmış müayinələr əsasında həkim 

bu müalicə taktikalarından birinə qərar verir:

Dinamik  müşahidə  -  qalxanabənzər  vəzin  funksiyasının  mütəmadi  olaraq 

qiymətləndirilməsidir.  Qalxanabənzər  vəzin  funksiyasının  pozulmadığı  və 

hormonların  faizinin  dəyişmədiyi  halda  həkim  dinamik  müşahidə  taktikasını 

seçir.  Bu  zaman  müalicə  təyin  edilmir,  lakin  vaxtaşırı  həkimin  qəbulunda 

olmağın zəruriliyi bildirilir.

Dərmanla müalicəni həkim təyin edir ki, bu da vəzin funksional vəziyyətindən 

asılıdır. 



Cərrahi müdaxilə aşağıdakı hallarda zəruridir:

böyük toksiki düyün nəticəsində yaranan hipertireoidizm

hipertireoidizmlə müşayiət olunan diffuz toksiki ur (konservativ müalicə 

uğursuz olduqda)

düyün böyüdükdə, udqunma və nəfəsalmada çətinlik yarananda

böyük çoxdüyünlü ur

düyünlər bədxassəli olduqda

Cərrah-endokrinoloq  xəstə  və  onun  ailə  üzvlərilə  birgə  USM  və  digər  mü-

ayinələrin  nəticələrini  nəzərdən  keçirməli,  müalicə  taktikasını  izah  etməli, 

bütün  sualları  cavablandırmalı,  cərrahi  müdaxilənin  mümkün  fəsadlarını 

müzakirə etməli, cərrah məsləhəti verməlidir.

Cərrahi  müdaxiləyə  əks-göstəriş  (yanaşı  gedən  digər  xəstəliklər,  yaşın 

70-dən artıq olması, bədxassəli şişlərin gecikmiş forması) olduqda radioaktiv 

yodla müalicə məsləhət görülür.

Hamilə qadınlarda qalxanabənzər vəzin

xəstəlikləri aşkar olunarsa:

müalicə taktikası və dərmanların təyini yalnız həkim tərəfindən aparılmalı

3  ayda  bir  dəfə  hormonların  səviyyəsi  yoxlanılmalı,  USM  aparılmalı  və 

həkim-endokrinoloq nəzarətindən keçilməlidir.



Bu  kitabça Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  kollegiyasının 

3  fevral  2009-cu  il  tarixli  3  saylı  qərarı  ilə  təsdiq  edilmiş  “Düyünlü 

ur  xəstəliyinin  diaqnostika  və  müalicəsi  üzrə  klinik  protokol” 

əsasında  ABŞ-ın  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID)  dəstəyi 

ilə  CHS-A-00-06-0001-0-00  nömrəli  müqavilə  üzrə  İlkin  Səhiyyə 

Xidmətlərinin Gücləndirilməsi Layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin 

İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzində  hazırlanmışdır.  Kitabçada 

dərc  olunanlar  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  baş 

endokrinoloqu ilə razılaşdırılmışdır.

Kitabça  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  səhiyyə 

islahatları  çərçivəsində  ictimai  səhiyyə  kadrlarının  hazırlanması  üzrə 

Tədbirlər Proqramı əsasında çap edilmişdir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə