1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan Quryçay mədəniyyəti.Azıx adamı(Azıxantrop)



Yüklə 344,46 Kb.
səhifə6/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   2   3   4   5   6   7   8   9   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

5.Azərbaycan Quryçay mədəniyyəti.Azıx adamı(Azıxantrop).

Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Qədim insanlar alət hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olurdular. Quruçay vadisi ibtidai insanların yaşaması üçün hər cür şəraitə malik olmuşdur. Ona görə də Azıx mağarasının 7–10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Mədəniyyətin ilkin mərhələsində alətlərin hazırlanması texnikası bəsit olduğu halda sonrakı mərhələlərdə təkmilləşmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksiilə yaxınlıq təşkil edir. Lakin əmək alətlərinin tipologiyasında fərqlər var. Aparılan kompleks tədqiqatlar Quruçay mədəniyyətinin Azərbaycanda 1.2 milyon il bundan əvvəl başlayıb, 700 min il bundan əvvələ qədər davam etdiyini göstərir. Quruçay mədəniyyəti keçmiş SSRİ ərazisindəən qədim arxeoloji mədəniyyət idi.

Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi Qədim daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır.

Azərbaycanın Paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində başlanmışdır. 1953-cü ildə S.N. Zamyatin və М.М.Hüseynovun rəhbərliyi ilə təşkil edilən kəşfiyyat xarakterli tədqiqatlar zamanı Qazax rayonunun Daşsalahlı kəndində, Damcılı mağarasında Paleolit düşərgəsi aşkar olunmuşdur. Sonrakı illərdə aparılan araşdırmalar yeni abidələrin aşkar olunması ilə nəticələnmişdir.

Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə Aşel dövrü təbəqəsindən azıxantroqun alt çənə parçası, 1974-cü ildə isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti aşkar olunmuşdur.

Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarası Quruçay vadisində, Мil düzü ilə dağ silsiləsinin birləşdiyi ərazidə, olduqca əlverişli mövqedə yer almışdur. Soyuq və isti iqlimlərin qovşağında yerləşən bu ərazi Paleolit dövrü insanlarının ovladığı müxtəlif heyvanların buraya gəlməsinə imkan yaratmışdır. Onlar içərisində kərgədan, vəhşi atlar, ceyran, öküz və digər heyvan cinsləri olmuşdur.

Azıx mağarasının ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay vadisində məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir.

Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib öyrənilmişdir. Onlar protoçopper, protoçorrinq, limasşəkilli kobud alətlər, çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən həmçinin istehsal tullantıları və Quruçay dərəsindən xammal kimi gətirilən çay daşları da aşkar edilmişdir. Əmək alətlərinin hamısı qırmızı, qəhvəyi, sarı-boz rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmaqla işlənmiş, üzərlərində istifadə izləri saxlanmışdır. Qəlpələr əsasən daşların kənarlarından mərkəzə doğru vurulan zərbələrlə qoparılmışdır. Alətlərin bir qismində çay daşının təbii qabığı saxlanmışdır. Bəzi əmək alətləri pilləli retuşla işlənmişdir. Onuncu təbəqədən aşkar olunmuş əmək alətləri işlənmə texnikasına və tipoloji xüsusiyyətlərinə görə həmdövrdür. Ərsinlər, kəsici və özəkvari alətlər qəlpələr qoparılmaqla kobud hazırlanmışdır. Əmək alətlərinin işlənmə texnikasının kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki tərəfli işləmə texnikası, əmək alətlərinin ağız hissəsinin ikinci dəfə işlənməsi göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli əvvəl vadidə açıq düşərgələrdə məskunlaşmışlar. М.М.Hüseynovun fikrinə görə, bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il əvvəl meydana gəlmişdir. Hazırda Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl meydana gəldiyi ehtimal olunur.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin