Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər


ŞirvanŞah I İbrahimin birləşdirici siyasəti. Gürcüstanla ittifaq



Yüklə 22,52 Kb.
səhifə2/2
tarix31.05.2022
ölçüsü22,52 Kb.
#60129
1   2
referat 1718

ŞirvanŞah I İbrahimin birləşdirici siyasəti. Gürcüstanla ittifaq. XV əsrin əvvəllərində Azərbaycanın Teymuri hakimiyyəti altından çıxması və birləşməsi üçün çox əlverişli şərait yaranmışdı. O zaman beynəlxalq mübarizələr meydanında Azərbaycan üçün təhlükə yarada biləcək qüvvə yox idi. Teymurun vəfatından sonra (1405) onun işğalçı siyasəti nəticəsində yaranan Teymurilər dövləti tezliklə dağılmağa başladı. Müxtəlif ölkələrdə hökmranlıq edən Teymuri şahzadələri arasındakı ixtilaflar nəticəsində bir sıra əyalətlər bu xanədanın təsir dairəsi altından çıxmış, müstəqillik qazanmışdı. Teymurilər arasındakı feodal hərc-mərcliyi davam edirdi. Bu vəziyyət Azərbaycanda da hökm sürməkdə idi. Hələ atası Teymurun sağlığında Azərbaycandakı hakimiyyətindən (Qarabağ və Muğan istisna olmaq şərti ilə) kənar edilmiş Miranşah atasının ölüm xəbərini eşidən kimi bir sıra əyalətlərdə hökmranlıq edən doğma oğlu Mirzə Ömərə qarşı müharibəyə başladı. Bu işdə marağı olan Mirzə Əbubəkr də kiçik qardaşının əleyhinə atası Miranşahla birləşdi. Bu çəkişmələr və döyüşlər nəticəsində Teymurilərin Azərbaycandakı hakimiyyəti zəifləməyə başladı. Ölkədə xalq kütlələri arasında xarici əsarətdən azad olmaq meyilləri qüvvətləndi. Təbriz, Marağa və Qarabağda həyəcanlar artdı. Müxtəlif əyalətlərin birləşməsi üçün əlverişli şərait yarandı.
Mənbələrden məlum olur ki, I İbrahimin Azərbaycanın cənub vilayətlərinə təyin etdiyi məmurlar ədalətlə hərəkət edirdilər. Lakin I İbrahimin birləşdirmə siyasəti uğursuzluqla nəticələndi. Sultan Əhməd Cəlairi və Qara Yusif Qaraqoyunlunun qoşunlan Təbriz üzərinə hücuma keçdilər. Şirvanşah öz yaxın adamları ilə məsləhətləşdikdən sonra belə qərara gəldi ki, Arazın Şimal sahilinə qayıtmaq zəruridir. Bu qərarın məqsədi tamamilə aydm idi: Məlumdur ki, o zaman I İbrahimin yaxşı silahlanmış döyüşçüləri Azərbaycanın feodal əyanlarından ibarət idi və onlarda "vətən" məfhumu yalnız yaşadıqlan ərazi ilə məhdudlaşırdı. I İbrahimə kömək edən başqa tayfa əmirləri də Azərbaycanın birləşməində maraqlı deyildilər və daha qüvvətli sərkərdələrə xidmət etmək meyli onlan xəyanətə vadar edirdi..
Yüklə 22,52 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin