Buklet İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət



Yüklə 17.38 Kb.
PDF просмотр
tarix01.05.2017
ölçüsü17.38 Kb.

Buklet “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət 

Planının icrası ilə bağlı Tədbirlər Planı” nın (2009-2013-cü illər) 

“11ç” bəndinin həyata keçirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Bukletdə dərc olunanlar Azərbaycan Respublikası Daxili 

İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə 

razılaşdırılmışdır.

İnsan alveri qurbanlarının

cəmiyyətə inteqrasiyasına

mane olan psixoloji amillər:

özlərini alçalmış, təhqir olunmuş hiss edirlər;

“Mən heç kimə lazım deyiləm” düşüncəsi onların 

psixologiyasına “yerləşir”;

cəmiyyətin qınaq obyektinə çevrilməkdən

qorxurlar;

özlərini cəmiyyətdən təcrid edib, tək qalmağa 

üstünlük verirlər;

ünsiyyətdən yayınırlar;

kimliklərini hamıdan gizlətməyə çalışırlar;

çıxılmaz vəziyyətdə olduqlarını düşünüb, bəzən 

intihara da əl atırlar.

Belə  insanlar  yalnız  psixoloqun  köməyilə  normal 

həyata  qayıda  bilərlər.  Bu  məqsədlə  reabilitasiya 

mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə qurbanlar 

psixoloji, hüquqi yardım və s. ilə təmin olunurlar.



İnsan alverinin qurbanlarına yardım

İnsan  alverinin  qarşısının  alınması  və  qurbanlara 

kömək məqsədilə yaradılmış, həftənin bütün günləri 

24  saat  ərzində  respublika  ərazisində  ödənişsiz 

xidmət  göstərən,  dünyanın  istənilən  ölkəsindən 

zəngləri qəbul edən “Qaynar xətt” telefon xidməti 

fəaliyyət göstərir.

BU ALVERİN QURBANI OLMAQDAN

ÖZÜNÜZÜ QORUYUN!

İNSAN ALVERİ

QAYNAR XƏTTƏ ZƏNG ET:

152 və ya (+99412) 562-21-12


Cinsi  yolla  ötürülən  xəstəliklərə  yoluxma  ehtimalı 

böyük olan cinsi istismarın qurbanları başqa insanlar 

arasında da bu xəstəlikləri yayırlar. Tibbi müayinədən 

keçmədiklərindən, həmin qadınlardan hansının xəstə 

olduğunu  müəyyənləşdirmək  mümkün  deyil.  Daha 

çox  gizli  həyat  yaşadıqlarından,  fahişəliyin  törətdiyi 

fəsadların  aradan  qaldırılması  məqsədilə  onları 

aşkarlayıb müayinəyə cəlb etmək də çətin olur. 



Cinsi yolla ötürülən xəstəliklər:

süzənək (qonoreya); 

sifilis;

genital herpes; 



bakterial vaginoz (və ya qardnerellez);  

kandidoz;

trixomonoz;

ureaplazmoz;

genital xlamidioz; 

sitomeqalovirus; 

İİV/QİÇS. 

Risk qrupları:

az təminatlı və ya içki düşkünü olan ailədəki uşaqlar;

ailədə zorakılıqla qarşılaşan uşaqlar;

narkotikdən asılı olanlar;

maddi imkanları məhdud olan tənha analar;

miqrantlar;

sabit yaşayış yeri olmayan şəxslər;

İİV-lə yaşayanlar;

avaralıqla və ya dilənçiliklə məşğul olanlar;

səfil, əxlaqsız həyat tərzi sürənlər;

kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə

yayınan uşaqlar;

narkotik vasitələrdən və psixotrop maddələrdən 

asılılığı olan şəxslər.



Yaş

Əsasən 18-30 yaşında olan qadınlar fahişəliyə cəlb 

oluna bilərlər.

Təhsil səviyyəsi

                    

təhsilin olmaması və ya aşağı səviyyədə olması;

natamam orta;

peşə təhsilinin (ali və ya orta ixtisas) olmaması və 

ya natamam peşə təhsili.



 

Məşğuliyyət

   

                

işsizlər;

məktəb, kollec və internat məzunları;

daimi iş yeri olmayanlar;

əyləncə və model biznesilə məşğul olanlar;

tələbələr, xüsusən ailəsindən uzaq, yataqxanada 

yaşayanlar;

müvəqqəti iş yerlərində çalışan miqrantlar.

İnsan alveri insan hüquqlarını pozmaqla 

yanaşı, ailə və cəmiyyətin dağılmasına 

səbəb olur, əhalinin sağlamlığını 

zəiflədir.

İnsan  alveri  -  yəni  şəxsin  alqı-satqısı  və  ya  ona 

sahibliklə  əlaqədar  digər  əqdlərin  bağlanması,  ya-

xud onun istismar edilməsi məqsədilə Azərbaycan 

Respublikasının  dövlət  sərhədindən  keçirilməsi 

üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi 

üçün  cəlb  edilməsi,  idarə  edilməsi,  saxlanılması, 

gizlədilməsi,  daşınması,  verilməsi  və  ya  qəbul 

edilməsi deməkdir.

İnsan istismarının

növləri bunlardır:

cinsi istismar;

məcburi əmək (xidmət);

köləlik, köləliyə bənzər adətlər

onlardan irəli gələn

asılılıq vəziyyəti;

insan orqanlarının və

toxumalarının qanunsuz

çıxarılması;

şəxs üzərində qanunsuz 

biotibbi tədqiqatların aparılması;

qadının surroqat ana kimi



istifadə edilməsi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə