1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycanda erkən dövlət qurumu-Kuti



Yüklə 344,46 Kb.
səhifə14/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   10   11   12   13   14   15   16   17   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

13.Azərbaycanda erkən dövlət qurumu-Kuti.

Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri.



E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. 

Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o, buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. "Ummanmanda" və kuti hərbi dəstələrinin başında Enridavazir dayanmışdı. Onun şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və orada Enridavazir "qüdrətli, Kutium və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı.

Kuti tayfaları Naram-Suenin hakimiyyəti illərində, Akkad dövlətini tez-tez narahat edirdilər. Kutilər ilə mübarizədə Akkada Elam hökmdarı Kutik-İnşuşinak (e.ə.2240 – 2220) yardım göstərirdi. Elam bu dövrdə Akkadla tarixdə məlum olan ilk beynəlxalq müqavilə bağlayır. Müqaviləyə uyğun olaraq Kutik-İnşuşinak Zaqroş dağları istiqamətində yürüş edir və Kutilərin ölkəsinə gəlib çatır. Bu müvəqqəti qələbə də kutilərin İkiçayarasına axınının qarşısını ala bilmir və onların Akkad dövlətinə təzyiqi getdikcə artır. Kuti hökmdarları İmta (e.ə.2204 – 2197) və İnqeşauşun (e.ə. 2198 – 2192) hakimiyyəti illərində kutilərin İkiçayarasına müdaxiləsi daha da güclənmişdi.

Qaynaqların məlumatına görə kutilərin İkiçayarasına basqınları mal-qaranın şəhərlərə gətirilməsinə maneələr törədir və çöl-əkin işlərinə maneə törədirdi. Naram-Suenin ölümündən sonra Akkad dövləti öz qüdrətini itirir. Hakimiyyətə gəlmiş Şarkalişarri (e.ə. 2200 – 2175) Kuti basqınlarının qarşısını almaq məqsədilə onlara qarşı yürüş təşkil edir. Bu zaman kutilərin hökmdarı Sarlaq (Sarlaqab) (e.ə. 2191 – 2185) idi. Kutilər ilə döyüş İkiçayarasında baş verir və kutilər bu döyüşdə məğlub olur. Sarlaq əsir düşür. Sarlaqın varisi Yarlaqaş (e.ə. 2184 – 2178) ola bilsin ki, Akkad dövlətinə təzyiqi daha da gücləndirmiş və Akkadın süqutuna şərait yaratmışdı. Onun varisi Elulumeş (e.ə. 2177 – 2171) İkiçayarasında baş vermiş daxili hərc mərclikdən istifadə edərək burada kutilərin hakimiyyətini bərqərar etdi. Qaynaqda göstərilir ki, "hakimiyyət kuti tayfalarının əlinə keçdi" E.ə. 2175-ci ildə İkiçayarasında hakimiyyətə kutilər gəldi. Kutilərin İkiçayarasında təxminən 80 – 100 illik hakimiyyəti (müxtəlif tədqiqatçılar müxtəlif illər göstərirlər) zamanı onlara qarşı hər hansı bir narazılıq çıxışları olmamışdır. Yalnız sonuncu kuti hökmdarı Tirikanın adı ilə bağlı narazılıqlar qaynaqlarda əks olunmuşdur.

Kutilər İkiçayarasında mövcud olan idarə sistemini dəyişmədilər. Ölkəni canişinlər vasitəsilə idarə edirdilər. Kutilərə tabe olan şumer şəhər hakimləri ensi rütbəsi daşıyırdılar və müstəqil daxili siyasət yürüdürdülər. Yəqin ki, kuti hökmdarlarının İkiçayarasında da iqamətgahları vardı. İkiçayarasının şumer şəhərləri kuti hökmdarlarının şərəfinə gil kitabələr tərtib edirdilər.

Kuti hökmdarı Laharabın (e.ə. 2135 – 2133) Sippar şəhərində akkad dilində yazısı aşkar edilmişdir .Kuti hökmdarları Yarlaqanda (e.ə.2120 – 2113) və Siumun (e.ə. 2112 – 2105) şərəfinə Umma şəhərində yazı tərtib olunmuşdur. Kuti hökmdarı Puzur-Suenin (e.ə. 2127 – 2120) möhürü üzərində Ur şəhərinin adı göstərilmişdir. Kutilərin hakimiyyəti bütün Ur şəhərini əhatə etmiş,Nippur, Sippar, Umma, Ur kimi şəhərlər isə onların dayaq məntəqələrinə çevrilmişdi.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin