Tələbələr:Quliyev Tuqay, Xəlilov Rasim. Qrup:283.20 Fakültə:QNMF. Fənn:Qazımada Texnoloji Məhlullar. Müəllim:Şirin Baxşəliyeva. Mövzu Gillər və gilli məhlullar haqqında ümumi məlumat. Gil nədir? Suyun, temperaturun və küləyin dağ süxurlarına təsiri nəticəsində gil əmələ gəlir. . Gil bir çox mineralların qarışığından ibarətdir. Gil əsasən silisium oksidi və alüminium oksidi dən təşkil olunmuşdur. Birincisi – montmorillonit. Əsasını bu mineral təşkil edən gillər yüksək keyfiyyətli olurlar, bu gillər «bentonit»gillərdir. İkinci mineral – kaolinitdir. + = Silisium oksid. Alüminium oksid. Gil. Gilin növləri. Gillər 2 qrupa bölünür : 1. Qalıq gil. 2. Çökmə gil. Əmələ gəldiyi yerdə qalan gillər qalıq gil adlanır. Külək, su və yaxud buzlaqlar vasitəsilə uzaq məsafələrdən gələn gillər çökmə gil adlanır. . . Gilin təbiəti. Dağ süxurlarını suda islatdıqda plastiklik, yəni yovrula bilən, istənilən şəklə salına bilən maddə əldə edilərsə buna gillər deyilir. Gillər su ilə birlikdə plastik palçıq təşkil edir. Bu palçıq quruduqda, ona verilmiş formanın şəklini saxlayır, yandırıldıqda isə daş kimi bərkiyir. Bu xassələr ancaq gillərə məxsusdur. Gilin fiziki və kimyəvi xassələri. Kimyəvi tərkibinə görə gillər alüminium silikatının hidratlarını təmsil edir. Bu birləşmələr mürəkkəb molekullar əmələ gətirir. Gil təbiətdə müxtəlif mineralların yığımından əmələ gələn süxur dur. Gilin tərkibində əsas komponentlər silisium oksidi, alüminium oksidi və sudur. Bunlardan başqa gildə dəmir oksidi, qələvi metal oksidləri, qələvi torpaq metal oksidləri vardır. Buna görə də gillərə təbiətdə müxtəlif rənglərdə rast gəlinir. Qazıma məhlulu. Məlum olduğu kimi, gilli məhlul gil ilə suyun qarışığından əmələ gəlir. Qazıma məhlulları öz hissəciklərinin ölçülərinə görə suspenziyalara, xassələrinə görə isə kolloid məhlullara daha yaxın olduğu üçün onları kolloid- suspenziya qrupuna aid edirlər. Qazıma məhlulu hidrofil məhluldur. Qazıma şəraitinin dəyişgənliyi müxtəlif növ qazıma məhlullarından istifadə olunmasını tələb edir. Müxtəlif qazıma şəraitləri üçün qazıma məhlulunun seçilməsini asanlaşdırmaq məqsədilə onların təsnifatı tərtib edilir. Məsələn, PH-ın qiymətinə nəzərən, dispers fazaların növləri və tərkibinə görə, kimyəvi reagentlərdən istifadəyə görə və s. ölkəmizdə qazıma məhlullarının təsnifatını tərtib etməyə ilk dəfə professorlar S.M.Quliyev və B.S.Filatov cəhd etmişlər:
su əsaslı qazıma məhlulları
neft əsaslı qazıma məhlulları
hava və ya qaz halında işçi agentlər
Qazıma məhlulunun hazırlanması
Əgər quyunun kəsilişi qazıma məhlulu hazırlamaq üçün yararlı gillərdən təşkil olunubsa, qazıma məhlulunu bilavasitə quyunun içərisində əldə etmək olar. Belə qazıma məhluluna təbii qazıma məhlulu deyilir. Əgər quyunun kəsilişində qazıma məhlulu hazırlamaq üçün yararlı gil növləri olmazsa, yaxud az olarsa, onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə qazıma məhlulu hazırlayırlar.
Qazıma məhlullarının fiziki – mexaniki xassələri. Gilli məhlulun tərkibi dispers fazanın, dispers mühitin və onların aktiv qarşılıqlı təsiri dərəcəsindən asılıdır. L. A. Şreynerə görə gilli məhlulun dispers fazasında hissəciklər aşağıdakı tərkibə bölünür : 1. 2. 3. 4. 5. Elementar gilli plastinkalar.Böyük molekullar. Birinci gilli hissəciklər. Birinci gilli hissəciklərin aqreqatı. Mineralların yüksək dispersli hissəcikləri. Qumlar. Kvars hissəcikləri. Gilli məhlulların fiziki-kimyəvi xassələri. N.Y.Udyanskiyə görə gilli məhlulların fiziki-kimyəvi xassələri aşağıdakılardır : 1. 2. 3. 4. 5. Xüsusi səthi. Energetik səthi. Dartılma səthi. Hidrofil və hidrofobluq. Sedimentasiya (çökmə) 6. 7. 8. 9. 10. 11. Koaqulyasiya. Struktur əmələgəlmə. Statik sürüşmə gərginliyi. Stabillik. İstilik tutumu. Qələviliyi və turşuluğu. Qazıma məhlulunda suyun vəziyyəti. Gilli məhlulda su 2 və ya 3 vəziyyətdə ola bilər. Kolloidal sistemə aid olan gilli məhlullar da su iki vəziyyətdə olur: 1. 2. Kimyəvi bağlı su. Fiziki bağlı su. Suspenziyalarda isə su bu deyilənlərdən əlavə bir də üçüncü vəziyyəti alır. 3. Sərbəst su.
Qlikollu qazma məhlulu
Qlikollu qazma məhlulu potensiallı dayanaqsız gil süxurlarının və məhsuldar layların qazılması üçün nəzərdə tutulmuşdur. Bu qazma məhlulu idarə olunan struktur-mexaniki və kolloid-kimyəvi xassələri sayəsində qazma vaxtı quyu divarlarının dayanaqlığını saxlamağa imkan verir
Mənbə : http://lms.adnsu.az/adnsuEducation/cs?action=load&modulId=1000004&neuron=C2012BB84B07CA07FA837CE58D12DAB6#
Diqqətinizə görə təşəkkür edirəm.