Azerbaycan erazisinde feudal munasibetlerin tesekkuru ve inkisafi: E. III-IV əsrlərində Azərbaycanın ictimai-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş vermişdi. Arxeoloji qazıntılar nəticəsində tapılmış əmək alətləri, məişət əşyaları və kənd təsərrüfatı məhsullarının qalıqları: dəryazlar, oraqlar, bellər və kərkilər, metaləritmə və metal emalı alətləri, dulusçuluq və parça toxumaq üçün dəzgah o dövr üçün yüksək inkişaf səviyyəsini müəyyən edir. Azərbaycanda feodal münasibətləri III-V əsrlərdə yaranmışdır. Feodal münasibətlərinin təşəkkülü prosesində torpaqların bir hissəsi ali zümrənin mülkiyyətinə keçdi. Azərbaycanda formalaşmaqda olan feodal münasibətləri Qərbi Avropadakı feodal münasibətlərindən bir sıra cəhətlərinə görə fərqlənirdi. Azərbaycanda feodal torpaq sahibliyinin 2 əsas forması var idi:
1.Dastakert. Bu, irsi torpaq mülkü idi və onun sahibi olan iri feodal patrik adlanırdı. Zərdüşt kahinləri də iri torpaq sahələrinə malik idilər.
2.Xostak. Bu, şərti torpaq sahibliyi idi. Onun sahibi olan orta və xırda feodalları “azadlar” adlandırırdılar. Azadlar patriklərin vassalı olub hökmdarlara qoşun verməli, sarayda müəyyən vəzifə tutmalı, müharibə vaxtı alban və sasani qoşunlarının tərkibində vuruşmalı idilər. Atropatenada əvvəllər “azad icmaçı” mənasını verən dehqan indi torpaq sahibi mənasında işlənirdi.
Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması üstün idi. Ərzaq məhsulları daha çox malikanənin daxilində tələbatın ödənilməsinə sərf edildiyindən bazarla əlaqə çox zəif idi.
Azərbaycanda olan feodal dövlətlərindən biri Albaniya idi. Mənbələrə görə Albaniyada feodal münasibətləri IV əsrdə formalaşmışdır. Bu dövrdə əhalinin sosial tərkibini hakimlər, ruhanilər, vergi ödəyən kəndlilər və sənətkarlar təşkil edirdi. Alban feodal dövləti III-V əsrlərdə bir sıra vilayətlərə bölünürdüÇola indiki Dərbənddən Beşbarmaq dağına qədər Kaspi dənizi boyunca uzanan ərazini tuturdu. Bura Alban qapıları adlanırdı. Vilayətlərdə üzümçülük, meyvəçilik və taxılçılıqla məşğul olurdular. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti, Çola ilə Şəki arasında Lipina yerləşirdi. Albaniyanın paytaxtı Qəbələ şəhəri idi. Girdiman vilayətində metal məmulatlar istehsal edilirdi. Mərkəzi Bərdə olan Uti vilayəti əkinçilik, maldarlıq, toxuculuqla məşğul olurdu. Albaniyanın Paytakaran vilayəti Mil düzünün və Muğanın bir hissəsini əhatə edirdi.