84.Şimali Azərbaycanda XIX əsrin 40-cı illərinin aqrar islahatları.
Türkmənçay və Ədirnə sülhləri Cənubi Qafqazın rus idarəçiliyinə tabe etdirilməsini başa catdırdı. Rusiya Transqafqazı öz malları üçün ucuz satış bazarına çevirmək, regionun bütün iqtisadiyyatını və sərvətini mənimsəmək, eləcə də özünə sosial baza yaratmaq üçün yeni inzibati-idarə üsulu qurmalı idi.
1929-30-cu illərdə burada yoxlama aparan P.İ.Kutaysov və Y.İ.Meçnikov baş komandan Paskeviç ilə birlikdə hazırladıqları layihədə Azərbaycanda çarizmin sosial baza yaratması məsələsi ön plana çəkmişdilər. Ali müsəlman silkinə qəti düşmən mövqedən yanaşılaraq tiyul torpaq sahibliyinin ləğv edilməsi, bunun hesabına “rus zədaganlığının” yaradılması təklif edilirdi. Layihənin 30-cu bölməsində ali silkin birinci dərəcəsi olacaq xanların da hamısına deyil, yalnız “yoxlanıldıqdan sonra” ayrı-ayrı şəxslərə torpaqların yalnız kiçik bir hissəsi məhdud hüquq dairəsində öz köhnə sahiblərinə qaytarılmışdı.
1837-ci ildə 4 nazirlik məmurlarından yaradılmış yeni komissiya Tiflisə böyük hissəsinin torpaq hüquqlarını inkar edən mövqedə dururdu. 1840-cı ilin başlanğıcında Qan ilə Qolovin Transqafqazda inzibati və məhkəmə işinin yenidən qurulması haqda birincidən çox az seçilən yeni layihəni xüsusi komitəyə təqdim etdilər. Komitənin qəbul etdiyi bu sənəd 10 aprel 1840-cı ildə çar tərəfindən bəyənilərək qanuni qüvvəsinə mindi. Bu qanuna görə qəzalara bölünürdü. Şimali Azərbaycanın Şirvan, Qarabağ, Şəki, Talış, Bakı, yaradıldı. Naxçıvan və Balakən qəzaları isə Gürcü-İmereti quberniyasına qatıldı Transqafqazda Baş idarə Şurası yeni qanun üzrə yerli feodalların torpaq hüquqlarını nizamlamaq məsələsi də verildi.
Yeni islahat ağaların və bəylərin torpaq hüquqlarına qarşı tədbirlər ilə yanaşı həyata keçirilməyə başlandı. Baş İdarə Şurası 13 fevral 1841-ci ildə :
Gürcü-İmereri quberniyanın Qazax, Şəmşəddil, Borçalı məntəqələrinin erməni kəndlərinin ağa və məliklərin “idarəsindən” azad edilməsi ;
Həmin məntəqələrin “tatar” kəndlərinin ağaların idarəsindən azad edilməsi haqda 2 mühüm qərar qəbul etdi.
Qərarlar 25 aprel 1841-ci ildə “Zaqafqaziya diyarının qurulması komitəsi”nin təsdiqindən keçdi və mayın 23-də çar imzaladıqdan sonra qüvvəyə mindi. Bu qanuna görə Qazax, Şəmşəddil və Borçalı məntəqələrində 59 ağanın 102 kəndi əvəzi gümüş pulla ödənilmək şərti ilə müsadirə edildi. 11 erməni kəndinə görə isə heç bir əvəz ödənilmədi.
Bunun ardınca Baş İdarə Şurası Kaspi vilayəti bəylərnin “Kənd idarəçiliyindən” kənar edilməsi haqda nərar çıxardı.
Dostları ilə paylaş: |