İlk tunc dövrü. Kür-Araz mədəniyyəti



Yüklə 48,54 Kb.
səhifə8/14
tarix02.01.2022
ölçüsü48,54 Kb.
#46826
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Az tarixi qısa

Mannanın dövlət quruluşu.

. E.ə. I minilliyin əvvəllərində Cənubi Azərbaycan tayfalarının xeyli hissəsi ilkin quldarhq cəmiyyəti şəraitində yaşayırdı.Lakin Manna tezliklə çox iri siyasi quruma çevrildi. Əhalisi oturaq həyat sürürdü. Eyni “çar şəhəri” İzirtu uzun müddət Mannanın paytaxtı olaraq qalırdı və xeyli dərəcədə möhkəmləndirilmiş bir şəhər idi. Manna inkişaf etmiş struktura malik olan ilkin sinfi cəmiyyət idi. Manna çarı Ullusunu II Sarqonun pişvazına “onun ölkəsini idarə edən ulu ağsaqqallar, müşavirlər, oğul-uşaqları, canişinlər və başçılarla birgə çıxmışdı”.Mannada çar hakimiyyəti qəbilə-tayfa başçısının hökmranlığından törəmişdi, lakin artıq e.ə. VIII əsrdə o, irsi idi. Manna çarlığı “mahallara” bölünürdü, onları çar “canişinləri” idarə edirdilər. E.ə. 744-cü ildə III Tiqlatpalasar Urartu çarı Sarduri ilə baş verəcək toqquşmada cinahını möhkəmləndirmək üçün şimal-şərqə yürüşə başlayır, çünki cəngavər Mada hakimləri əlverişli vaxtda urartuluların təbii müttəfiqi ola bilərdilər.743-cü ildə Aşşur çarı Urartu çarını güclü məğlubiyyətə uğradır.III Tiqlatpalasar ömrünün son on ilində əsasən öz qorxulu düşmənini-Urartulu Sardurini qəti darmadağın etməklə məşğul idi. Uzun sürən bu mübarizə, nəhayət, 735-ci ildə Aşşurun xeyrinə qurtardı. Sarduri məğlub edildi. III Tiqlatpalasar məqsədinə çatdı. Mannanın ən böyük tərəqqisi çar İranzunun sələflərinin hökmranlığı dövrünə və onun hökmranlığının başlanğıcına təsadüf edir. İranzu zamanında Mannanın qədim Şərqdə güclü dövlətlərdən birinə çevrilməsi yarımmüstəqil ucqar çarlıqları və Urartu dövlətini təşvişə salmaya bilməzdi. Mannanın öhdəsindən gələ bilməyən Urartu onun hakimiyyəti altında olan vilayətləri ona qarşı qaldırmağa cəhd edir. İranzunun hökmranlığının sonlarında onun mövqeləri zəifləyir.E.ə. VIII əsrin 20-ci illərinə yaxın Mannanın vəziyyəti ağır idi. İranzu aşşurluların köməyini axtarmağa məcbur oldu. II Sarqon dərhal əks-tədbir görmək qərarına gəldi, ona görə ki, cənubda Elam vilayətlərində və ondan şərqdə də qüdrətli Aşşur dövlətinin siyasətindən narazılıq artırdı və bu torpaqlar hər an düşmənlərinin cəbhəsində mühüm yer tuta bilərdi.II Sarqon Mannadan üz döndərib Rusanın və Metattinin tərəfinə keçən şəhərlərə qarşı hələlik cəza ekspedisiyası ilə kifayətlənməyi qərara aldı. Aşşur çarının bu yürüşü 719-cu ildə baş verdi. Qiyamçı şəhərlər dağıdıldı və əhalinin bir hissəsi Aşşur dövlətinin qərb torpaqlarına köçürüldü.Aşşur dövlətinin sadiq müttəfiqi olan çar İranzu vəfat etdi.Manna taxt-tacına sahib olan Aza (e.ə 718-716) da, atası kimi, Aşşur dövlətinə arxalanmağa çalışırdı ki, bu da, əlbəttə, 1 Rusanı və onun müttəfiqi Metattini Azaya düşmən etməyə bilməzdi. E.ə.714- cü ildə II Sarqon Urartu, Zikertu və Andiaya qarşı öz məşhur yürüşünə çıxdı. II Sarqon dağına” tezliklə Zaqros-Kullar uca dağ silsiləsinə, “Zamua adlanan Lullume ölkəsinə çatır, Zikertuya və Andiaya” yollanır. Lakin çar hələ bundan əvvəl Manna ərazisinə, “Karalla ilə Allabrianı birləşdirən” Surikaş vilayətinə girir.II Sarqon Mannanın itaətkarlığını dönə-dönə qeyd etsə də, Manna əslində Aşşurun tabeliyindən çıxır. Maraqlıdır ki, Ullusunu Aşşura 714-cü ildə iki dəfə bac verdiyi halda, 713-cü ildə ancaq bircə dəfə, həm də Sarqon Manna çarının müttəfiqliyini xüsusi qeyd edir, ona kətan və yun paltarlar, xəncər və üzüklər bağışlayır.Manna o zamanın qüdrətli dövlətlərindən birinə çevrilir.E.ə. VIII əsrin sonlarında tarix meydanına yeni bir qüvvə - kimmerlər çıxır. Kimmerlərin şəxsində mannalılar özlərinə müttəfiq qazanmışdılar. Kimmerlər Aşşur ilə Manna arasında gedən mübarizəyə fəal qarışır, Mannanın tərəfini saxlayırdılar.E.ə. VIII əsrin sonu – VII əsrin əvvəlində Mannanın həm aşşurlular, həm də urartulularla münasibətləri qatı düşmənçilik münasibətləri idi.Manna o dövrdə kimmerlər, skiflər və madalılarla ittifaq sayəsində kifayət qədər güclü idi. O dərəcədə güclü idi ki, çar Asarxaddon (e.ə. 680-668) kitabələrinin məlumatına görə, Aşşuru sıxışdırmağa və onun torpaqlarını əlindən almağa başlamışdı. Bu zaman Urmiyanın qərbində Mannanın hüdudları bəlkə də Xubuşkiyaya qədər uzanırdı.


Yüklə 48,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin