Mövzu 12. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətləri


İnkişaf etməkdə olan ölkələrin inteqrasiyasının səbəbləri və



Yüklə 81 Kb.
səhifə4/4
tarix19.10.2023
ölçüsü81 Kb.
#157325
1   2   3   4
bim. mövzu 12

12.5. İnkişaf etməkdə olan ölkələrin inteqrasiyasının səbəbləri və
xüsusiyyətləri.
Müasir dünya özünün mürəkkəbliyi və rəngarəngliyi ilə səciyyələnir. Yer kürəsində yaşayan 6 milyarddan artıq əhali 2796 dildə danışır. 30-dan çox milli pul va­hi­di dövriyyədədir. Hazırda 200-dən cox milli dövlət qurumları fəaliyyət göstərir. Öl­kə­lər arasında iqtisadi münasibətlər özünün ən yüksək səviyyəsinə catmışdır. Dünya iqti­sadiyyatının formalaşması, dünya bazarının təşəkkülü, eyni zamanda qlobal prob­lem­lə­rin kəskinləşməsi və onların həllinin yalnız ümumbəşəri səviyyədə mümkünlüyü bey­nəl­xalq iqtisadi münasibətlərin bir sistem halında bərqərar olmasına gətirib çıxarmışdır.
Müasir qloballaşan dünya iqtisadi sistemində ölkələrin və eyni zamanda onları iqtisadiyatlarının bir-birinə inteqrasiya etməsi və bu prosesin hədindən artıq sürətlə get­mə­si danılmazdır. Nəzərə alsaq ki, bu prosesdə əsas ölkələr kimi inkişaf etmiş ölkələr çıxış etsə də, inkişaf etməkdə olan ölkələrin də bu prosesə qoşulmaq cəhdləri inteq­ra­si­ya­nın qısa bir zamandakı yüksək həddindən xəbər verir. Bu məsələdə dünyanın nü­fuzlu bey­nəlxalq təşkilatlarının rolunu da nəzərə alsaq, onda məsələnin tam mahiyyətini alnamış olarıq.
Dünya iqtisadiyyatına inetqrasiya prosesində ayrı-ayrı ölkələrin iqtisadi inkişaflarına və onların dünya iqtisadiyyatındakı roluna və təsirinə həm ökələrin özləri həm də dünya iqtisadiyyatı maraq göstərir. Hər bir ölkə öz iqtisadi gücünü artırmaqla öz əhalisinin sosial-iqtisadi rifahını yaxşılaşdırmaqla bərabər, dünya iqtisadi sistemində də öz nüfuzunu artırır və təsir etmə qabiliyyətini gücləndirir. Bu səbəbdən də ölkələr iqtisadi vəziyyətlərini daha da yaxşılaşdırmaq və maksimum səviyyəyə gətirmək üçün müxtəlif metodlardan istifadə edirlər. Bu metodların (iqtisadi, siyasi və s.) müəyyən müddət ərzində fəaliyyət göstərməsi və müsbət nəticə əldə edilməsi nəticəsində iqtisadi inkişaf modelləri formalaşır. Belə iqtisadi inkişaf modellərinin içərisində “dünya möcüzəsi” adlanan bəzi yüksək artım tempi ilə xarakterizə olunan modellər fərqlənir.
Buraxlış işinin tədqiqatında qarşıya qoyulan məsələ yüksək artım tempi ilə müşahidə olunan yeni sənaye ölkələrinin iqtisadi inkişaf modelləridir. Bu işin araşdırılmasında əsas məqsəd bu ölkələrin dünyada bənzəri olmayan iqtisadi inkişaflarının əsasını təşkil edən modelləri tədqiq etmək, bu ölkələrin inkişaf istiqamətlərini araşdırmaq və onların dünya iqtisadiyyatındakı yerinə və roluna nəzər salmaqdır.
İnformasiya mənbəyi kimi mövzu ilə əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və xarici alimlərin və mütəxəssislərin araşdırmalarından və müxtəlif internet saytlarından istifadə edilmişdir.
Buraxılış işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdırıl­mış­dır. Buraxılış işi girişdən, iki fəsildən və nəticədən ibarətdir. Buraxılış işində 26 cədvəl, 4 dioqram, 1 şəkil və 29 mənbədən istifadə edilmişdir.
İşin birinci fəsli “YSÖ-lərin Dünya İqtisadiyyatında yeri və rolu” adlanır. Bu fəsildə yeni sənaye ölkələrinin yaranma mərhələləri, inkişaf xüsusiyyətləri, bu ölkələrin dünya təsərrüfat sistemlərində baş vermiş dəyişikliklər zamanı mövqeyi, yeni sənaye ölkələrinin beynəlxalq iqtisadi münasibətlər sistemində yeri, rolu və digər bir neçə məsələlər qısa şəkildə nəzərdən keçirilmişdir.
“YSÖ-lərin iqtisadi inkiaf modelləri və ikişaf istiqamətləri” adlanan ikinci fəsildə yeni sənaye ölkələrinin sənayeləşmə siyasəti və onun əsas istiqamətləri, YSÖ-ləin ixrac siyasətində TMK-larla iqtisdi münasibət, bu ölkələrin xarici iqtisadi strategiyaları və Azərbaycanla qaşılıqlı iqtisadi əlaqələri kimi məsələlər araşdırılmışdır. Buraxılış işi nəticə ilə tamamlanır.
“İEOÖ” anlayışı yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün dünya ölkələrinin 4/5-nü birləşdirir.
İEOÖ-lər üçün əlamətlər bunlardır:

  1. Bütün bu ölkələr dünənə qədər müstəmləkə və qərbdən asılı idilər;

  2. Bu ölkələrin iqtisadi sistemi son dərəcə qeyri-sabitdir;

  3. Onlar inkişaf etmiş ölkələrin iqtisadiyyatından əhəmiyyətli şəkildə asılıdırlar.

Konkret olaraq təhlil etmək üçün İEOÖ-i aşağıdakı qruplara bölmək olar:

    1. Aktiv ödəmə balansına (tədiyə) malik ölkələr (enerji resurslarının eksport­çu­ları): Bruney, İraq, İran, Qatar, Küveyt, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı.

    2. Xalis enerji resursları eksportçuları,lakin daima mənfi tədiyyə balansı ilə: Əlcə­za­ir, Venesuela, Qabon, Misir, Kamerun, Konqo, Nigeriya, Peru və başqaları aiddir.

    3. Yeni sənaye ölkələri (YSÖ)Cənub-Şərqi Asiya ölkələri: Cənubi Koreya, Honkqonq, Sinqapur, Tayvan, Malaziya, Tailand, İndoneziya, həmçinin Argentina, Braziliya.

    4. Dördüncü dünya adlandırılan ölkələr: Bu iqtisadi cəhətdən ən geridə qalan, sosial vəziyyəti pis olan dövlətlərdir (60-a yaxın ölkədən ibarətdir). Onlara Afrika ölkələrinin ək­səriyyəti, Asiyanın bəzi ölkələri (Banqladeş, Şri-Lanka, Nepal, Yəmən), Amerika qi­təsi ölkələrindən Haiti, Honduras, Nikaraqua, Santo-Dominqo və başqaları aiddir.

İn­kişaf etməkdə olan ölkələrin sənayecə inkişaf etmiş ölkələrə uzun müddətli “bağlılığı”, onların dünya təsərrüfatı həyatında iştirakına son dərəcə ziddiyət təşkil edir. Bu ayrı-ayrı inkişaf etməkdə olan ölkələrin qeyri-bərabər iqtisadi inkişafı ilə əlaqə­dar­dır. Qeyd olunmuş qeyri-bərabərlik, onların beynəlxalq iqtisadi əlaqələrdə iştirakının xarakterinə görə müxtəlif qruplara ayırır.
İnkişaf etməkdə olan ölkələr və inkişaf etmiş ölkələr arasındakı iqtisadi potensialda böyük fərqlər bu günün reallıqlarıdır.Lakin, inkişaf etməkdə olan ölkələrin rolunu artırmadan dünya təsərrüfatında kəskin problemlər və ziddiyətlər nəinki azalar,əksinə daha da artar.Digər tərəfdən,sənayecə inkişaf etmiş ölkələr mübahisə olunmaz istehsal,elmi-texniki təchizat səviyyəsi üzrə iqtisadi üstünlüyə malikdir.
90-cı illərdə ümumdünya məhsulunun 17%-ə qədəri inkişaf etməkdə olan ölkələrin payına düşür.Bu ölkələrdə sənaye istehsalının ən sabit artım tempi müşahidə olunmuşdur (Çindən sonra). Ümumilikdə,onlar inkişaf etmiş ölkələrdən daha tez inkişaf etmişlər.Bütün inkişaf etməkdə olan ölkələrdə orta artım tempi 6%-ə kimi yüksəlmişdir.
Dünya təsərrüfatının ən dinamik hissəsi Cənub-Şərqi Asiya rayonudur. Məhz bu rayon­da Yaponiyanın “iqtisadi möcüzəsindən” sonra “Asiya pələnglərinin möcüzəsi” mey­dana çıxdı,onların arasında Cənubi Koreya, Tayvan, Sinqapur, Honkqonq aparıcı yer­ləri tuturlar. Bu möcüzənin əsasında ümummilli məhsulun yüksək sabit artımı (son 20 ildə, orta hesabla 8%)və dünya bazarında bu ölkələrin məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsi durur.
Cənubi Koreyada 1985-1990 illərdə ümumdaxili məhsulun orta illik artım tempi 9.5% təşkil edib. Ümummilli məhsulun adambaşına düşən səviyyəsinə görə Cənubi Koreya, əgər 1970-ci ildə dünya iyearxiyasının altıncı onluğunda yer tuturdusa,1985-ci ildə artıq ikinci onluğa keçdi.Ölkənin iqtisadi inkişafının əsas,başlıca faktoru avtomobil sənayesinin sürətləndirilmiş inkişafı, yarımkeçiricilərin, məişət elektronikasının sürətləndirilmiş inkişafından ibarətdir.
Sürətli iqtisadi inkişafın digər səbəbi Cənubi Koreyanın xarici iqtisadi əlaqələri ilə bağlıdır. Müasir dövrdə, Cənubi Koreya iqtisadiyyatının “simasını” müəyyən edən maddi istehsalın bütün sahələri dəqiq aydın eksportlu orentasiya xarakterinə malikdir. Büdcə daxilolmalarının əsas hissəsi xarici ticarətdən gələn gəlirlərin hesabına düşür. Cənubi Koreya məhsulları Avropanın, ABŞ-nın ən güclü və rəqabət qabiliyyətli firmaları ilə rəqabətə girərək ABŞ və Avropa bazarlarına nüfuz etmişlər. Daewoo, Elektroniks, Samsung, LG kimi firmalar dünyada məşhurdur.
Tayvan iqtisadiyyatının uğurunu təmin edən yeganə vasitə - xarici iqtisadi əlaqələrdəki akseptliyidir (xüsusilə nəzərə çarpdırılmasıdır). Ölkə heç bir maddi resurslara malik deyil və hamısını import edir. Müasir dövrdə ölkənin ümummilli məh­su­lunun 5%-dən çoxu eksporta gedir. Tayvan iqtisadiyyatının ən əhəmiyyətli fak­toru ölkə rəhbərliyinin səmərəli iqtisadi siyasəti hesab olunur. Malaziya iqtisadiy­ya­tının əsas uğurlarını emal sənayesinin sahələri müəyyən edir (televizorların yı­ğılması, video texnika, kompüter və s.). Ölkə üçün xarici iqtisadi əlaqələrin əhəmiy­yə­ti yüksəkdir. Ümummilli məhsulun eksportda payı 1982-ci ildə 28%-dən 1997-ci ildə 44%-ə qalxmış, 2000-ci ildə isə 50%-ə yaxınlaşmışdır. YSÖ arasında-Sinqapur, bu kiçik ada ölkəsi xüsusi yer tutur.Sahəsi cəmi 640km2 ,əhalisi isə 3.1mln. nəfər olan bu Cənub-Şərqi Asiya ölkəsinin eksport kvotası əlahiddə yüsəkdir-ÜMM-da təxminən 56% təşkil edir. Ölkə iri maliyyə mərkəzidir. Dünyanın bütün Trans Milli Bankları öz filiallarını burada açmışlar. Sinqapurun güclü daxili kapital yığımını maliyyə vasitəçiliyindən, tranzitdən, turizmdən gələn yüksək gəlirlər təmin edir. Sinqapur Mərkəzi Bankı 65 mlrd.dollar qızıl valyuta ehtiyatlarına malikdir. YSÖ-nə həmçinin Filippin,Tailand və İndoneziyanın bir hissəsi,Braziliya və Argentina aid edilir. Bu ölkələrin iqtisadi uğurları müxtəlifdir. Lakin onları başlıca olaraq aşağıdakılar birləşdirir: onlar əhəmiyyətli iqtisadi inkişaf prosesinə qoşulmaqla əsrlər boyu olan sosial-iqtisadi gerilikdən yaxa qurtardıqlarını inkişaf etmiş ölkələrə göstərə bildilər. YSÖ-nin nəaliyyətləri- Qərbi Avropa və digər inkişaf etmiş ölkələrə, o cümlədən ABŞ-a meydan oxumaqdadır. Son illər ərzində Cənub-Şərqi Asiya ölkələrinin dünya üzrə ÜMM-da xüsusi çəkisi 1.3%-dən 4.5%-əqədər artmışdır. Bu faktın özü isə dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir. Cənub-Şərqi Asiya ölkələrinin dünya üzrə ÜMM-da xüsusi çəkisi 1.3%-dən 4.5%-əqədər artmışdır. Bu faktın özü isə dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir






Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin