1. Azərbaycanın təbii-coğrafi şəraiti


-1920-ci illərdə Cənubi Azərbaycanda demokratik milli azadlıq hərəkatı.Ş.M.Xiyabani



Yüklə 344,46 Kb.
səhifə103/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   99   100   101   102   103   104   105   106   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

101.1917-1920-ci illərdə Cənubi Azərbaycanda demokratik milli azadlıq hərəkatı.Ş.M.Xiyabani.

1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının canlanmasına şərait yaratdı. Müharibə dövründə baş verən ümumi iqtisadi böhran və əhalinin vəziyyətinin ağırlaşması, xarici işğalçıların ağalığı və hökumətin ölkəni fəlakətdən xilas etməyə qadir ola bilməməsi İranda, o cümlədən Cənubi Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən həyəcanlara səbəb olmuşdu.
Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan - İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi . Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi «Təcəddüd» («Yeniləşmə») qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi (fars dilində) 1917-ci il aprelin-9-da çıxdı.
1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və nümayişlər keçirilməyə başladı.
1917-   ci il avqustun 24-də Təbrizdə İDP-nin əyalət komitəsinin konfransı açıldı. 480 nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi genişləndi. Astara, Miyanə və b. şəhərlərdə, kəndlərdə və Bakıda partiyanın təşkilatları yarandı.
1918-   ci ilin noyabrında Türkiyə Cənubi Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartdıqdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər. Vüsuqüddövlənin hökuməti ilə 1919-cu il avqustun 9-da İranı İngiltərədən tam asılı hala salan saziş bağlanması Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərakatının yeni pilləyə qalxmasına təkan verdi. Əyalətdə ingilis imperialistlərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi.
1920-ci il aprelin 7-də Təbrizdə üsyan başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüwələrin hamısı üsyana qoşuldu. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyami və b. ibarət bu heyətə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.
Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət İİH-nin əlinə keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna səbəb olmuşdu. Gilandakı hərəkatın xoşagəlməz cəhətləri, Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun Xəzərsahili limanı Ənzəliyə hərbi hissələr çıxarması Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi «çarizmin o biri üzü» adlandırdı.
Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə demokratların əlinə keçməsinə istinadən üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya - Ala Qapıya köçürüldü.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin