№2 Təbiət elmləri seriyası 2010



Yüklə 55.34 Kb.
PDF просмотр
tarix18.01.2017
ölçüsü55.34 Kb.

 

34

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№2                                        Təbiət elmləri seriyası                                  2010 

 

 

 

 

BİOLOGİYA

 

 

AZƏRBAYCANIN QƏRB ZONASINDA RELİKT VƏ ENDEMİK BİTKİLƏRİN 

YAYILDIĞI FİTOSENOZLARIN XARAKTERİSTİKASI      

 

E.M.QURBANOV, S.Ç.MƏMMƏDOVA  

Bakı Dövlət Universiteti 

elshad_g@rambler.ru, mamedovas@mail.az  

 

Relikt və endemik bitkilər təbiətdə başqa bitkilərdən təcrid olunmuş halda deyil, mü-

əyyən bitki qruplaşmalarının (fitosenozlar) tərkibində rast gəlinir. Fitosenozların bu bitkilərin 

əmələ  gəlməsi və formalaşmasındakı rolunu nəzərə alaraq, qərb bölgəsində yayılan fi-

tosenozlar tədqiq edilmişdir.  

Azərbaycanın qərb bölgəsində yayılmış fitosenozların öyrənilməsi nəticəsində  məlum 

olmuşdur ki, ərazidə yayılmış relikt və endemik bitkilər  əsasən səhra, yarımsəhra, bozqır, 

meşə və çəmən floristik komplekslərində rast gəlinir. Bu fitosenozların flora zənginliyi və ya 

biomüxtəlifliyi yalnız ayrı-ayrı cinslər arasında deyil, hətta növlər daxilində müxtəliflikdən 

ibarətdir. Bu cür biomüxtəlifliyə səbəb meşələrin, eləcə də regionun rəngarəng ekoloji mühitə 

malik olmasıdır.     

 

Aşağıda Azərbaycanın qərb bölgəsində yayılan əsas bitki fitosenozları haqqında 

qısa məlumat verilir: 

Səhra bitkiliyi. Səhra bitkilik tipi Gəncə-Qazax düzənliyində enli və ensiz zo-

laqlar şəklində geniş sahələri əhatə edir. Bitkilik əsasən müxtəlif dərəcədə şorlaşmış 

boz, açıq-şabalıdı torpaqlarda formalaşmışdır. Quru və duzlu torpaq şəraitində səhra 

bitkiliyinin müxtəlif senozlarına daha çox rast gəlir. 

E.M.Qurbanova (1996, 2007) görə, səhra bitkiliyi dedikdə, bir-birindən təcrid 

edilmiş şəkildə bitən, bir-birinə istər yerüstü, istərsə də, yeraltı orqanları ilə təsir et-

məyən və  həqiqi qruplaşma yaratmayan, əsasən quraqlıq yerlərin bitki örtüyü başa 

düşülür. 

Səhra bitkilik tipinin  bitki örtüyü seyrək olsa da, mürəkkəb növ tərkibinə ma-

likdir. Bitkiliyin növ tərkibində  əsasən, qısa vegetasiya müddətinə malik efemerlər 



(Senecio vernalis, Avena eriantha, Medicago minima, Anisantha rubens, Bromus ja-

ponicus, Lolium rigidum, Eremorutum orientale  və s.) və efemeroidlər  (Taraxacum 

officinale, Poa bulbosa, Allium rubellum, Gagea chanae və s.), eləcə də kol, yarımkol 

və yarımkolcuqlar (Artemisia, Kaldium, Salsola, Tamarix və s. cinslərin bəzi növləri) 

iştirak edirlər. 

Azərbaycanın qərb bölgəsində  səhra bitkiliyi düzənliklərdə lokal formada – 

yovşanlı-efemerlik, yovşanlı-şorangəlik və  şorangəli-efemerlik formasiyalarından 

ibarət olaraq, ensiz bir zolaq şəklində rast gəlinir.  

Bu bitkiliyin tərkibində endemik bitkilərdən  Poa meyeri,  Astragalus andreji, 


 

35

Crepis alikeri, Artemisia eldarica və s. növlər yayılmışdır. 



Yarımsəhra bitkiliyi. Səhra tipli bitkilikdən fərqli olaraq, daha zəngin flora 

tərkibinə malik olan yarımsəhrada payız-yaz mövsümündə layihə örtüyü 80%-ə qədər 

çatır. Bu bitkiliyin flora tərkibinin  əsasını birillik bitkilər təşkil edir, lakin bunlar 

əsasən mövsümi xarakter daşıyır. Bitki örtüyünün əsas və mövsümdən asılı olmayan 

daimi komponenti kimi Artemisia arenaria,  Salsola dendroides,  Agropyrum cris-

tatumStipa szovitsianaKochia prostrata və s. göstərmək olar.  

Ərazinin  Şəmkir və Samux rayonlarında  şiyavlı-yovşanlıq, yovşanlıq-ağotluq 

kimi çox da böyük olmayan yarımsəhra assosiasiyalarına rast gəlinir.  

Artemisia eldarica, Hieracium karjaginii, Galium eldaricum, Astragalus johan-

nis,  Torularia ledebouri, Iris lineolata, Papaver schelkownikowii və s.  endemik 

bitkilər bu bitkiliyin tərkibində fitosenozlar əmələ gətirir. 



Bozqır bitkiliyi. Azərbaycanın qərb bölgəsinin bitki örtüyündə bozqırlar mü-

hüm rol oynayır. Bozqırlar  əsasən kənd təsərrüfatı bitkiləri altında becərilən tor-

paqlarda əmələ gəlmişdir. Ağotlu, topallı-şiyavlı, müxtəlifotlu, tikanlı-gəvənli, taxıllı-

müxtəlifotlu quru bozqırlar, topallı-taxıllı-müxtəlifotlu və taxıllı-paxlalı dağ  çə-

mənləri və çəmən bozqırları heyvandarlıq üçün təbii yem bazası olmaqla, Tovuz və 

Qazax rayonlarının iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edir. 

Bozqırlar ərazidə ən çox yüksək dağ meşəlik qurşaqlarından başlayaraq, subalp, 

alp və az miqdarda qayalıqlarda müxtəlif formalarda yayılmışdır.  

   

İlk dəfə  tərəfimizdən qərb bölgəsinin bozqır bitkiliyinin tərkibində  Tulipa 



eichleri, Astracantha caspica, İris camillae, Nepeta schischkinii, Dianthus schama-

chensis və s. nadir və məhv olma təhlükəsi altında olan növlər müəyyənləşdirilmişdir. 

Həmin növlərə şiyavlı-agotlu, topallı-müxtəlifotlu, gəvənli-taxıllı, topallı-şiyavlı for-

masiyaların tərkibində rast gəlinir. 

Tədqiqat apardığımız regionda tərəfimizdən Azərbaycanın qərb bölgəsinin 

bozqır bitkiliyinin təsnifat sxemi aşağıdakı kimi müəyyənləşdirilmişdir:  

Formasiya:    Yovşanlı-ağotlu bozqırlar; 

Assosiasiya:  Ətirli yovşanlı-qandayandırıcı bozqırlar; 

Formasiya:    Yovşanlı-topallı bozqırlar; 

Assosiasiya:  Ətirli yovşanlı-şırımlı topallı bozqırlar; 

Formasiya:    Yovşanlı-şiyavlı bozqırlar; 

Assosiasiya:  Ətirli yovşanlı-Şoviç şiyavlı bozqırlar; 

Formasiya:    Şiyavlı-müxtəlifotlu bozqırlar; 

Assosiasiya:  Lessinq şiyavlı-ətirli yovşanlı-kəklikotlu bozqırlar; 

Formasiya:    Ağotlu bozqırlar; 

Assosiasiya:  Qandayandırıcı ağotlu bozqırlar; 

Formasiya:    Topallı bozqırlar; 

Assosiasiya:  Şırımlı topallı bozqırlar; 

Formasiya:    Şiyavlı bozqırlar; 

Assosiasiya:  Lessinq şiyavlı-Şoviç şiyavlı bozqırlar; 

Formasiya:    Gəvənli-kəklikotlu-topallı bozqırlar; 

Assosiasiya:  Tikanlı gəvənli-Qafqaz kəklikotlu-şırımlı topallı bozqırlar; 

Formasiya:    Ardıclı-gəvənli-topallı bozqırlar; 

Assosiasiya:  İri ardıclı-tikanlı gəvənli-topallı bozqırlar; 

Formasiya:    Gəvənli-topallı bozqırlar; 

Assosiasiya:  Tikanlı gəvənli-yerəyatıq topallı bozqırlar. 


 

36

M.H.Abutalıbov və V.C.Hacıyev (1976) göstərirlər ki, Ceyrançöl yüksəklikləri 



və bozqır yaylasında yarımsəhra bitki örtüyü bozqır bitkilikləri ilə birləşərək, yarım-

bozqır (quru bozqır) tipli bitki qruplaşmaları  əmələ  gətirir. Yarımbozqırların  ən sə-

ciyyəvi bitkilərindən  Medicago transcaucasica, Centaurea reflexa, Gypsophilla ste-

venii, Teucrium polium, Stipa capillata və s. misal göstərmək olar.  

Endemik bitkilərdən Tulipa eichleri, İris camillae, I.Iberica, I.paradoxa, Astra-



galus andreji,  Astragalus johannis,  Dianthus schamachensis növləri bozqır bitki-

liyinin tərkibində yayılmışdır.  



Subalp çəmənləri. Zaqafqaziyada yayılan subalp çəmənlərinin ikinci tip bitkilik 

olması fikri Şennikov (1938, 1941), Hacıyev (1962) və başqa alimlər tərəfindən irəli 

sürülmüşdü. Lakin tərkibində yüksək dağlığın aborigen florasının nümayəndələri, elə-

cə də endemik növlərin yayılması səbəbindən, subalp çəmənlərinin çoxunu birinci tip 

bitkiliyə aid etmək olar. 

Subalp çəmənləri  hündürboylu bitki örtüyü və  zəngin floristik tərkibi ilə xa-

rakterizə edilir. Bu bitkilik tipi Kiçik Qafqazın  şimal-şərq hissəsində nazik zolaq 

şəklində yayılmışdır. Subalp çəmənləri burada 1700 – 2100 m yüksəklikdə yayılaraq, 

rəngarəng assosiasiyalar əmələ gətirir.   

Subalp çəmənləri aşağıdakı formasiya qruplarına və formasiyalara bölünür: 

a)

 

Əsl nəmli subalp çəmənəri; 



b)

 

Əsl mezofil subalp çəmənləri; 



c)

 

Bol nəmli subalp çəmənləri; 



d)

 

Kriofil subalp çəmənləri; 



e)

 

Ala topalın üstünlüyü ilə bozqırlaşmış subalp çəmənləri. 



Ərazidə subalp çəmənlərinin xarakterik nümayəndələrindən  Scabiosa cauca-

sica, İnula glandulosa, Poa alpina,  Alchimilla caucasica və s. rast gəlinir. 

Endemik növlərdən  Rhododendron caucasicum, Alchimilla amicta subalp çə-

mənləri bitkiliyinin tərkibində yayılmışdır.                                                                                         

Alp çəmənləri və xalıları. Regionun  alp qurşağının bitkiliyi subalp qurşağına 

nisbətən zəif öyrənilmişdir. Burada alp çəmənləri dəniz səviyyəsindən 2500-2600 və 

3200-3500 m, bəzi yerlərdə (Kəpəz), hətta 3700 m yüksəkliklərdə yayılmışdır. Çəmən 

fitosenozlarının əsas bitkiləri taxıllar, müxtəlif otlar, cillər və bəzən də kiçik kolcuq-

lardır. Çəmənlər alp qurşağında alp xalılarına nisbətən aşağıda yerləşmişdir. Onların 

fitosenoloji quruluşu alp xalılarından kəskin surətdə fərqlənir.  

Qərb bölgəsinin alp çəmənlərinin bitkiliyi əsasən aşağıdakı assosiasiyalarda 

formalaşmışdır: 

1.Cillik və taxıllı – cillik alp çəmənləri; 

2.Qarışıq taxıllıq alp çəmənləri; 

3.Bozqırlaşmış ala topallıq alp çəmənləri; 

4.Ağbığlıq kriofil alp çəmənləri; 

5.Alçaqboylu kolcuqlu alp çəmənləri; 

6.Sucaq və bataqlıq alp çəmənləri. 

Alp xalıları  əsasən alçaqboylu, çoxillik, qarışıq ot bitkilərindən təşkil olun-

muşdur.  

Relikt bitkilərdən Woodsia alpina, endemiklərdən  Rhododendron caucasicum, 

Euphrasia kurdica, Alchimilla amicta alp çəmənləri bitkiliyinin tərkibində fitose-

nozlar əmələ gətirir. 



Qaya və töküntü bitkiliyi. Qaya bitkiləri quruluşuna görə digər  ərazilərdə 

 

37

yayılan bitkilərdən fərqlənir. Onlar qayaların çatları arasında bir-birlərindən aralı yer-



ləşməklə, xeyli dərinə gedən güclü kök sisteminə malikdir.  

Bu bitkiliyə Azərbaycanın qərb bölgəsində - Göygöl Milli Parkında və Eldar şa-

mı Dövlət Təbiət Qoruğunda rast gəlinir. Belə qruplaşmalar bütün dağ qurşağında 

yayılmışdır. Çılpaq qayalar və töküntülər bu qurşaqlarda landşaft  əmələgətirici rol 

oynayırlar. Göygöl Milli Parkının ərazisində töküntü bitkiliyinin tərkibində 17-35 növ 

ali bitki qeydə alınmışdır.        

Ş.Əfəndiyeva (1954) qaya və töküntü bitkiliyinin Göygöl Dövlət Təbiət Qoru-

ğunun (indiki Göygöl Milli Parkının) ərazisində cənub-şərq və şimal-şərq yamaclarda 

2000 m hündürlükdən yuxarı  ərazilərdə, qaya üzərində  və meşə qurşaqlarında ya-

yıldığını göstərir. Bu bitkiliyin tərkibində çoxillik otlar və ardıc kollarına (Juniperus 



communis, J.oblonga və s.) rast gəlinir.   

Qaya və töküntü bitkiliyinin  tərkibində relikt növlərdən  Pinus eldarica, ende-

mik növlərdən  Pyrus eldarica, Dianthus fragrans, Silene talyschensis, Cotoneaster 

saxatilis, Alchimilla raddeanaRosa Azerbaidzanica  və s. növlər yayılmışdır. 

Meşə bitkiliyi.  Meşə bitkiliyi  Kiçik Qafqazın  şimal hissəsində, Gəncə-Qazax 

düzənliyində - əraziyə xas olan spesifik ekoloji şəraitdə, geniş sahələrdə yayılan, hün-

dürboylu, sıx və ya seyrək  şəkildə formalaşan zəngin, rəngarəng və  əsasən enliyar-

paqlı meşələrdən ibarətdir.  

Kiçik Qafqazın dağlıq zonalarında, dəniz səthindən 600-1800 m hündürlükdə 

enliyarpaqlı meşələr yayılmışdır. Bu meşələrin ən xarakter cinslərindən Quercus ibe-



ricaFagus orientalis və yuxarı dağ qurşaqlarında Quercus macranthera göstərmək 

olar.  İynəyarpaqlı meşələrdən, Göygöl ətrafında (1600 m hündürlükdə) relikt Pinus 



kochiana meşəliyinə rast gəlinir. 

Respublikanın qərb bölgəsində - bozqır yaylasında (Eldar şamı Dövlət Təbiət 

Qoruğunda) üçüncü dövrün qalığı olan seyrək endemik və relikt eldar şamı  (Pinus 

eldarica) meşəliyi yayılmışdır. Ərazidə relikt növ olan Pistacia mutica  və endemik 

Pyrus eldarica rast gəlinir. Kür-Araz, Alazan-İori (Qabırrı) çayları boyu hissə-hissə 

lentşəkilli lokal formalı tuqay meşələri yayılmışdır. Bu meşələrin tərkibi  Populus 



hybrida,  Salix australius,  Elaeagnus angustifolia,  Ulmus foliacea,  Tamarix ramo-

sissima, relikt növ olan Punica granatum və s. ağac və kol bitkilərindən ibarətdir.  

Azərbaycanın qərb bölgəsində yayılmış meşə bitkiliyinin tərkibində relikt 

növlərdən Platanus orientalisTaxus baccata, Juglans regia və s. endemik növlərdən 

isə Quercus ibericaTilia caucasicaScilla caucasica, Rosa nisami və s. yayılmışdır. 

Beləliklə, Azərbaycanın qərb bölgəsində yayılmış fitosenozların öyrənilməsi 

nəticəsində  məlum olmuşdur ki, bu fitosenozların flora zənginliyi və ya biomüx-

təlifliyi yalnız ayrı-ayrı cinslər arasında deyil, hətta növlər daxilində müxtəliflikdən 

ibarətdir. Bu cür biomüxtəlifliyə səbəb meşələrin, eləcə də regionun rəngarəng ekoloji 

mühitə malik olmasıdır.     

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycanın bitki örtüyü. Bakı, 1976, 48 s. 

2.

 



Алиев Р.А. Флора полынников Азербайджана // Уч.зап. АГУ им. Кирова, сер. биол. 

наук, 1971, №1, с.14-19 

3.

 

Атамов В.В. Степная растительность Азербайджана. Баку: 2002, 140 s. 



4.

 

Ахундов Г.Ф. Эндемы флоры Азербайджана: Автореф. дисс. докт. биол. наук. Баку: 



1973, 44 с. 

 

38

5.



 

Бабаев А.Г., Дроздов Н.Н. и др. Пустыни. М.: 1986, 320 с.  

6.

 

Василевич В.И. О методах классификации растительности // Бот. журн., 1985, т. 70, 



№12, с. 281-286. 

7.

 



Гаджиев  В.Д.  Субальпийская  растительность  Большого  Кавказа  (в пределах Азер-

байджанской ССР). Баку: 1962, 172 с.  

8.

 

Гаджиев  В.Д.,  Алиев  Д.А.,  Кулиев  В.Ш.,  Вагабов  З.В.  Высокогорная  раститель-



ность Малого Кавказа (в пределах Азербайджана). Баку: 1990, 212 с.  

9.

 



Гроссгейм А.А. Растительный покров Кавказа. М.: 1948, 267 с.  

10.


 

Растительный мир бассейна р. Нахчыванская. Баку: 1996, 248 с. 

11.

 

Гурбанов  Э.М.  Флора  и  растительность  Атропатанской  провинции  (в  пределах 



Азербайджанской Республики), Баку: 2007, 233 с. 

12.


 

Гурбанов  Э.М.  Сафаров  А.Р.  и  др.  Лесная  и  кустарниковая  растительность  высо-

когорий Малого Кавказа. Мат.респ.научн. конф:. «Проблемы генетики и селекции», 

Баку: 1996, с.42. 

13.

 

Гурбанов  Э.М.  Пустынная  и  полупустынная  растительность  Атропатенской  про-



винции. АМЕА Botanika İnstitutunun elmi əsərləri. Bakı: 2004, 25 c. s.305-308. 

14.


 

Прилипко Л.И. Растительный покров Азербайджана. Баку: 1970, 170 c. 

15.

 

Прозоровский  А.В.  Полупустыни  и  пустыни  СССР.  В  кн.:  Растительность  СССР. 



М.-Л.: 1940, т.2, с.207-480. 

16.


 

Флора Азербайджана -  т. 1-8, Баку: 1950-1961. 

17.

 

Шенников А.П. Луговая растительность СССР. В кн.: Растительность СССР, М.-Л.: 



1938, т.1, с.429-647. 

18.


 

Эфендиева  Ш.М.  Растительность  района  озера  Гек-Гель  на  Малом  Кавказе.  Авто-

реф. дисс. на соикс. учен. ст. канд. биол. наук. Баку: 1955, 23 с. 

 

 

 

ХАРАКТЕРИСТИКА ФИТОЦЕНОЗОВ ЗАПАДНОЙ ЗОНЫ АЗЕРБАЙДЖАНА, 

СОДЕРЖАЩИХ РЕЛИКТЫ И ЭНДЕМИЧЕСКИЕ РАСТЕНИЯ 

 

Э.М.КУРБАНОВ, С.Ч.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

Реликты и эндемические растения встречаются в природе не в изолированном от 



других растений виде, а в составе определенных групп (фитосенозы) растений. Имея в 

виду  роль  фитосенозов  в  образовании  и  формировании  этих  растений,  нами  были  ис-

следованы фитосенозы распространенные на западном регионе.  

В результате исследования фитосенозов распространенных на западном регионе 

было известно, что реликты и эндемические растения региона чаще встречаются в со-

ставе  пустынных,  полупустынных,  степных,  лесных  и  луговых  флористических  ком-

плексов.  Флористическое  богатство  и  биоразнообразие  этих  фитосенозов – разно-

образие  не  только  между  отдельными  родами,  но  и    внутри  видов.  Причиной  такого 

биоразнообразия  является  наличие  разнообразной  экологической  среды  в  лесах,  в  том 

числе и в регионе. 



 

 

 

39

THE DESCRIPTION OF PHYTOSENOZES INCLUDING RELICT AND ENDEMIC 



PLANTS IN THE WESTERN PART OF AZERBAIJAN 

 

E.M.GURBANOV, S.Ch.MAMMADOVA  

 

SUMMARY 

 

 



Relict and endemic plants are met in the composition of definite plant groups (phy-

tosenozes) not isolated from other plants in the nature. Considering the role of phytesenozes in 

the formation of these plants, the phytesenozes spread in the western part have been re-

searched by us. 

While studying the phytosenozes spread in the western part of Azerbaijan, it was 

revealed that relict and endemic species spread in the area mainly prevail in the composition 

of desert, semidesert, step, forest and meadow floristic complexes. Flora richness and bio-

diversity of these phytosenozes are the variety not only among genuses, but also among 

seperate species. The reason for such a diversity is the existence of forests, as well as the 

region of variegated environmental conditions.    




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə