Saciler dovleti: Sacilər dövlətinin əsasını Afşin ləqəbi daşıyan, əslən Mərkəzi Asiyanın Usruşana vilayətinin qədim türk nəsillərindən olan Sacilər (879-941) qoymuşdur. Məşhur sərkərdə Afşin Heydər ibn Kavus bu nəsildən idi. Xilafət Bizansla sərhədləri möhkəmləndirmək üçün Mərkəzi Asiyadan Azərbaycana və Şərqi Anadoluya yeni-yeni türk tayfaları köçürürdü. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad xilafət ordusunda xidmət edən məşhur türk sərkərdələrindən biri idi. . Beləliklə, Sacilər dövləti X əsrin əvvəlində cənubda Zəncandan şimalda Dərbəndə qədər, şərqdə Xəzər dənizindən qərbdə Ani və Dəbil şəhərlərinə qədər olan əraziləri əhatə edirdi. Xilafətə xərac göndərilməsinin dayandırılması və Sacilərin adından pul kəsilməsi onların müstəqil olduğunu sübut edir. Yusif dövlətin sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini bərpa etmişdir. Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra Ərdəbil şəhəri idi. IX əsrin 80-ci illərindən X əsrin 40-cı illərinədək bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində olması ölkə miqyasında iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə, etnik fərqlərin aradan qalxmasına və Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərdi.
Salariler dovleti:Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd 941-ci ildə Azərbaycan feodal qrupları arasındakı çəkişmələrdən istifadə edərək sonuncu Saci hökmdarı Deysəmi taxtdan salıb Salarilər dövlətinin (941-981) əsasını qoydu. Dövlətin paytaxtı Ərdabil şəhəri oldu. Salarilər Şirvanşahları özlərindən asılı vəziyyətə salmış və Dərbəndi ələ keçirmişdilər. Mərzban Şərqi Gürcüstanı da tabe etmişdi. Ən qüdrətli dövrlərində Salarilər dövlətinin sərhədləri şimalda Dərbənddən cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarına qədər uzanırdı. . IX əsrin sonu - X əsrin əvvəllərində şərq slavyanlarının Azərbaycana qarətçi yürüşləri başladı. Ərəb mənbələrində slav-yanlar, adətən, ruslar adlandırılırlar. 909-cu ildə slavyanlar yürüş edərək Xəzər dənizindəki Abaskun adasını tutdular. 944-cu ildə Kiyev knyazı İqorun drujinaları və muzdlu dəstələri “Aranın anası” adlandırılan Bərdəni ələ keçirib Azərbaycanda möhkəmlənmək üçün yeni yürüşə başladılar.
Bərdə şəhəri 944-cü il faciəsindən sonra bir daha özünə gələ bilmədi. Xəzər dənizində onlara məxsus ticarət gəmiləri üzürdü. Bununla belə, Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğlanları və qardaşı Vəhsudan arasındakı çəkişmələr və xarici basqınlar dövlətin süqutunu sürətləndirdi.