Fraktal qrafika-
Riyazi düstürlar əsasında qurulan mücərrəd təsvirlər
.
Üç ölçülü qrafika.
Üçölçülü kompüter qrafikasının yaradılması prosesini
üç əsas mərhələyə
ayırmaq olar:
1. 3D-modelləşdirmə adlandırılan
birinci mərhələdə obyektin modeli –
forması yaradılır.
2. Tərtibat və animasiya adlandırılan
ikinci mərhələdə obyektlərin hərəkəti
və bir-birinə nəzərən yerləşməsi təsvir olunur.
3. Nəhayət, renderinq adlandırılan
üçüncü mərhələdə obyektin yekun
obrazı yaradılır.
Virtual obyektləri modelləşdirən və onların əsasında təsvirin modelini yaradan
proqramlara:
AutoDesk 3D Studio Max, Maya, Cinema 4D, Softimage
XSI, Rhinoceros 3D, ZBrush, Newtek Lightwave və s. aid etmək olar.
Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD – Computer Aided
Desing sistemləri)
əsasən layihə-konstruktor işlərinin avtomatlaşdırılması
üçün istifadə edilir. CAD sistemləri əsasən arxitektura, maşınqayırma,
cihazqayırma sahələrində tətbiq edilir. CAD sistemlərinə AutoCAD,
ArchiCAD, OrCAD, MathCAD və s. proqramları aid etmək olar.
Qeyd:
• Tam rənglər- RGB- Kompüter qrafikasında istifadə olunur
• Tamamlayıcı rənglər- CMYK- çap işləri zamanı istifadə
olunur