Mənəvi mədəniyyət və dini etiqadlar.
Qədim dövrün müxtəlif xalqlarının mənəvi mədəniyyətində dini etiqadlar və ayinlərin icrası xüsusi yer tutur. Arxeoloqlar Həsənlidə aşkara çıxarılmış məskənin binalarındanbirini məbəd hesab edirlər; binanın ortasında meydança vardı, güman ki, gətirilən qurbanları burada yandırırlarmış. Dəfn adətləri, keramika və metal məmulatının, silindrik möhürlərin və digər əşyaların üzərindəki təsvirlər əhalinin mənəvi həyatının xüsusiyyətlərini əks etdirir.Qatırlar və öküz qoşulmuş üç döyüş arabasını ətəyi uzun, qolu qısa olan saçaqlı paltar geymiş allahlar sürürlər. Onların saçları bellərinə çatır. Allahlara tərəf iki fiqur gəlir, ehtimal ki, kahinlərdir – biri qədəhdən şərab tökmək mərasimini icra edir, digəri ibadət edirmiş kimi əllərini qabağında tutmuşdur. İki xidmətçi onların ardınca qurbanlıq qoyunlar gətirir. Bu təsvir allahlara şərab nəziri vermək mərasiminin icrasından, havaların məhsul üçün əlverişli olması naminə yalvarış və qurbanlar kəsilməsindən bəhs edən məhsuldarlıq mifləri ilə əlaqələndirilir.Urmiyaətrafı rayonda aşkara çıxarılmış qədəhlərdən birinin üzərində şər qüvvələrin təcəssümü olan ikibaşlı ilana qarşı təbiətin xeyirxah qüvvələrinin mübarizəsi təsvir edilmişdir. Bu motiv Həsənli camı üzərində də əks olunmuşdur; burada düşmən qüvvələr üçbaşlı əjdaha surətində çıxış edirlər.Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi ideyasını, qədim əhalinin əhyaya və axirətə inamını təcəssüm etdirirdi. Ölünü sağlığında nədən istifadə eləmişdisə və o dünyada ömrünü davam etdirmək üçün nə lazımsa hamısı ilə təmin edirdilər. Qəbirlərə silah, bəzək şeyləri, içində yemək-içmək olan çoxlu qab-qacaq qoyulurdu; bəzən qazıntı zamanı bu yemək-içməyin qalıqları tapılır.Bu dövrdə əhalinin həyatında at xüsusi yer tuturdu. At ilahiləşdirilirdi. Marlik, Kaluraz və Şahtaxtı nekropolundan tapılmış materiallar sübut edir ki, atlar ayrıca qəbirlərdə basdırılırdı.Atların təsvirlərinə sənətkarların düzəltdikləri əşyalarda da rast gəlinir.Urmiyaətrafı vilayətlərdə allahlar panteonu varmış, əhali allahlara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini ayinlər icra edilirmiş.
Dostları ilə paylaş: |