Azərbaycanda feodal döVLƏTLƏRİ plan ərəb xilafətinin zəifləməsindən yaranan dövlətlər



Yüklə 44,61 Kb.
səhifə4/7
tarix16.12.2023
ölçüsü44,61 Kb.
#181639
1   2   3   4   5   6   7
referat 880

Sacilər dövləti ( 879 – 941 )
Azərbaycan Sacilər dövlətini türk sülaləsi olan Sacilər (879-941) yaratmışdılar. Bu sülalənin nümayəndələri bir qayda olaraq, Afşin ləqəbi daşıyırdılar. Sacoğulları kökcə Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdılar. Azərbaycan Sacilər dövlətinin meydana gəlməsi real etnik-siyasi zəminə əsaslanırdı. Kiçik Asiyanın gündoğar bölgələri, İran və Güney Qafqaz Xilafətin əlinə keçdikdən sonra bu yerlərdə islam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi. Xilafətlə Bizans arasında uzun sürən müharibələr, ərəb xəlifələri Mehdi (775-785), Harun ər-Rəşid (786-809), Məmun (813-833), Mötəsim (833-842), xüsusilə, Mütəvəkkilin (847-861) hakimiyyəti illərində Xilafət-Bizans sərhədlərini möhkəmləndirmək məqsədilə Orta Asiyadan Azərbaycana və Şərqi Anadoluya yeni türk tayfaları köçürüldü. Türk alpları Xilafət ordusunda mühüm qüvvəyə çevrildi. Ərəb xilafətinin zəifləməsi nəticəsində fəallaşan Bizans imperiyası və onunla əlbir hərəkət edərək Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərindən ibarət vahid xristian blokuna qarşı mübarizədə islam-türk birliyi, о cümlədən Azərbaycan türkləri mühüm rol oynadı.[5]
Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri idi. O, dəfələrlə ərəb qoşunlarının hərbi əməliyyatlarına başçılıq etmiş, Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdu. Dövlət qarşısındakı xidmətlərinə görə Xilafətin böyük və ən zəngin əyalətlərindən biri olan Azərbaycan iqta olaraq Sacilərə verilmişdi. Azərbaycanı müstəqil idarə edən Sacilər Xilafət xəzinəsinə ildə 120 min dinar bac göndərirdilər. Əbu Sac Divdadın oğulları Məhəmməd ibn Əbu Sac və Yusuf ibn Əbu Sac da Xilafətin görkəmli sərkərdələrindən idilər.Sacoğullarının hakimiyyəti dövründə (879-941) Azərbaycanın Güney bölgələri müstəqil dövlətə çevrildi. Xilafətin tabeliyindən çıxmış Sacilərin öz pulları vardı. IX əsrin sonlarında (898, 900) Məhəmməd ibn Əbu Sacın adından pul kəsilməsinə başlanmışdı.
Məhəmməd ibn Əbu Sacın ölümündən sonra onun qardaşı Yusuf ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi. 912-ci ildən etibarən Xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə dayandırıldı. Yusuf ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi. Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər.
Sacoğulları Şirvanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi. Yusuf ibn Əbu Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusuf ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi о zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərir. Azərbaycan Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri idi.
IX əsrin 80-ci illərindən X əsrin 40-cı illərinədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə Azərbaycan türk xalqının etnik özülünün güclənməsinə müsbət təsir göstərdi.
Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.


Yüklə 44,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin