Manna dovletı



Yüklə 54,14 Kb.
səhifə1/3
tarix19.10.2023
ölçüsü54,14 Kb.
#157183
  1   2   3
Tarıx 2cı varıant cavablar


Manna dovletı:
Müasir Cənubi Azərbaycanın ərazisi e.ə. II miniliyin sonu və xüsusilə e.ə.I minilikdə Assuriya və Urartu çarlarının yürüşlərində adı çəkilən qədim dövlətlərin ərazisini əhatə edir. Urmiya gölünün ətrafında və ondan cənub və şərqə doğru ərazidə yerləşən bu kiçik dövlətlər—Zamua, Gilzan, Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andia, Zikertu, Sanqibutu, Puluadi və b. qədim Şərq dövlətləri—Assuriya və Urartunun daimi ekspansiya obyekti olmuşdur. E.ə. IX əsrin ortalarında bu ölkələr içərisində Manna seçilməyə başlayır. E.ə. VIII əsrin əvvəllərində Manna böyük dövlət birləşməsinə çevrilir, qonşu vilayətləri zəbt edərək, Assuriya çarlarına fəal müqavimət göstərir, Urartu ilə mübarizə aparır. E.ə. I minilliyin əvvəllərində Azərbaycanın cənubunda mərkəzləşmiş dövlətin yaranması üçün şərait var idi. E.ə. IX əsrdə Urmiya gölü ətrafında, Manna dövləti meydana gəldi. Bu dövlət Assuriya və Urartu ilə mübarizə gedişində yaranmışdır. Bu dövlətin və onun ilk hökmdarı Udakinin adlarına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın (e.ə. 859-824-cü illər) mixi yazılı kitabəsində rast gəlinir. Manna dövlətinin paytaxtı İzurtu şəhəri idi. Manna hökmdarı İranzu (e.ə. 740-719) Assuriya ordusunun Urartuya qarşı uğurlu müharibələrindən istifadə edərək, Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı
İranzunun vəfatından sonra onun oğlu Aza (e.ə. 718-716-cı illər) hakimiyyətə gəldi. Onun iki il davam edən hakimimyyəti dövründə Mannada daxili çəkişmələr gücləndi və dövlət parçalanma təhlükəsi ilə üzləşdi. Aza Urartu meylli qüvvələr tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Manna taxtına Azanın qardaşı Ullusunu oturdu.Ahşerinin hakimiyyətə gələn oğlu Ualli (e.ə. 650-630) Assuriya ilə ittifaqı bərpa etdi. Manna dövləti bundan sonra Assuriya ilə ittifaqa sadiq qaldı. E.ə. 616-cı ildə Manna Yeni Babil və Midiyaya qarşı mübarizədə bir müttəfiq kimi Assuriyaya kömək etdi. E.ə. 590-cı ildə Manna Midiya tərəfindən işğal edildi. Manna dövləti süquta uğradı. Manna əhalisinin dili qədim türk dili olmuşdur. Burada, əsasən, türk etrıslan yaşamışdır. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir.



Yüklə 54,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin