Şəddadilər dövləti (971 – 1054 ) X əsrin 70-ci illərində Azərbaycanın quzeyində Şəddadilər dovləti meydana gəldi. Şəddadilər, əvvəllər Salarilər dövlətinin tərkibində olan Dəbil (Dvin) yörələrində yaşayırdılar. Salarilər dövlətinin zəifləməsindən istifadə edən Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbili ələ keçirlb müstəqil Dəbil (Dvin) əmirliyini yaratmışdı. Soykökünə görə kürd olan Мəhəmməd ibn Şəddad və onun varislərinin idarə etdiyi bu Azərbaycan əmirliyi tarixdə Şəddadllər dövləti adı ilə tanınır. Sonralar Şəddadilər Salarilər dövlətinin zəifləməsindən istifadə edib 971-ci ildə Gəncəni ələ keçirdilər və Azərbaycan Şəddadilər dövlətinin əsasını qoydular. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.
Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər dövləti qüvvətləndi.O , Gəncə ətrafındakı bütün xırda mülkləri aradan qaldırıb mərkəzi hakimiyyəti gücləndirdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili də öz dövlətinə birləşdirdi. Erməni hakimi Şəddadilər dövlətinə bac verməyə məcbur oldu. Bundan başqa Fəzl ibn Məhəmməd gürcülər və xəzərlərə qarşı uğurlu savaş apardı. Onun hakimlyyəti illərində hərbi məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın quzey və Güney bölgələri arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində Şəddadilərlə Şirvanşahlar arasında da sıx əlaqə yaranmışdı.Hər iki sülalə arasında qohumluq münasibətləri vardı. Şəddadilər digər Azərbaycan hakimləri ilə Güneydə hökmdarlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayırdılar. XI əsrin 30-cu illərində Arazdan quzeydəki Azərbaycan torpaqlarında yeni-yeni Oğuz boylarının məskən salması Şəddadilərin hərbi qüdrətini daha da artırdı.Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vuruldu (1037). Bizans və Gürcüstanın birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də baş tutmadı (1038). Bütün bu qovğalarda oğuz döyüşçüləri fəal iştirak etdilər.
Şəddadilər dövləti Əbu-I-Əsvar Şavurun (1049-1067) dövründə Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr apardı. Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxuya düşən və bu zaman Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağladı, 1062-ci ildə alanların Dəryal keçidini aşıb Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncənin yadellilərə qarşı müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə onun ətrafına hasar və xəndəklər çəkdirdi, şəhərə möhkəm qala qapıları düzəltdirdi (1063). Şəddadilər bu zaman Dəbili əldən verməmək, habelə onlardan asılı olan Ani əmirliyini müdafiə etmək üçün ermənilərə və onlara kömək edən Bizans imperiyasına qarşı da uğurla mübarizə apardılar. Kiçik Asiyanın şərqində Bizansa qarşı vuruşan Şəddadi qoşunlarının vurucu qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə Şəddadilərin daha qüdrətli müttəfiqi sonralar Səlcuq türkləri oldu.