İlk tunc dövrü. Kür-Araz mədəniyyəti


Makedoniyalı İskəndərin istilaları və Əhəməni dövlətinin iflası



Yüklə 48,54 Kb.
səhifə14/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   ...   6   7   8   9   10   11   12   13   14
Az tarixi qısa

Makedoniyalı İskəndərin istilaları və Əhəməni dövlətinin iflası.

II Daranın şahlığı dövründəbaş vermiş hadisələr Əhəmənilər dövlətinin xeyli zəiflədiyini sübut edir. Onun hökmranlığı dövrü vassallarla mübarizə illəri idi. Şahın əvvəlcə qardaşı, sonra da əmisi – Mada satrapı üsyan etmişdi. E.ə. 408-ci ildə Madada üsyan qalxdı. II Daranın ölümündən sonra iğtişaşlar yeni qüvvə ilə qızışdı. E.ə. 338-ci ildə Əhəmənilər sülaləsinin bu sonuncu hökmdarı zəhərlə oldürüldü.E.ə. IV əsrin ortalarında Balkanda Makedoniya dövləti yüksəlməyə başlayır. Xaroneya yaxınlığındakı döyüşdən (e.ə. 338-ci il) sonra Makedoniya padşahı Filipp bütün Yunanıstanı özünə tabe etdi.İranla müharibə gerçəkləşməkdə idi. Lakin Şərqə yürüş üçün qızğın hazırlıq görüldüyü bir vaxtda makedoniyalı Filipp öldürüldü. Gənc Makedoniya padşahı İsgəndər atasının işini davam etdirdi, İran müharibəsinə geniş hazırlıq görülürdü.Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi (e.ə. 336-30-cü illər) Makedoniyalı İsgəndərin yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.Gözəl təchiz edilmiş intizamlı yunan-Makedoniya ordusu e.ə. 334-cü ildə Hellespontdan (Dardaneldən) keçib Kiçik Asiyaya soxuldu.İskəndər bir çox görkəmli komandirləri – Antipatr, Ptolemey, Parmenion, Filota, Perdikka və başqalarını öz ətrafına yığa bilmişdi.İki düşmən arasında ilk döyüş e.ə. 334-cü ildə Qranik çayı sahilində oldu. İskəndərin ordusu döyüşdə Kiçik Asiya satraplarının ordularını ağır məğlubiyyətə uğratdı.III Daranın özünün başçılıq etdiyi İran orduları ilə İskəndərın ikinci döyüşü e.ə. 333-cü ilde İss şəhəri rayonunda, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verdi. Bu vuruşma da yunan-makedoniyalıların qələbəsi ilə nəticələndi. Farslar darmadağın edildilər.E.ə. 331-ci ildəİskəndər yenidən Asiyada göründü. Yunan- Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci ildə burada İskəndər qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi.III Daranın orduları darmadağın edildi. Şah kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı.



Əhəməni imperiyası dağıldı. III Daranın ölümündən sonra İskəndər Əhəmənilərin varisi, Asiyanın padşahı oldu. Bu, tarixin dönüş nöqtəsi idi. İskəndərın qoyduğu yeni qayda, Ellinizm dövrü İranın qüdrətli dövrünün sonu idi.


Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin