Azərbaycan Respublikasında son illərdə aparılan islahatlar iqtisadiyyatda əsaslı, keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Bu da dinamik iqtisadi inkişafı təmin etmişdir.
Ölkəmizdə həyata keçirilən sosial – iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri açılmış, yeni müəssisələr, infrastruktur obyektləri və s. yaradılmışdır.
2015 – ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005- ci illə müqayisədə 535,2 min nəfər artaraq 4915,3 min nəfər olmuşdur.
Bunlardan 4671,6 min nəfərini iqtisadiyyatda məşğul olanlar 243,7 min nəfərini isə işsiz əhali təşkil etmişdir.
Əmək bazarını səciyyələndirən əsas göstəricilərə məşğulluq səviyyəsi, məşğulluğun növləri, məşğul əhalinin fəaliyyət növləri üzrə bölgüsü, muzdla və muzdsuz işləyənlər iqtisadi fəal əhali, işsizliyin səviyyəsi və s. Daxildir
Son illərdə əmək bazarı, məşğulluq və işsizlik problemlərin elmi, nəzəri və praktiki tərəflərin həlli yolları ilə bağlı respublikamızın görkəmli iqtisadçı alimlərindən T.Ə.Quliyev, Z.Ə.Səmədzadə, A.K.Ələsgərov, Ş.M.Muradov, Ə.Q.Əlirzayev, R.K.İsgəndərov, S.S.Mehbalıyev və başqaları tərəfindən sanballı tədqiqat işləri yerinə yetirilmişdi.
Məşğulluq və işsizlik səviyyəsi müxtəlif peşə qrupları və regionlar üzrə də bir – birindən fərqlənir.
Ayrı – ayrı regionlarda və bütünlükdə ölkədə baş verən sosial – iqtisadi və struktur dəyişikliklərinə müvafiq olaraq, əmək bazarı hansı peşə və ixtisaslara tələbatın olduğunu və hansılarına isə tələbatın olmadığını üzə çıxarır.
Müasir dövrdə Azərbaycanda həyata keçirilən makroiqtisadi islahatlar çərcivəsində yüksək inflyasiya şəraitində sərmayiçilərin qeyri – müəyyənlik hallarında olmaları və gələcək işlərin reallaşdırılmasında müəyyən çətinkliklərlə üzləşmələri haqqında daha dolğun məlumatlar olması çox vacibdir.
Son zamanlarda müəyyən müşahidələr manatın ucuzlaşması ilə əlaqədər sahibkarlıq fəaliyyəti dollarla bağlı olan şirkətlərdə müəyyən narahatlığın olmasını göstərir.
Hökümət tərəfindən manatın devalvasiyası ilə əlaqədar maliyyə sektorunda 21 nizamlama aparılması məşğulluğu təmin edilməsində müsbət rola malik sahibkarlıq fəaliyyətinin inkişafına mane olan əngəllərin aradan qaldırılması, xarici – iqtisadi fəaliyyət sağlam rəqabət şəraitinin yaradılması məqsədilə Ölkəmizin gömrük orqanıarının işinin təkmilləşdirilməsi üzrə də tədbirlərin həyata keçirilməsinə, eyni zamanda müvafiq gömrük tarif rüsumlarının tətbiq edilməsinə yenidən baxılması yaxşı olardı.
Məşğulluq səviyyəsinin yüksəldilməsinə təsir edən amillərdən biri də qeyri – neft sektorunun inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsulunun ixracı ilə bağlıdır. Aparılan araşdırmaların nəticələri sübut edir ki, Ölkəmizdə aqrar sahə məhsullarının istehsalı və emalı müqayisəli üstünlüyə malikdir. Ancaq son illərdə ölkənin istehlak bazarında qiymətlərdə baş verən dəyişikliklərin əsasən yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış qiymətlərində əks olunmuşdur. Respublika iqtisadiyyatın inkişafının yerli ərzaq məhsulların istehsalı, ixracı və istehlakçılara çatdırılması istiqamətində qurulması səmərəli məşğulluğun təmin edilməsinə geniş imkanlar açır. Qeyd edək ki, bu istiqamətdə dövlət tərəfindən məqsədyönlü və ardıcıl tədbirlərin həyata keçirilməsinə ciddi fikir verilir.