İŞ haqqinda elan azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müasir və Təhsil və Tədrisə Yardım Mərkəzinin Psixi Sağlamlıq Təşəbüsü Layihəsi İsmayıllı və Quba rayonunda 2008-2011-ci illəri əhatə edəcək pilot layihə həyata
İŞ HAQQINDA ELAN Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müasir və Təhsil və Tədrisə Yardım Mərkəzinin Psixi Sağlamlıq Təşəbüsü Layihəsi İsmayıllı və Quba rayonunda 2008-2011-ci illəri əhatə edəcək pilot layihə həyata keçirəcəkdir. Layihə çərçivəsində İsmayıllı və Quba rayonunda fiziki və əqli qüsuru (autizm, Daun sindromu, serebral iflic, əqli gerilik, nitq problemləri və s.) olan uşaqlara səyyar reabilitasiya xidmətləri təmin etmək üçün dörd mütəxəssis tələb olunur:
Səyyar xidmətlər üzrə işçilər üçün ixtisas tələbləri Ümumi tələblər
Yaşı: 22-dən 40-a qədər
Təhsil: Ali pedaqoji, orta-ixtisas (məktəbəqədər, məktəb – ibtidai sinif pedaqoqu), orta-ixtisas (tibbi). Kurs və ya treninq keçmişsə, bunu təsdiq edən şəhadətnamə təqdim olunmalıdır.
İxtisas üzrə iş stajı: ən azı 5 il. İşin bilavasitə uşaqlarla bağlı olması (məktəb, uşaq bağçasında) daha üstün hesab edilir
Bölgə üzrə səfərlərdə atipik uşaqlarla işləmək arzusu (ucqar kəndlərdə yaşayan uşaqlara baş çəkmə)
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) mobilxidmet@gmail.com elektron ünvanına göndərə bilərlər. Xahiş olunur tərcümeyi-halda iş təcrübəsi haqda ətraflı məlumat verəsiniz. Ailə üzvləri haqda məlumat verilməsi vacib deyil.