1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan Daş dövründə.Daş dövrü yaşayış məskənləri,onların öyrənilməsinin əhəmiyyəti



Yüklə 344,46 Kb.
səhifə4/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   2   3   4   5   6   7   8   9   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

4.Azərbaycan Daş dövründə.Daş dövrü yaşayış məskənləri,onların öyrənilməsinin əhəmiyyəti.

İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı olmuşdur.

İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III — I minilliklər) olan bir dövrü əhatə edir.

İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.



Daş dövrü bölünür:

  • Paleolit (Qədim daş dövrü) — təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e. ə. XII minilliyə qədər davam etmişdir.

  • Mezolit (Orta daş dövrü) — e. ə. XII — VIII minillildər.

  • Neolit (Yeni daş dövrü) — e. ə. VII — VI minilliklər.

  • Eneolit (Mis — daş dövrü) — e. ə. VI — IV minilliyin ortaları.

  • Tunc dövrü — e. ə. IV minilliyin sonlarından II minilliyin sonlarınadək davam etmişdir.

  • Dəmir dövrü — e. ə. II minilliyin sonları — I minillikləri əhatə edir.

Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər davam etmişdir. Azıx mağarası Azərbaycanda ən qədim paleolit düşərgəsidir və ölkəmizdə ən qədim daş alətlər burada tapılmışdır. «Quruçay mədəniyyəti»nə aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. Həmin alətlər belə söyləməyə imkan verir ki, Avroasiya ərazisində ilkin insan yurdu bizim Vətənimizdə — Azərbaycanda tapılmışdır.

Orta paleolit dövrü (təxminən e. ə. 100 — 40-cı minilliklər) Mustye dövrü adlanır. Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. İbtidai insan dəstəsində kişilər ovçuluqla, qadınlar isə ev işləri və yığıcılıqla məşğul olurdular. Qarabağda Tağlar mağarasındakrocaq yerləri insanın süni od əldə etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta paleolitdə yaşayan qədim insanları neandertal (bu tip insan qalıqları ilk dəfə Almaniyadakı Neandertal mağarasında tapılmışdır) adlandırırlar.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin