1. Azərbaycanın təbii-coğrafi şəraiti


Birinci Dünya müharibəsi və onun Azərbaycana təsirləri.Azərbaycanlılar I Dünya müharibəsi cəbhələrində



Yüklə 344,46 Kb.
səhifə95/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   91   92   93   94   95   96   97   98   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

93.Birinci Dünya müharibəsi və onun Azərbaycana təsirləri.Azərbaycanlılar I Dünya müharibəsi cəbhələrində.

Mühаribənin əsаs əməliyyаtlаrı Аvrоpаdа cərəyаn еtsə də, əslində, Аzərbаycаn dа cəbhə bölgəsinə dахil оlаn ərаzilərdən idi. Çünki 1914-cü ilin оktyаbrındа yаrаdılmış оlаn Qаfqаz cəbhəsi Qаrа dənizin cənubundаn bаşlаyаrаq Türkiyə və İrаndаn kеçməklə Хəzər dənizinin cənubunа qədər uzаnırdı. Cəbhə хəttinə bu qədər yахın оlmаsı Аzərbаycаn хаlqının üzərinə düşən çətinlikləri dаhа dа аrtırmışdı. Azərbaycanın iqtisadi həyatı da Rusiyanın tərkib hissəsi kimi bu müharibənin aparılmasına səfərbər edildi və mərkəzi hakimiyyətin siyasətinin dəstəklənməsi yerli hakimiyyət orqanlarının fəaliyyətinin əsas vəzifəsinə çevrildi. Azərbaycanda ictimai-siyasi həyat ciddi nəzarət altına alındı, Bakının təsərrüfat həyatının müharibənin tələbləri üzərində qurulması üçün konkret tədbirlər həyata keçirildi. Məlumdur ki, Birinci Dünya müharibəsi ərəfəsində Bakı şəhəri Rusiya imperiyasının böyük sənaye mərkəzlərindən biri idi. Xüsusilə neft sənayesinin inkişafı cəbhənin yanacaq tələbatını ödəməklə yanaşı, hərbi təyinatlı bir sıra məhsulların istehsalı və bununla da cəbhənin ehtiyaclarının ödənməsi üçün əlverişli imkan yaradırdı. Ona görə də Birinci Dünya müharibəsinin elə ilk ilində ölkənin hərbi rəhbərliyi Bakıda neft tərkibli partladıcı maddələri, habelə aviasiya benzinin istehsalı üçün məsələ qaldırdı. Bununla bağlı Bakıda toluol zavodunun tikilməsi qərara alındı və bunun üçün zəruri olan maliyyə vəsaiti ayrıldı. Bu zavodun tikilməsi qısa müddət ərzində başa çatdırıldı və «Nobel qardaşları» şirkətinə məxsus olan belə bir zavod 1916-cı ilin əvvəlində məhsul verməyə başladı. Elə həmin il Bakıda digər şirkətlərə aid olan toluol, benzol, ksilol zavodları da fəaliyyətə başladı. Bu zavodlar Rusiya Hərbi Nazirliyinin Baş artilleriya idarəsinin sifarişlərini yerinə yetirirdilər.

Müharibə illərində Bakıda aviasiya benzininin istehsalı kifayət qədər artırıldı və bu benzin cəbhənin tələbatının əsas hissəsini təşkil etdi. İstehsalatın yenidən qurulması nəticəsində «Nobel qardaşları» şirkətinin fəaliyyətində bu məhsul böyük çəkiyə malik idi. 1914-cü ilin sentyabrında bu şirkət cəbhəyə 150 min pud aviasiya benzini təhvil verdi. Dövlət sifarişləri əsasında bu məhsulun istehsalı sonrakı illər daha da artırıldı və 1916-cı il mart ayının sonunda «Nobel qardaşları» şirkəti artıq 2 milyon pud aviasiya benzini təhvil verdi. 1915-ci ildə hərbi sifarişlər «Nobel qardaşları» şirkətinin bütün istehsalının 75 faizini təşkil edirdi. Bu şirkət tərəfindən cəbhənin ehtiyacları üçün sulfat turşusu və sürtkü yağları da istehsal edilirdi.

Ölkənin müharibə ehtiyaclarının ödənməsi sahəsində Bakının rolu yalnız neft tərkibli məhsulların istehsalı ilə kifayətlənmirdi. Mövcud olan sənaye bazasından istifadə etməklə bu şəhərdə kifayət qədər çoxtəyinatlı hərbi sənaye kompleksi yaradılmışdı. Mövcud olan faktlar da bunu deməyə əsas verir. Çünki müharibə illərində cəbhə tələbatının ödənməsi üçün cəlb olunan işçi qüvvəsinin sayına görə Bakı şəhəri Cənubi Qafqazın şəhərləri arasında birinci yeri tuturdu. Həmin illərdə Bakıda hərbi sifarişləri yerinə yetirən müəssisələrdə 65524 nəfər fəhlə çalışırdı. 1916-cı ildə Bakı quberniyasındakı müəssisələrə verilmiş hərbi sifarişin ümumi məbləği isə 3 milyon 354 min rubl olmuşdu. Bu böyükhəcmli sifarişlərin yerinə yetirilməsi üçün Bakıda bir sıra zavodların istehsalı da yenidən qurulmuşdu. Məsələn, bunun üçün Xəzər maşınqayırma və qazan zavodları səhmdar cəmiyyətinin bir sıra zavodlarını yenidən qurmaq lazım gəldi.

Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin