Mövzu 12. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətləri



Yüklə 81 Kb.
səhifə1/4
tarix19.10.2023
ölçüsü81 Kb.
#157325
  1   2   3   4
bim. mövzu 12


Mövzu 12. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətləri
12.1. Beynəlxalq iqtisadi mönasibətlər və inkişaf etmiş ölkələr.
12.2. İnkişaf etmiş ölkələrin iqtisadi siyasətlərinin əsas istiqamətləri.
12.3 Beynəlxalq iqtisadi mönasibətlərdə inkişaf etməkdə olan ölkələrin yeri.
12.4. İnkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi dəyişikliklər
12.5. İnkişaf etməkdə olan ölkələrin inteqrasiyasının səbəbləri və xüsusiyyətləri.
12.1. Beynəlxalq iqtisadi mönasibətlər və inkişaf etmiş ölkələr.
Aydındır ki, BİM-in əsas obyekti dünya təsərrüfatıdır, yəni dünya ölkələrinin iqtisadiyyatıdır. Ayrı- ayrı dövlətlər və onların iqtisadi qurumları isə BİM-in subyektini təşkil edirlər. Bu mənada budövlükdə İEÖ-lər və eləcə də İEOÖ-lər də BİM-in subyektinə daxildirlər. Hər iki yarım sistem arasında qarşılıqlı (ədalətli olmasada) iqti­sa­di münasibətlər sistemi mövcud olmuşdur. əvvəllər müstəmləkə şəraitində olan iqti­sa­di münasibətlər, siyasi müstəqilik əldə etdikdən sonra müəyyən bloklara, birliklərə cəlb etmək yolu ilə xarici iqtisadi əlaqələr çərçivəsidə yaranan iqtisadi münasibətlər və s.
Beləliklə, iqtisadiinkişaf səviyyəsindən asıl olmayaraq hazırda bütün dünya dövlətləri BİM-sisteminə qoşulmuşlar.
Qeyd etmək lazımdır ki, ayrı –ayrı ölkələrin təsnifatında, iqtisadi ədəbiyyatlarda bir çox hallarda “İESÖ”, “qabaqcıl ölkələr”, “birinci dünya ölkələri”, “inkişaf etmiş bazar iqtisadiyyatı” ölkələri və bu kumi anlayışlar işlədilir. Bura 40-a qədər ölkə daxildir. Bunlar əsasən Avropa dövlətləridir.
Deməli bu dövlətlərin əksəriyyəti Avropa dövlətləri və yaxud ondan törəmə dövlətlərdir. Onuda qeyd etməliyik ki, məlum yeddiliklər adlanan qabaqcıl ölkələr bu yarım sistemin əsasını təşkil edir. 2005 – ci ilin təlimatına görə bu yarım sistem ölkələr dünya ölkələrinin ərazisinin 28.5 %- nə əhalinin 18.4.%-nə dünya üzrə ÜDM-in isə 77.5.%-nə malikdirlər.
Burada qeyd etdiyimiz yeddiliklər həmin yarımsistem ölkələr üzrə cəmi ərazinin 54.6, əhalinin 60,4, ÜDM-in isə 78.5%-nə sahibdirlər.
Hər nəfərə düşən ÜDM-in həcmi dünya üzrə 6976, yarımsistem ölkələr üzrə 28919; böyük yeddiliklərdə isə 37580 $-a bərabərdir.
Lakin həmin ölkələr dünyanın iqtisadi və elmitexniki patensialının əsas hissəsini öz əllərində cəmləşdiriblər. Məhz onların arasındakı daxili iqtisadi və xarici iqtisadi siyasət, onların ümumi iqtisadi inkişaf xətti dünya iqtisadiyyatının vəziyyətini, elmi-tex­niki yenilikləri, yenidənqurmanın quruluşunu, dünya bazarının vəziyətini və s. müəyyə etmiş olurlar. Iqtisadi inkişafın bütün cəhdlərinə görə İESÖ-i qabaqcıl rola malikdirlər.
BİM-dəki yeri baxımından həmin ölkələr hər şeydən əvvəl iqtisadiyyatın açıqlığı, sahhibkar kapitalının hərəkətinin genişliyi, geridə qalmış ölkələrinə köməklik göstərməsində fəal iştirakı, kənardan çoxlu işçi qüvvəsi qəbul etməsi beynəlxalq valyuta hesablaşmalarındakı üstenlüklərinə görə xarakterizə olunurlar. Bu yarımsistem də “yeddilər” adalanan ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Kanada daha böyük xüsusi cəkiyə malikdirlər. Bu “yeddilər” təkcə bütün sənaye ölkələrinin deyil, btün dünyanın iqtisadi inkişaf sisteminin inkişaf istiqamətini müəyyən edir. Onu qeyd etmək kifayətdir ki, dünya üzrə elmtutumlu məhsul bazarının 39% ABŞ, 30%-i Yaponiyaya, 16%-i Almaniyaya məxsusdur.
12.2. İnkişaf etmiş ölkələrin iqtisadi siyasətlərinin əsas istiqamətləri.
Hər bir ölkə eləcədə dünya miqyasında iqtisadi siyasət daxili və xarici siyasətin tərkib hissəsi olmaqla, təsərrüfat sisteminin inkişaf qanunauyğunluğunu əks etdirir. Məhz bu siyasət müəyyən mənada iqtisadiyyatın tələbindən irəli gəlirsə, digər mənada iqtisadi inkişafa güclü təsir edir.
Iqtisadi ədəbiyyatlarda iqtisadi siyasət anlayışının izahına müxtəlif səpkidə yanaşılır. Hər halda dövlətin iqtisadi siyasəti dedikdə, iqtisadi proseslərin gedişinin tənzimlənməsindəki, iqtisadi tədbirlərin məcmusu nəzərdə tutulur. Laki qeyd etmək lazımdır ki, hər hansı bir dövlətin iqtisadi inkişaf siyasəti ilə onun iqtisadi inkişafı tənzim etməsi (və yaxud iqtisadi inkişafa qarışması) anlayışlarını eyniləşdirmək olmaz. Hər bir siyasətdə əsas, strateji və cari, konyuktur məqsədləri mövcud ola bilər. Iqtisadi strategiya və siyasət daxili və xarici amillərin təsiri altınta formalaşır. Məhsuldar qüvvələrdə beynəlxalq əmək bölgüsünün səviyyəsində, istehsalın və kapitalın ictimailəşməsində baş verən dəyişikliklərlə şərtlənir. Ona görədə qanunauyğaun olaraq hər bir dövlətin, yarımsistemləri müxtəlif dövürlərdə iqtisadi siyatləridə müxtəlif olur.

Yüklə 81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin