1. Azərbaycanın təbii-coğrafi şəraiti


Mannanın ictimai-iqtisadi və mədəni həyatı



Yüklə 344,46 Kb.
səhifə17/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   13   14   15   16   17   18   19   20   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

16.Mannanın ictimai-iqtisadi və mədəni həyatı.

Qədim Azərbaycan Manna dövlətində əkinçilik, maldarlıq, atçılıq inkişaf etmişdi. Manna dövlətinə dair mənbələrdə bu barədə məlumatlar var: Mannanın vadi və dağətəyi yerlərinin əhalisi əkinçiliklə məşğul olur, müxtəlif dənli bitkilər əkirdilər. Qazıntılar zamanı burada arpa, buğda, darı qalıqları aşkar edilmişdir. Əkinçilər torpağı şumlamaq üçün həm dəmir toxa, həm də xışdan, biçində dəmir oraqdan istifadə edirdilər.

Qədim Azərbaycan Manna dövlətində əkinçilik, maldarlıq, atçılıq inkişaf etmişdi. Manna dövlətinə dair mənbələrdə bu barədə məlumatlar var: Mannanın vadi və dağətəyi yerlərinin əhalisi əkinçiliklə məşğul olur, müxtəlif dənli bitkilər əkirdilər. Qazıntılar zamanı burada arpa, buğda, darı qalıqları aşkar edilmişdir. Əkinçilər torpağı şumlamaq üçün həm dəmir toxa, həm də xışdan, biçində dəmir oraqdan istifadə edirdilər. Assur mixi yazılarında Mannada taxıl anbarlarının olması barədə məlumat vardır. Taxıl saxlamaq üçün xüsusi binalar tikirmişlər. Adətən, böyük anbarlar dövlətə, yaxud hökmdara məxsus idi. Yəqin ki, quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırmış. II Sarqon Mannanın Sanqibutu vilayətinin taxıl anbarlarını ələ keçirmişdi. Bu haqda o, belə məlumat verir: "Ölkənin və əhalinin yaşayışı üçün onun uzun müddət ərzində anbarlara yığdığı çoxlu arpa və buğda ehtiyatlarını at, qatır, dəvə, ulaqla aparmağa bütün ordumu vadar etdim və öz düşərgəmə təpə boyda yığdırdım. Adamlarımı zəngin və doyumlu yeməklə təmin etdim". Eyni zamanda, II Sarqon Tarui və Tarmakisu istehkamlı şəhərlərinin anbarlarını da taladı və öz ordusunu yedizdirdi. O, Aniaştaniya məskənində arpa ehtiyatı olan anbarları da ələ keçirərək, xeyli məhsulu və heyvanlar üçün toplanmış samanı yandırıb məhv etdi. Taxıl anbarları Mannanın Uişdiş vilayətində də tikilmişdi. Müxtəlif taxıl növlərinin becərilməsi mannalıların təsərrüfatında mühüm yer tuturdu. Bəzi hallarda, məsələn, II Aşşurnasirpal Mannanın Zamua ölkəsindən taxıl və samandan ibarət vergi alırdı. II Sarqonun yürüşü zamanı Ullusunu onun ordusunu yeməklə təmin etmək üçün xüsusi un və şərab anbarları düzəltdirmişdi. Şərab iri həcmli küplərdə saxlanırdı. Əkinçilik təsərrüfatının bir sahəsi kimi, Mannada bağçılıq inkişaf etmiş, üzümçülük geniş yayılmışdı.

Solmaz Qaşqay öz əsərində göstərir ki, yazılı mənbə və maddi mədəniyyət məlumatları nə qədər lakonik olsa da, biz e.ə. I minilliyin əvvəllərində Urmiyayanı hövzə əyalətlərində istehsalın səviyyəsi və təsərrüfat formaları haqqında müəyyən təsəvvür əldə edə bilərik. Əsas təsərrüfat növləri hələ qədimdən əkinçilik və maldarlıq olmuşdur.

Zaqroş dağ sistemi, onun su ehtiyatı və iqlim şəraiti, indi olduğu kimi, qədimdə də demək olar ki, özündə təsərrüfat məqsədli istifadə üçün tükənməz imkanlara malikdir və münbit çökəklikləri əkinçiliklə məşğul olmağa şərait yaradırdı.

İranın qərb  hissəsinə, əsasən, qış və yaz fəsillərində ildə 500 mm-dək yağıntı düşür. Atlantik qütb hava kütləsinin bu rayona axını sayəsində yayda dağlara yağış yağır. Silsilənin qərb yamacları daha rütubətli olduğu üçün burada dəmyə əkinçiliyi xeyli geniş inkişaf etməli idi. Min metrdən daha yüksəklikdə yerləşən qəhvəyi və qara-boz torpaqlarla səciyyələnən ərazi yağıntı ilə yaxşı təmin olunmuşdur. Beləliklə, yüksək dağ çökəkliklərində və maili qərb yamaclarında dəmyə əkinçiliyinin yayılması mümkündür.

Assuriya çarları basqın etdikləri ərazidən bol qənimət ələ keçirdiklərini, yerli hökmdarlardan hər il bac topladıqlarını bildirirlər. Birdəfəlik bac, adətən, taxılla alınmırdı, çünki kənd təsərrüfatı məhsulları ehtiyatından yürüşün özündə qoşunu dolandırmaq üçün istifadə olunurdu. Assuriya istilaçılarını mal-qara, metal və metaldan hazırlanan məmulat daha çox maraqlandırırdı. Lakin illik bac olaraq, hər il başqa şeylərlə yanaşı, taxıl da alınırdı.

Həsənluda aparılan qazıntı işlərinin nəticələri rayonun iqtisadiyyatında əkinçiliyin çox mühüm yer tutduğunu söyləməyə imkan verir. Burada iki və altı cərgə arpa, bir neçə növ buğda və darı yetişdirilirdi. Digər tikintilər sırasında burada içərisində müxtəlif kənd təsərrüfatı məhsullarının qalığı olan anbarlar da aşkar edilmişdir.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin