1. Azərbaycanın təbii-coğrafi şəraiti


XI qirmızı sovet ordusunun Azərbaycanı işğal etməsi,AXC-nin süqutu,Azərbaycanda Sovet hakimiyyətinin yaradılması



Yüklə 344,46 Kb.
səhifə100/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   96   97   98   99   100   101   102   103   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

98.XI qirmızı sovet ordusunun Azərbaycanı işğal etməsi,AXC-nin süqutu,Azərbaycanda Sovet hakimiyyətinin yaradılması.

1919-cu ilin sonu və 1920-ci ilin əwəllərində Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, ictimai qüwələrin, siyasi partiyalann qütbləşməsi, Azərbaycanın inkişaf yollanna dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi.
Parlamentdə və hökumətdə də parçalanma baş verdi. Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana gəlmişdi.
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini müqəddərat hüququna dair verdiyi çoxsaylı bəyannamələrə məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi.
Bu zaman «Müstəqil Sovet Azərbaycanı» şüarı və müstəqil Kommunist partiyasının yaradılması məsələsi irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını KP halında birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə Azərbaycan KP nın yaradılmasına rəy verildi.
1920-ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı oldu. Qurultayda bütün kommunist partiyalarının Az. KP-ı adı altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK seçildi.
RK(b)P-nın bölməsi kimi yaranan Azərb. KP-nın I qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi.
1920-ci ilin yanvar — fevral aylarından Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı. Azərbaycanı işğal etmək işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər. Əsgəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı.
Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə də oldu. Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana giriş yolunu açmış oldu.
1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunları Azərbaycana şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27-də parlamentin iclası keçirildi. İclasda xeyli davam edən müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.
Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olmuş və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoymuşdur.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin