ƏYƏr siZDƏ VƏRƏm aşkar olunubsa bunlari bilməyiniz vacibdir



Yüklə 8,08 Kb.
tarix23.02.2017
ölçüsü8,08 Kb.
#9432

powerpluswatermarkobject118909533


ƏYƏR SİZDƏ VƏRƏM AŞKAR OLUNUBSA BUNLARI BILMƏYINIZ VACIBDIR:


  • Məlumatla silahlanmış xəstə vərəmə qalib gələ bilər

  • Vərəm xəstəliyindən məhşur insanlar müalicə olunub, sağalıb və başqalarına da kömək ediblər

  • Azərbaycanda vərəmə müayinə və vərəmin müalicəsi dövlət tərəfindən tam şəkildə təmin olunur

  • Vərəmin müalicəsi yalnız ftiziatr tərəfindən aparılmalıdır, başqa həkimlər tərəfindən müalicə qeyri-qanunidir və ağır fəsadlara gətirib çıxara bilər

  • Yaxınlarınızı yoluxdurmamaq üçün öskürəndə ağzınızı salfet, yaylıq ya da dəsmal ilə bağlayın

  • Tüpürcəyinizdə vərəm çöpü aşkar edilibsə cəmiyyət içinə çıxanda xüsusi maskadan istifadə edin

  • Müalicədən sonra tüpürcəyinizdə vərəm çöpləri aşkar edilmir və bundan sonra Siz maska taxmaya bilərsiniz

  • Müalicəsi başa çatdırılmış və vərəmdən tam sağalmış xəstələr vərəm dispanserindən qeydiyyatdan çıxarılırlar

  • Vərəmin müalicəsi xəstənin daimi yaşayış yerinə yaxın dispanserdə aparılır

  • Vərəmin müalicəsi eyni zamanda bir neçə dərman ilə uzun müddət ərzində aparılır

  • Dərman və davranış rejimi gözlənilərsə vərəm tam şəkildə müalicə olunur

  • Özünüzü yaxşı hiss etsəniz də həkimin qərarı olmadan müalicənin dayandırılması yolverilməzdir – bu halda bədəndə qalan vərəm çöpləri müalicə olunmayan formaya keçə bilər

  • Vərəmnən müalicənin ən etibarlı və yeganə vasitəsi – uzunmüddətli dərman müalicəsidir

  • Təmkinli olun, kalorili və keyfiyyətli qidalanın, vaxtında istirahət edin

  • Həkimlərə xəstəliyiniz barədə dəqiq və ətraflı məlumat verin

  • Tam sağalma üçün dərmanları fasiləsiz şəkildə həkim yazdığı qaydada qəbul edin

  • Müalicə alarkən siz ailənizi vərəmdən qorumuş olursunuz

  • Müalicə olunun, sağalın və başqalarına da kömək edin!


VƏRƏM SİZİ SECİB – SİZ İSƏ VƏRƏMİ SEÇMƏYİN!!!



Yüklə 8,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin