Mövzu 12. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətləri


Yeni sənaye ölkələrinin (YSÖ) problemləri və gələcək iqtisadi inkişafı



Yüklə 81 Kb.
səhifə3/4
tarix19.10.2023
ölçüsü81 Kb.
#157325
1   2   3   4
bim. mövzu 12

Yeni sənaye ölkələrinin (YSÖ) problemləri və gələcək iqtisadi inkişafı. Latın Ame­rikası ölkələri borclular siyahısında liderlik mövqeyindədirlər. Ümumi borcun məb­ləğindən 500 mlrd.dollar onların payına düşür. Əhaliyə düşən (adam başına) hesaba görə Asiyada 300 dollar qarşı 1200 dollar çoxdur. Dünyada ən iri borclu ölkə Meksi­ka­dır. Onun xarici borcunun çəkisi 170 mlrd.dollar-la qiymətləndirilir. Braziliyanın 1994-cü ildə130 mlrd.dollar borcu olmuşdur. YSÖ-də ən vacib və ciddi problemlər aşağıdakılardır:

  1. Bu ölkələrin əksəriyyətində sabit daxili yığımın olmaması;

  2. Bununla bağlı olaraq,bu ölkələrin inkişafının xarici kapitaldan asılı olmaması;

  3. İri ölçüdə xarici borclar.

Asiya qitəsində xarici borcun həcminə görə İndoneziya liderdir,borcun çəkisi 107 mlrd.dollardır (1996).1997-ci il kəskin maliyyə bazarlarındakı böhrandan sonra Cənub-Şərqi Asiyada borcluların borcu kəskin surətdə, xüsusilə artdı.Bu ölkələrə maliyyə-valyuta sabitliyini həyata keçirmək üçün kreditlər verildi.
YSÖ-nin gələcək iqtisadiyyatı necə olar, onların dünya iqtisadiyyatındakı möv­qe­ləri nə dərəcədə ola bilər? İlk baxışdan bu sual bir mənalı cavablandırılır.Bu ölkələr son 15 ildə dünya iqtisadiyyatında özlərinin mövqelərini möhkəmləndirirdilər, yüksək və sabit iqtisadi artım tempi nümayiş etdirdilər, xarici bazarlarda hücum taktikasını tətbiq etdilər. Onlar Qərbin inkişaf etmiş ölkələrinə əsl, ciddi rəqabət təşkil etməklə,onlardan bəzilərini dünya iqtisadiyyatının iyerarxiya zirvəsindən sıxışdırdılar. Ona görə də bir çox mütəxəssislər onların yaxşı gələcəklərini inamla qabaqcadan göstərdilər.
Doğrudur, proqnozlar kəskin maliyyə böhranının təsirini hesaba almadan tərtib olunmuşdur. Bu böhran 1997-1998 illərdə Cənub-Şərqi Asiya ölkələrinin bazarlarını sarsıtdı və bütövlükdə dünya təsərrüfatına neqativ təsir göstərdi. Beləliklə, 1997-ci il Cənub-Şərqi Asiya ölkələri üçün son 20-25 ildə ən çətin və gözlənilməz oldu.
Xarici investisiyaların asiya bazarlarından kəskin getməsi,onların iqtisadiyyatını maliyyə cəhətdən gücdən saldı.Maliyyə vəsaitlərinin çatışmaması öz növbəsində milli valyuta kursunun kəskin surətdə aşağı düşməsinə gətirib çıxartdı.Bu fakt,ilk növbədə Cənubi Koreya bazarlarından vəsaitin axınının əsası oldu.Bununla əlaqədar 1998-ci ildə iqtisadi artım tempi aşağı düşdü.
Böhran situasiyası Tailand batasının (pul vahidi) 30%,İndoneziya rupisinin 24%,Malaziya rinqqitinin 20%,Filippin pesosunun 22% devalvasiyasına bais oldu.Bu qısa müddətli kapitalın eyni anda axınına gətirib çıxardı.1998-ci ilin əvvəlində maliyyə bazarlarında böhranın qarşısı alındı.Buna səbəb BVF və Qərbin inkişaf etmiş ölkələrinin maliyyə yardımı oldu.
1997-ci il dekabrında “yeddilər” qrupu ölkələri Cənubi Koreyaya 10 mlrd dollar veriblər. Bu, vəd olunan 57 mlrd dollar-dan ayrılıb. Bu cür hüdudsuz yardımlar ölkədə dərin iqtisadi reformaların keçirilməsi üzrə kəskin, sərt şərtlərlə verilmişdir. “İslahatlar əvəzinə kütləvi yardım” sxemi artıq özünü Meksikaya münasibətdə doğrultmuşdur. Belə ki,1994-cü ildə Meksika pesosu çökdü.1995-ci ildə ABŞ və BVF 18 mlrd dollar həcmində əlahiddə kömək paketi təqdim etdilər.Liberal reformaları həyata keçirməklə, Meksika beynəlxalq maliyyə bazarları tərəfindən öz etibarını qaytardı.İnflyasitanın səviyyəsi 80 %-dən 16%-ə qədər aşağı düşdü.
Əgər bu cür tədbirlər Cənubi Koreya hökuməti tərəfindən həyata keçirilərsə, onda Cənub-Şərqi Asiya regionuna yüksək investisiya axınını və yüksək potensialı saxlamağa şərait yaradacaqdır.
12.4.İnkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi dəyişikliklər
Bütünlükdə geriliyin və asılılığın aradan qaldırılması məsələləri istər – istəməz ilk növbədə həmin ölkələr arasında daxili əlaqələrin mökəmlənməsini və onıarın sosial-iqtisadi siyasətinin inkişafında ümumi istiqamət yaradılmasını tələb edirdi.
Həmin ölkələrdə ənənəvi təsərrüfatçılıq strukturları tədricən təsərrüfatçılığın müasir formaları ilə əvəz edilmişdir. Dünya təsərrüfatının təsiri altındda inteqrasiya əlaqələri, elmi-texniki yeniliklər haqqımda məlumat əldə edilməsi,əmtəə pul münasibətlərinin genişlənməsi yeni texnologiyanın istifadəsinə zəmin yaranmışdır.
Dərin kök salmış ənənəvi təsərrüfatçılıq iqtisadi cəhətdən faydalı olmasada, məşğulluğa az-çox kömək edir, yeni təsərrüfatçılıqlarda, sahibkarlıqda mənfəəti artırmağa, muzdlu əməkdən istifadədə köhnəliyi çalışırlar. Bu cür əhval ruhiyyə ilə də həmin ölkələrin çoxu müasir iqtisadiyyata qoşulmuşlar. Odur ki, həmin ölkələrdə iqtisadi, sosial-mədəni, məişət və s. proseslərin təkrar istehsalı ənənəvi kökə əsaslanır və yeni ictimai sistemin yaranması bir çox ziddiyətlərlə rastlaşırdı. Ona görədə həmin ölkələrdə təsərrüfatçılığın yeniləşləmi, müasir strukturların yaranması bir-birindən xeyli fərqlənir. Belə ki, 1960-cı ilə nisbətən 1980-ci illərədə natural təsərrüfatın xüsusi çəkisi (ÜDM-də) Latın Amerikası ölkələrinda 7 %- dən 5%-ə, Asiya ölkələrinda 40%-dən 20%-ə , Afrika ölkələrində isə 33%-dən 25%-ə enmiçdir. Deməli, Latın Amerikası öl­kə­lə­rində iqtisadiyyatda müasir bölmə daha çox üstünlüyə malik olmuşdur. Asiya və Afri­ka ölkələrində əhalinin çoxu ənənəvi təsərrüfat strukturlarında çalışırlar. Latın Ame­ri­kası ölkələrində 1980-ci illərdə kənd-təsərrüfatının ənənəvi bölmələrində işləyən­lər­cəmi işçilərin 19%-ni təşkil etdiyi halda, Hindistanda bu göstərici 90%-ə bərabər olmuşdur. (burada demoqrafik artımım da rolu vardır). Beləliklə, həmin yarımsistemlər hələdə milyonlarla adamın tələbatının ödənilməsi ənənəvi istehsal üsulundan asılı olaraq qalır.
Sosial iqtisadi inkişafda dövlətin rolu. Hər bir iqtisadi sistemdə bu sistemin inki­şafının dinamikasını və məzmununu müəyyən etmək üçün iqtisadi sistemlər (ünsürlər) mövcud olmalıdır. Müstəmləkə asılılığı dövründə də bəzi iqtisadi və qeyri iq­tisa­di tənzimləmə metodlarından istifadə edilirdi. Müstəqillik əldə etdikdən sonra həmin ölkələrdə təkrar istehsal prosesinin hərəkətverici qüvvəsi (milli xüsusi kapital zəif olduğu üçün) ya milli dövlət kapitalından və yaxud da xarici kapitaldan ibarət olmuşdur.

Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin