2.Azərbaycan tarixinə dair qədim və orta əsrlər dövrü qaynaqları(mənbələri).
Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində İbtidai insanın formalaşdığı rayonlar sırasına daxildir. Aparılmış tədqiqatlarla müəyyən olunmuşdur ki, hələ 12 milyon il əvvəl Azərbaycan ərazisində ən qədim insanlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Qarayazının qərbində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində, Udabno adlı yerdə ən qədim insanının (dişlərinin) tapılması buna sübutdur. Həmin dövr geoloji bölgədə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində insanın təşəkkülü üçün əlverişli şərait olmuşdur. İnsanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu dövrün də 4 milyon ildən artıq olması müəyyənləşdirilmişdir.
Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi İbtidai icma cəmiyyəti adlanır. İbtidai-icma cəmiyyəti başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma cəmiyyəti ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keçmişdir. İbtidai-icma cəmiyyətinin inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur. İbtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.
Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mülayim iqlim və sığınacaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər. Azərbaycan belə ərazilərdən biri olmuşdur. Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdır. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2,5 milyon il bundan əvvəl yaşamışlar.
Azərbaycanda isə ilk insanlar 2,1 - 2,4 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində - Qarabağ (Azıx, Tağlar, Zar) Naxzıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.
Dostları ilə paylaş: |