Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi A zərbaycan Dillər Universiteti
Tələbə:Günay Həsənli
Qrup:135B
Fakültə:Filologiya
İxtisas:İngilis ədəbiyyatı
Fənn:İKT
Mövzu:Komputer təsnifatı
Bakı-2023
Kompüterin təsnifatı Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə onları qruplara bölürlər, yəni təsnif edirlər. Təsnifat əlamətləri vəzifəsinə, ölçülərinə, məhsuldarlığa, qiymətinə, element bazasına və s. Görə seçilə bilər.
Kompüterlərin təsnifat əlamətləri Kompüter texnikasının müxtəlif əlamətlərə görə təsnifatları mövcuddur:
Inkişaf mərhələlərinə görə (nəsillərə görə);
Arxitekturaya görə;
Məhsuldarlığa görə;
Istismar şəraitinə görə;
Prosessorların sayına görə;
Istehlak xüsusiyyətlərinə görə və s.
Con Fon Neyman arxitekturalı kompüterlər element bazasına görə aşağıdakı nəsillərə bölünür:
I nəsil (1950-1959-cu illər) kompüterlərin element bazası elektron lampalar üzərində qurulmuşdur və işləmə sürəti kiçik idi. Məlumat daşıyıcısı perfokart, perfolentdən istifadə olunurdu və yalnız riyazi məsələlərin həlli mümkün idi. Bu nəsil kompüterlərə misal olaraq «MESM», «BESM», «Strela», «M-3», «Minsk-P, «Ural-2», «M-20» və s. Göstərmək olar.
II nəsil (1960-1969) kompüterlərin element bazası yarımkeçirici diodlar və tranzistorlardan ibarət idi. Mətni informasiyanın emalı mümkün oaln bu nəsil kompüterlərdə xarici yaddaş kimi maqnit lenti və alqoritmik dillərdən istifadə edilmişdir. II nəsil kompüterlərə «BESM-4», «BESM-6», «M-220», «Minsk-2», «Minsk-22», «Minsk-32», «Ural-14» və s. Misal göstərmək olar.
III nəsil (1970-1985) kompüterlərin element bazası inteqral sxemlər əsasında qurulması nəticəsində qabarit ölçüləri kiçildi və iş etibarlığı artdı, xarici yaddaş kimi maqnit disklərdən istifadə olundu. Eyni vaxtda bir neçə proqramın yerinə yetirilməsi (multiproqram rejim) mümkün oldu. III nəsil kompüterlərdə informasiya emalı prosesində əməliyyat sistemindən istifadə olunmuşdur. Teleemalrejimi mümkün olub, yəni uzaq məsafədəki informasiya əlaqəsi qurulmuşdur. İlk dəfə klaviatura və monitordan istifadə olunub. III nəsil kompüterlərə IBM360 və IBM370 misal göstərmək olar.
IV nəsil (1981-ci ildən indiyə qədər) kompüterlərin element bazası BİS və ÇBİS-lər üzərində qurulması onların qabarit ölçülərinin xeyli kiçilməsinə (10-100 dəfələrlə), iş etibarlığının, işləmə sürətinin və tutumunun xeyli artmasına səbəb olmuşdur. IV nəsil maşınları arasında mikro və mini kompüterlər xüsusi yer tuturlar. Mikro-kompüterlərin ən geniş yayılmış növü isə fərdi kompüterlərdir (ingiliscə Personal Computer – PC). Fərdi kompüterlər (FK) IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edirlər.
Kompüterləri qabarit ölçülərinə və məhsuldarlığa görə aşağıdakı siniflərə bölürlər:
− çox böyük (super) kompüterlər;
− böyük kompüterlər;
− orta kompüterlər;
− kiçik (mini) kompüterlər;
− mikro-kompüterlər.
Tarixən ilk dəfə böyük kompüterlər yaranmışdır. Onların element bazaları elektron lampalardan başlayaraq yüksək səviyyədə inteqral sxemlərə qədər təkmilləşdirilmişdir.
Bəzi hallarda böyük kompüterlərin məhsuldarlığı müəyyən sahələrdə tətbiq üçün (məsələn, geniş sahədə planlaşdırma və proqnozlaşdırma, nüvə energetikası, hərbi-müdafiə sahəsi və s.) kifayət etmir. Bu səbəbdən də super-kompüterlərin yaradılmasına ehtiyac yaranmışdır. Bu cür kompüterlərdə hesablamaların paralel aparılması, çoxsəviyyəli iyerarxik yaddaş strukturlarından istifadə olunması, hədsiz işləmə sürəti (saniyədə milyard əməliyyat) almağa imkan verir.
Meynfreymlər elmi-texniki məsələlərin geniş sinfinin həlli üçün nəzərdə tutulurlar və mürəkkəb və baha maşınlardırlar. Onlardan işçi yerlər 200-r300-dən az olmayan halda böyük sistemlərdə istifadə etmak məqsədəuyğundur.
Kiçik (mini) kompüterlər ölçülərinin və qiymətlərinin orta və böyük kompüterlərə nisbətən kiçik olmasına baxmayaraq, universal imkanlara malikdirlər. Kiçik kompüterlər 60-cı illərdə yaradılmış (DEC firmasınınn PDP-5 kompüteri) və sonradan böyük sürətlə inkişaf etmiş və geniş tətbiq tapmışlar.
Mikro-kompüterlər. Böyük və çox böyük səviyyəli inteqral mikro-sxemlərin (BİS, ÇBİS) hazırlanması texnologiyası bir BIS və ya ÇBİS-də prosessor yaratmağa imkan verdi. Bu cür qurğuya mikroprosessor deyilir. Mikrokompüterlər mərkəzi prosessoru mikroprosessor şəklində hazırlanmış kompüterlərdir.
Mikrokompüterlərin müasir modelləri bir neçə mikroprosessora malikdir. Kompüterin məhsuldarlığı təkcə istifadə olunan mikroprosessorun xarakteristikaları ilə deyil, həm də əməli yaddaşın tutumu, periferiya qurğularının növləri, konstruktiv həllərin keyfiyyəti və s. ilə müəyyən edilir.
Mikrokompüterlər müxtəlif mürəkkəb məsələlərin həlli üçün alətdir. Hər il mikroprosessorların gücü, periferiya qurğularının isə effektivliyi artır. Sürət saniyədə 1-r100 milyon əməliyyatdır.Mikroprosessorun kəşfi mikro-kompüterlər sinfinin yaranmasına gətirib çıxardı. Mikroprosessorun yaradılması nəinki kompüterin mərkəzi hissəsini kiçiltdi, həm də kiçik ölçülü xarici qurğuların yaradılması tələbini qarşıya qoydu. Kiçik ölçülərinə, kifayət qədər məhsuldarlığına, yüksək iş etibarlığına və ucuzluğuna görə mikro-kompüterlər elm və sənayenin bütün sahələrində, tədrisdə və məişətdə geniş tətbiq olunur. Fərdi kompüterlər (FK) bir istifadəçi üçün nəzərdə tutulmuş və bir insan tərəfindən idarə olunan universal təyinatlı mikrokompüterlərdir. Fərdi kompüterin bütün avadanlığı bir stol üzərində yerləşdirilir.
Əvvəllər (I və II nəsil) kompüterlərin aparat və proqram vasitələri bir-birindən asılı olmadan, ayrı-ayrılıqda yaradılırdı. III nəsildən (60-cı illərin sonu) başlayaraq kompüterin aparat və proqram vasitələri vahid bir sistem kimi layihələndirilməyə başlandı. Bu zaman əsas diqqət bu vasitələrin qarşılıqlı əlaqəsinə yönəldilirdi. Bununla da prinsip baxımdan yeni olan «kompüterin arxitekturası» anlayışı yarandı. Kompüterin arxitekturası dedikdə aparat-proqram vasitələrinin ümumi prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən xarakteristikaları başa düşülür. Arxitektura kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. V nəslin bəzi nümayəndələrini çıxmaqla keçmiş və indiki kompüterlərin arxitekturasında məşhur amerika alimi Con fon Neyman tərəfindən 40-cı illərdə təklif edilən prinsiplər əsas götürülür.
Kompüterin arxitekturası 3 hissəyə bölünür:
Hesablama və məntiq imkanları
Əmrlər sistemi
Verilənlərin formatları
İşləmə sürəti
Aparat vasitələri
Kompüterin strukturu
Yaddaşın təşkili
Giriş-çıxışın təşkili
İdarəetmə prinsipləri
Proqram vasitələri
Əməliyyat sistemi
Proqramlaşdırma dilləri
Tətbiqi proqram təminatı
Kompüterin əsas iş prinsipi amerikalı alim Con Fon Neyman tərəfindən verilmiş və onun fikrincə istənilən kompüter 4 əsas qurğuya malik olmalıdır:
1. Hesablayıcı–məntiqi qurğu
2. İdarə qurğusu
3. Yaddaş qurğusu
4. Xarici(periferiya) qurğular
Neyman arxitekturalı kompüterlərin iş prinsipləri aşağıdakılardır:
1. Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələləri həll edir.
2. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vektoru şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.
3. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.
4. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir.