Sacilər dövlətinin yaranmasının tarixi əhəmiyyəti.
Salarilər dövləti.
Salarilər dövlətinin Azərbaycan tarixində yeri.
Şəddadilər dövləti.
Şəddadilər və oğuzlar.
Şəddadilər və Səlcuqlar.
Rəvvadilər dövləti.
IX əsrdə azadlıq müharibələrinin genişlənməsi səbəbindən Xilafət getdikcə zəiflədi.Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil feodal dövlətləri meydana gəldi.Belə bir şəraitdə xilafətin işğal etdiyi ölkələrdə yerli hökmdarlıqlar əmələ gəldi və onlar xilafətə tabe olmaqdan boyun qaçırdılar.
Babək üsyanı yatirildiqdan sonra ,IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir. Belə dövlətlər sayca çox idilər . Onlardan daha nüfuzluları Şirvanşahlar,Şeddadilər,Sacilər,Salarilər və Rəvvadilər idi.
Şirvanşahlar dövləti Şirvanşahlar dövlətinin qurucusu Məzyədilər sülaləsi hesab olunur. ərəb mənşəli Məzyədilər Rəbiə tayfasının Şeybanilər nəslinə mənsub idilər. Məzyədilər sülaləsinin görkəmli nümayəndəsi Yezid İbn Məzyəd Abbasilər dövründə Cənubi Qafqazın vı Şirvanın hakimi olmuşdu. Abbasilər xilafətinin zəifləməsindən istifadə edən Yezid İbn Məzyəd paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik qurdu. O, Aran, Şirvan, Dərbənd və Ermənistan ərazilərinin də idarə edilməsini də öz əlinə aldı. Yezid İbn Məzyədin varisləri dövründə Məzyədilər öz müstəqilliklərini daha da qüvvətləndirirlər. 801 – ci ildə Yezid ibn Məzyədin ölümündən sonra varisləri Xalid, Məhəmməd və Əsəd Cənubi Qafqazın hakiminə çevrildilər. Məzyədilər sülaləsinə mənsub Məhəmməd ibn Məzyəd;
859 – cu ildə Gəncəni bərpa edərək Məzyədilərin mərkəzini bura köçürdü.
Məzyədilərin müstəqilliyini artırdı.
Məzyədilərin Azərbaycanda daha da möhkəmlənməsinə şərait yaratdı.
Heysam ibn Xalidin dövründə Məzyədilər daha damüstəqilləşdilər. O, 861 – ci ildə şirvanşşah titulunu qəbul edərək Şirvanın mmüstəqilliyini elan etdi.
Səlcuq türklərinin hakimiyyəti dövründə də Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz (1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə tamamilə son qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahınhakimiyyətinin sonuna yaxın Şirvan-şahlar yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun oğulları II Mənuçöhr və I Afridun ölkəni müstəqil idarə edirdilər.
Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlaşmağa çalışırdılar. Gürcü çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı Şirvanşah I Afridunun oğlu III Mənuçöhrəvermişdi (1111). Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü taqavorlarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici siyasət planlarına malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komnininoğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı qoymaq üçün Qafqazın şimalında Gürcüstana 45 min ailə və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü. Bütün bundan başqa Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə də əlaqə yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşunları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. Bununla belə, ehtiyatlı siyasət yeridən Şirvanşahlar daha qüdrətli rəqib olan səlcuq türkləri ilə münasibətləri pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıpçaq - türk döyüşçüləri hesabına gücləndirmiş gürcü çarı, Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. 1117-ci ildə IV Davidin oğlu Demetre Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğradıb çoxlu qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Davidin özü qüvvətli ordu ilə iki dəfə Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələnivə ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. IV David 1121-ci ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qazandı. Gürcülər, Qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyiaradan qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi.
Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu dövrdə Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun zəifləməsi ilə yanaşı III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən imtina etdi. Buna cavab olaraq 1123-cü ildə səlcuq sultanı Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk etdi.
Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səlcuq imperatorluğu arasında münasibətlərin pozulması Azərbaycan üçün ağır nəticələr verdi. Qərbi Azərbaycan və Şirvan torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarından ötrü əlverişli şərait yarandı. IV David Şir-van torpaqlarını bütünlüklə Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstanvə Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm şəhərlərdə və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları Şirvanda beş ay-dan artıq qala bilmədilər. IV Davidin ölümündən (1125) sonra onlar Şirvanı tərk etməyə məcbur oldular. Gürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlar taxtı yenidən III Mənuçöhrün əlinə keçdi.
III Mənuçöhr və I Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan-şahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 - 60-cı illərində Şirvanşahlar dövləti özünün güclənmə çağını yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Güney Qafkazda qüdrətli siyasi amilə çevrilmişdi.
1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahın oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şir-van əyanları yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə Qıpçaq türklərinə arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Azərbaycan Eldənizlər dövlətininişə qarışması ilə bu plan pozuldu. Atabəy Şəmsəddin Eldənizinhərbi qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Əhsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. Tamar özünün gürcü əhatəsi ilə birlikdə Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.
I Əhsitanın hakimiyyəti illərində Şirvan dövləti daha da gücləndi. O, atası III Mənuçöhrün səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Əhsitan ömrünün sonunadək ona hakimiyyəti ələ keçirməkdə kömək etmiş Azərbaycan Eldənizlər dövləti ilə dostluq əlaqələri saxladı, ona arxalandı. Eyni zamanda Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam etdirildi. I Əhsitan Şirvan-Gürcüstan qohumluq ənənələrini davam etdirərək gürcü çarı III Georginin bacısı qızına evləndi. 1173-cü ildə Şirvanşahın hərbi qüvvələri Şəki ərazisindən keçərək Gürcüstana hücum etdi və mərkəzi hakimiyyətə qarşı qalxmış qiyamı yatırmaqda III Georgiya köməklik göstərdi. Bundan başqa I Əhsitanın hakimiyyəti illərində Dərbənd hakimliyi yenidən Şirvanşahlardan asılı vəziyyətə salındı. Atası III Mənuçöhr kimi, I Əhsitan və onun varisləri də Şirvan dövlətinin müdafiə qüdrətini artırdılar. Ölkənin ərazisində çoxlu müdafiə qurğuları - qalalar, qüllələr, sədlər tikildi və bərpa edildi.
1175-ci ildə Şirvanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı: 73 gəmidən ibarət rusların donanması Azərbaycana basqın etdi. Yadellilər Kürün mənsəbinə daxil olaraq Lənbəranaqədər hərəkət etdilər. Elə bu zaman quzeydən Qıpçaq türkləri Dərbəndi və Şabranıələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri rus donanmasını məhv etdi. Şabran və Dər-bəndi qıpçaqlardan geri aldı. Hər iki qələbədə çar III Georginin başçılıq etdiyi gürcü qoşunları Şirvanşaha kömək göstərdilər. Yeri gəlmişkən, Bizans şahzadəsi Andronik Komin də Azərbaycana köməyə gələn gürcü qoşun-larının ordugahında idi.
I Əhsitanın hakimiyyətinin sonuna yaxın güclü zəlzələ (1192) nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (o sıradan şahın ailə üzvləri) tələf oldu. Bu hadisədən sonra Şirvanşahlar dövlətinin paytaxtı Bakı-ya köçürüldü.
Şirvanşah I Əhsitan və onun varislərinin hakimiyyəti illərində Azərbaycanın quzey torpaqlarında yaranmış siyasi sabitlik, Şirvanşahların Azərbaycan Eldənizlər dövləti və səlcuq türkləri ilə dostluq siyasəti, Gürcüstanla qonşuluq münasibətləri, Dərbənd keçidinin möhkəmləndirilməsi iqtisadi inkişafa və mədəniyyətin tərəqqisinə müsbət təsir göstərdi.