1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycanın Tunc dövrü yaşayış məskənləri və onların öyrənilməsinin əhəmiyyəti



Yüklə 344,46 Kb.
səhifə9/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   5   6   7   8   9   10   11   12   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

8.Azərbaycanın Tunc dövrü yaşayış məskənləri və onların öyrənilməsinin əhəmiyyəti.

Eramızdan əvvəl III minilliyin sonlarından başlayan Tunc dövründə Azərbaycan və bütün Zaqafqaziya qəbilələrinin ictimai-iqtisadi və mədəni inkişafında əhəmiyyətli irəliləyişlər baş verir. İnkişaf etmiş əkinçi-maldar təsərrüfatları əsasında böyük yaşayış məskənləri yaranır. Yerli xammaldan tunc məmulatların istehsalı genişlənir. Əkinçilik və maldarlığın inkişafı əhalinin artmasına və patriarxal münasibətlərin güclənməsinə gətirib çıxarır. Hakimiyyət və mülkiyyət qəbilə başçılarının əlində cəmlənir, sinfi təbəqələşmə intensivləşir. 

Tunc dövründə Azərbaycanda Qobustan, Qaraköpəktəpə, Günəştəpə, Çardaxlıtəpə, Mişarçay, Qəflə təpələri, Sərkərtəpə, Çüttəpə, Şortəpə və digər yeni yaşayış məskənləri yaranır. Zaman keçdikcə onlar müdafiə hasarı ilə əhatəyə alınır. 

Azərbaycan əhalisinin Tunc dövrü fəaliyyətində əsas yeri əkinçilik tuturdu. Yerli sakinlər buğda və arpa, darı və kətan, noxud becərirdilər. Səpin üçün toxumluq taxıl seçilməsi bu dövrün əkinçilik mədəniyyətində böyük tərəqqi idi. Məhsulun biçilməsində tunc oraqlardan istifadə olunurdu. Kür-Araz mədəniyyəti qəbilələrinin iri buynuzlu heyvanları qoşquda istifadə etməsi və çörək bişirməsi məlumdur. 

Tunc dövründə Azərbaycan ərazisində təşəkkül tapan qəbilələrin maldarlıq təsərrüfatlarında iribuynuzlu heyvanlar üstünlük təşkil edirdi. Bütün Qafqazda olduğu kimi Azərbaycanda da yayda heyvanlar dağlara, alp otlaqlarına sürülürdü. 

Əkinçi-maldarlıq təsərrüfatının inkişafı yeyinti məhsullarının istehsalında irəliləyişə yol açır. İlk dəfə gildən nehrə düzəldilir. Maraqlıdır ki, nehrə öz ilkin formasını bu günə qədər saxlayıb və ondan indi də istifadə olunmaqdadır.

Tunc dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin inkişafı ilə də diqqəti cəlb edir. Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənlərinin məlum olduğu həmin dövrdə Azərbaycanda mis-mədən işləri geniş vüsət alır. Yerli metal istehsalı məmulatı içərisində ən mühüm alət küplü tunc baltalar idi. Beləliklə, Azərbaycanda metal istehsalı və metal əşyaların hazırlanması sənətkarlığın mühüm sahələrindən birinə çevrilir.

Tunc dövründə duluzçuluq sənəti də inkişaf edirdi. Müxtəlif formalı kiçik qablardan tutmuş taxıl saxlanan iri küplərədək bir sıra məmulatlar hazrlanırdı. Manqallar və müxtəlif sacayaqlar da saxsı məmulatların istehsalında xüsusi yer tuturdu.

Azərbaycan tunc dövrü abidələri ilə zəngindir. Naxçıvanda, Kür və Araz vadilərində, Urmiya gölü hövzəsində, Qarabağ düzənliyində, Muğanda, Qobustanda, Abşeronda və başqa yerlərdə daha çox yayılmış bu abidələr içərisində qəbirüstü abidələr diqqəti daha çox cəlb edir. Həmin dövrdə axirət dünyası ilə bağlı dini görüşlər əhalinin ideologiyasında müəyyən yer tutmağa başlamışdı. Dəfnə həddən artıq diqqət yetirən tayfa üzvləri bir çox hallarda qəbrin üzərində kurqan düzəldirdilər. Qəbirə isə ölü ilə birgə heyvan əti, başqa ərzaq və avadanlıqlar, silahlar qoyurdular. Bunlardan başqa Urmiya gölü sahilində Göytəpə yaşayış yerində və Naxçıvan ərazisində Qızılvəngdə Tunc dövrünə aid daş qutularda dəfnetmə adətinin nişanələrinə də rast gəlinir.

Eramızdan əvvəl II minilliyin sonu və I minilliyin əvvəlində tunc emalı yüksək mərhələyə çatır, saxsı qabların istehsalı təkmilləşir. Xış əkinçiliyi geniş vüsət alır. Yaylaq maldarlığının təşəkkülü prosesi başa çatır, düzənliklərdə taxılçılıq, bağçılıq və üzümçülük inkişaf edir. Dağlıq bölgələrin maldar tayfaları metal emalı sahəsində böyük uğurlara nail olur. Dəmirin mənimsənilməsi dövrün mühüm hadisəsinə çevrilir və Tunc dövrü tədricən öz yerini Dəmir dövrünə verir.





Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin