Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər



Yüklə 22,52 Kb.
səhifə1/2
tarix31.05.2022
ölçüsü22,52 Kb.
#60129
  1   2
referat 1718


Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur.
Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar. Lakin onların Azərbaycana və Qərbi Ġrana köçməsini daha erkən dövrə (VIII-IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol iĢğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar.
Qaraqoyunluları təşkil edən əsas tayfalar bunlardır: Baharlı, Sədli, Qaramanlı, Alpout, Duharlı, Cagirli, Hacili, Ağacəri. Bu tayfalar arasında Baharlı və Sədli oymaqlarının siyasi rolu müstəsna olmuşdur. Sədli oymağının qədim vətəni Naxçıvan və Sürməli idi. Qaraqoyunlular XIV əsrin sonlarında ġərqi Anadoluda bəylik yaratmış və onun əsasını qoyan şəxs Bayram Xoca olmuşdur. Baharlı oymağının rəisi olmuş Bayram Xoca Cəlairi Sultan Üveysin Təbriz sarayında nüfuzlu əmirlərdən biri idi. Onun oğlu Qara Məhəmməd qızını Sultan Əhmədə verərək sülalə əlaqələrini möhkəmlətmişdi. Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində Cəlairi əmirlərinin böyük rolu olmuşdur.
Teymurun ölümündən sonra Miranşah və onun böyük oğlu Əbubəkr zahirən Ömərin hakimiyyətini qəbul etdilər. Lakin Ömər hakimiyyətinə qəsd olacağını düşündüyü üçün Sultaniyyəyə onun yanına gəlmiş Əbubəkri həbs etdirdi. Qala keşikçiləri ilə dil tapıb həbsdən azad olan Əbubəkr atası Miranşahla Xorasanda qoşun topladı. ġirvanşah I İbrahimə qarŞı yürüŞ etmiŞ Ömər Şəhərdə olmadığı üçün Əbubəkr Sultaniyyəni ələ keçirdi və maneəsiz Təbrizə daxil oldu.
Cənubi Azərbaycan Əbubəkr və Ömərin arasında gedən qanlı toqquşmalar meydanına çevrilmişdi. Təbriz əldən-ələ keçir və şəhərin sakinləri qətl və qarətlərə məruz qalırdı. Lakin təbrizlilər işğalçılara qarşı mübarizədə böyük hünər və mətinlik göstərərək onları şəhərdən çıxmağa məcbur etdilər. Mənbələrdə Təbrizin müdafiəsinin təşkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, ġeyx Əxi Qəssab və Qazi İmadəddinin qeyrət və bacarığı xüsusi qeyd olunur.
Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif döyüş meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin adlı-sanlı rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəldi, şəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə gəlməyə təşviq etdi. Qara Yusif isə müvəqqəti olaraq şəhəri mühafizə etmək üçün darğa göndərdi və Sultaniyyəyə yürüş etdi. Əbubəkr şəhəri tərk etdi və Reyə qaçdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı ġahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təşəbbüs etdi. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən ġənbi-Qazana gəldi. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın etdi. Miranşah öldürüldü, Əbubəkr isə qaçmağa müvəffəq oldu.
Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdı. Bu qələbədən sonra, 1409-cu il payızın başlanğıcında Qara Yusif Təbrizə daxil olmuş, ġəki hakimi Seydi Əhmədə qarşı qoşun göndərmişdi. Lakin Qaraqoyunlu sərkərdələri döyüşə yaxşı hazırlanmış ġəki hakiminin hərbi qüvvələrinə hücuma cəsarət etməmiş və ġirvanın bəzi yerlərini qarətlə kifayətlənərək geri qayıtmışlar. Qara Yusif öz siyasi məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaşdırmırdı.
1410-cu il avqustun 30-da Təbriz yaxınlığında, Əsəd qəsəbəsi kənarındakı döyüşdə keçmiş müttəfiqi Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkdirdi, Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağı öncədən oğulluğa götürmüĢdü. Bu məsələni Sultan Əhmədə xatırladan Qara Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında yarlıq yazdırdı. 1411-ci ildə Qara Yusif Təbrizdə Azərbaycan əyanları və Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. Beləliklə, Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Azərbaycanın Kürdən cənubdakı ərazisi, Ermənistan, Anadolunun şərq vilayətləri və İraq-i Ərəb bu dövlətin daxilində idi.
Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hökmdarı ġahrux idi. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana tərəf hərəkət etdi. Lakin Qara Yusif də geniş hərbi hazırlıq görmüşdü: atlı qoşunla yanaşı burada ilk dəfə olaraq piyada döyüşçülər (Təbriz vilayətinin oturaq əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmiĢdilər. Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə paytaxtdan çıxması xəbəri Şahruxun ordusunda böyük həyəcan və təlaş doğurmuşdu. Şahrux qüdrətli sərkərdə kimi geniş Şöhrət tapmış Qara Yusifdən ehtiyat edirdi.
Qara Yusif yaxşı silahlanmış güclü qoşunu üçün baxış təşkil etmişdi. Teymuri tarixçiləri bu ordunun "günəşin zərrələri və buludun damlaları qədər saysız-hesabsız" olduğunu göstərirlər. Lakin əslində Qara Yusifin qoşununun sayı 50 mindən çox deyildi. Təbrizdən düşmən qarşısına çıxmış Qara Yusif yolda ikən ağır xəstələndi və qəflətən vəfat etdi.
Qara Yusifın ölümü Qaraqoyunlu ordugahında böyük qarışıqlığa və hərc-mərcliyə səbəb oldu. Şahzadələrdən heç biri burada deyildi; Şahməhəmməd Bağdadda, İsgəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə, Əbu Səid isə Ərzincanda idi. Yaxınlaşan Teymuri qoşunundan vahiməyə düşmüş Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Bir dəstə adam Qaraqoyunlu padşahının cəsədi olan otağa girdi, buranı qarət etdi, cəsədin əynindən paltarını çıxardı, hətta onun qulaqlarındakı qızıl sırğaları da bıçaqla kəsib götürdü. Yalnız iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və başqaları) tərəfindən götürüldü, Təbrizə, buradan da Ərcişə - ata-babasının məzarları yanına gətirildi və dəfn edildi. Təbriz əyanlarının Qara Yusifə qarşı belə münasibəti onu göstərir ki, oturaq şəhər əhalisi Qaraqoyunlu hökmdarını yabançı sülalənin nümayəndəsi kimi deyil, yerli Azərbaycan hökmdarı kimi qiymətləndirirdi.
Beləliklə, heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi, lakin Qaraqoyunlu dövləti dağılmadı. Qala Yusifin böyük oğlu İsgəndər ġahruxa qarşı inadlı mübarizəyə başladı. Qaraqoyunlu tayfalarını öz ətrafına yığmış İsgəndər Ələşkert vadisində üç gün davam edən (30 iyul - 1 avqust 1421) qanlı döyüşdə Teymurilər tərəfindən məğlub olundu. Sayı 50 mindən çox olmayan Qaraqoyunlu qoşunları sayca 4-5 dəfə artıq olan Şahruxun hərbi qüvvələrinə qalib gələ bilməzdilər. Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş filləri də vardı. Ağqoyunlu əmiri Qara Osman da öz qoşunu ilə Şahruxun ordusuna qoşulmuşdu.
Beləliklə, heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi, lakin Qaraqoyunlu dövləti dağılmadı. Qala Yusifin böyük oğlu İsgəndər ġahruxa qarşı inadlı mübarizəyə başladı. Qaraqoyunlu tayfalarını öz ətrafına yığmış İsgəndər Ələşkert vadisində üç gün davam edən (30 iyul - 1 avqust 1421) qanlı döyüşdə Teymurilər tərəfindən məğlub olundu. Sayı 50 mindən çox olmayan Qaraqoyunlu qoşunları sayca 4-5 dəfə artıq olan Şahruxun hərbi qüvvələrinə qalib gələ bilməzdilər. Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş filləri də vardı. Ağqoyunlu əmiri Qara Osman da öz qoşunu ilə Şahruxun ordusuna qoşulmuşdu.
ġahrux Təbrizi tərk etdikdən sonra İsgəndər yenidən buraya gəldi və Qaraqoyunlu dövlətini bərpa etdi (1422-1429).
Şahrux Azərbaycana ikinci səfərini 100 minlik ordu ilə 1429-cu ilin yayında başladı. Qaraqoyunlu İsgəndərlə Şahrux arasında həmin ilin sentyabrın 17-də baş vermiş Səlmas vuruşması iki gün davam etdi. İsgəndərin qəhrəmanlıq göstərməsinə baxmayaraq, Şahruxun ehtiyat qüvvələri bu döyüşü də onun xeyrinə həll etdilər.
Şahrux Azərbaycanda Qaraqoyunluların hakimiyyətini aradan qaldırmağa qadir olmadığını anlamıĢdı. Buna görə də o, Qara Yusifin oğulları arasında gedən rəqabət və düşmənçilikdən istifadə etməyi münasib bildi. Şahrux İsgəndərə qarşı Qara Yusifin ən kiçik oğlu Əbu Səidə arxalanmağı qərara aldı. 1430-cu ildə Qarabağda qışlayan Şahrux yanına gəlmiş Əbu Səidi Azərbaycanın hakimi təyin etdi. Lakin Əbu Səid Azərbaycan taxtında ancaq 5-6 ay otura bildi. Azərbaycana gəlmiş İsgəndər Əbu Səidi ələ keçirib öldürdü və yenə hakimiyyəti öz əlinə aldı (1431-1435).
1434-cü ilin ortalarında İsgəndər ġirvan üzərinə qarətçi yürüş etdi. Şirvanşah I Xəlilullah sığındığı Mahmudabad qalasından Şahruxun yanına öz adamını göndərdi, ölkənin görünməmiş surətdə viran və qarət edildiyini ona xəbər verdi. Xəlilullah eyni zamanda Qara Osmandan da yardım istəmişdi. Ağqoyunlu bəyi dərhal böyük qoşunla Diyarbəkirdən hərəkət etdi və Ərzurumu mühasirəyə aldı.
Teymuri sülaləsi ilə qohum olan Xəlilullahın yardım istəməsi və Qaraqoyunlu şahzadələri arasında baş verən münaqişələr 1435-ci ildə ġahruxu Azərbaycana üçüncü dəfə yürüş etməyə həvəsləndirdi. Həmin ilin fevralında Reydə qı.layan ġahrux Vanda olan Cahanşahı öz yanına dəvət etdi. Cahanşahın qardaşı İsgəndərə dəfələrlə itaətsizlik göstərdiyini Şahrux yaxşı bilirdi. 1436-cı ilin mayında Şahrux Qarabağı tərk etdi, Ucana gəldi və burada vassallığı qəbul etmək şərti ilə Azərbaycan hökmdarlığını Cahanşaha verdi.
1438-ci ilin baharında Cahanşah bəzi Qaraqoyunlu və Şirvan əmirləri ilə birlikdə Ərdəbildən Təbrizə hərəkət etdi. Onunla vuruşmaq üçün İsgəndər də Təbrizdən çıxdı və Sufiyanı keçərək Həft Çeşməyə gəldi. Döyüşdən əvvəl Qaramanlı tayfa başçısı Piri bəyin Cahanşahın tərəfinə keçməsi İsgəndərin qələbəyə olan ümidini tamamilə qırdı və onun hərb meydanından qaçmasına səbəb oldu. Cahanşah İsgəndərin gizləndiyi Əlincə qalasmı mühasirəyə aldı. Qalada İsgəndər oğlu Şahqubad tərəfindən qətlə yetirildi.
İsgəndərin ölümündən sonra Qaraqoyunlu taxtında onun qardaşı Cahanşah əyləşdi (1438-1467). Şahruxun ölümünə qədər Cahanşah özünü onun vassalı kimi qələmə verir və Şirvanşahla münasibətlərində düşmənçilikdən çəkinirdi. Cahanşahın əsas rəqibi Ağqoyunluların başçısı olan Uzun Həsən idi. Onunla mübarizə gedişində Qaraqoyunlular Şərqi Anadolunun böyük bir hissəsindən əl çəkməli oldular.
1440-cı ildə Cahanşahın Gürcüstana ilk yürüşündə Ərdəbil Şeyxi İbrahim Şeyxşah və Səfəvi təriqətinin müridləri fəal iştirak etdilər. 1441 -ci ildə Cahanşah Gürcüstana basqın etdi və gürcü knyazı Vaxtanqın güclü müqavimətinə rast gəldi.
1445-ci ildə Cahanşah Bağdad hakimi olan qardaşı İspəndin ölümündən sonra şəhəri zəbt etdi. Beləliklə, İraq-i Ərəb də Azərbaycan Qaraqoyunlu dövlətinə qatıldı.
Şahruxun ölümü (1447) Cahanşahın əl-qolunu açdı. O özünü müstəqil hökmdar kimi aparmağa başladı, "sultan" və "xaqan" titulları aldı. Elə bu zamandan etibarən Cahanşah öz adına xütbə oxutdurmağa, sikkə vurdurmağa başladı. Ağqoyunlu ordusu Şərqə-İraq-i Əcəmə hərəkət etdi və Şahruxun dövründən münaqişələrə səbəb olan sərhəd Şəhərlərini (Sultaniyyə, Qəzvin) ələ keçirməyə çalışdı. ġahruxun nəvəsi Məhəmməd Sultan əvvəlcə müqavimət göstərmək istədi. Lakin ġahruxun Cahanşahı "oğulluğa götürmüş" arvadı Gövhərşad bəyimin vasitəçiliyi nəticəsində düşmənçilik münasibətlərinə son qoyuldu; Məhəmməd Sultan Cahanşahın qızını aldı və İraq-i Əcəm Cahanşaha verildi.
Teymurilər dövləti ərazisinin şahzadələr arasında mübarizə meydanına çevrildiyini görən Cahanşah fürsətdən istifadə etdi. O, qərbdə (Diyarbəkir vilayətində) Ağqoyunlularla gedən ağır və mənasız mübarizəni dayandırmaq qərarına gəldi və əsas diqqətini İrana yönəltdi.
1453-cü ilin baharında Cahanşah böyük qoşunla Şərqə doğru hərəkət etdi. Onun oğlu Pirbudaq Qum şəhərini zəbt etdi və İsfahana yönəldi. Qaraqoyunlu qoşunu İsfahanı tutaraq ġiraza yollandı. Bu şəhər müqavimət göstərmədən Cahanşaha tabe oldu.
1454-cü ildə Qaraqoyunlu qoşunu Pirbudağın başçılığı ilə Kirman və Yəzdi zəbt etdi. 1457-ci ildə isə Xorasan hakimi Babur Mirzənin ölümündən sonra taxt-tac çəkişmələrindən istifadə edən Cahanşah İranın Şərqinə doğru hərəkət etdi. O, Xəzər sahili ilə irəlilədi, Mazandaran və Astrabadı zəbt etdi. Qaraqoyunlu padşahı Məşhədi və Nişapuru keçərək Teymurilərin paytaxtı olan Herat şəhərinə daxil oldu. 1458-ci il iyunun 28-də Cahanşah Teymuri hökmdarı Şahruxun taxtında əyləşdi. Xarici dövlətlərin elçiləri Herata gəlib onu salamlayır, ənam və hədiyyələrini təqdim edirdilər. Lakin həmin ildə Cahanşah Heratı tərk etməli oldu.
60-cı illərin ortalarında Qaraqoyunlu dövləti Azərbaycandan başqa aşağıdakı əraziləri özündə birləşdirirdi: İraqın hər iki hissəsi, Fars, Girman və Ermənistan. Lakin Cahanşahın qurduğu dövlət daxili çəkişmələr və feodal özbaşınalığı nəticəsində getdikcə zəifləyirdi.
Təbrizdə Həsənəlinin üsyanını yenicə yatırmış Cahanşah o biri oğlu Pirbudağın ġirazdakı qiyamını da yatırmalı oldu (1462). Farsdan qovulmuş Pirbudaq Bağdadda da atasına qarşı çıxış etdi (1464) və bir il sürən ağır müharibədən sonra öldürüldü (1466).
Azərbaycan Qaraqoyunlu dövləti 1467-ci ilin sonunda süquta uğradı və Azərbaycan zəminində yeni siyasi qurum - Uzun Həsənin Ağqoyunlu dövləti təşəkkül tapdı.

Yüklə 22,52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin