7. Texniki qulluğun aparılması sxemi



Yüklə 14,38 Kb.
tarix22.04.2022
ölçüsü14,38 Kb.
#56059
kollok1


7. Texniki qulluğun aparılması sxemi

Nəqliyyat vasitələrinin işləmə qabiliyyətinin saxlanılması yollarından biri istismar dövründə xidmətin (servisin) lazımı vəziyyətdə təşkil edilməsidir. Bu, texniki qulluq və təmir sisteminin əsaslarını həyata keçirməklə təmin edilir.

Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin təyin olunmasında xarici təzahürlərə (əlamətlərə) əsaslanan diaqnostika xüsusi əhəmiyyət kəsd edir. Belə ki, hərəkət tərkibi sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir.

Nəqliyyat vasitələrinin texniki vəziyyətinin idarə edilməsi texniki istismarın aşağıda qeyd olunanən ən vacib problemlərinin həlli ilə bağlıdır:

1.İstismar prosesində nəqliyyat vasitələrinin etibarlı işləmə qabiliyyətini yüksəltməkdir. Əgər, sənaye bunu daha yüksək göstəricilərə (istismar keyfiyyətlərinə) malik yeni markalı hərəkət tərkibi istehsal etməklə yerinə yetirirsə, nəqliyyat vasitələri istismarda olarkən bu məsələ, texniki istismarın üsullarını təkmilləşdirməklə təmin edilir. Bu isə nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün istehsalat-texniki bazasının normal fəaliyyəti ilə əlaqədardır.

2. Nəqliyyat vasitələrinin işləmə qabiliyyətlərinin saxlanılması yollarından biri istismar dövründə xidmətin (servisin) lazımı vəziyyətdə təşkil edilməsidir. Bu, texniki qulluq və təmir sisteminin əsaslarını həyata keçirməklə təmin edilir.

3. Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin fərdi qaydada təyin olunmasında xarici təzahürlərə (əlamətlərə) əsaslanan texniki diaqnostika xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hərəkət tərkibi sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir.

8. İstismar prosesində NV-nin texniki vəziyyətinin dəyişməsi səbəbləri

Nəqliyyat vasitələrinin texniki istismarı (NV Tİ) – onların texniki vəziyyətinin dəyişmə səbəblərini və qanunauyğunluqlarını öyrənir, nəqliyyat vasitələrinin istismar xüsusiyyətləri göstəricilərinin ədədi qiymətlərini müəyyən edən texniki sənədlərin tələblərinə cavab verən işləmə qabiliyyətini saxlamaq üçün (texniki qulluğun, təmirin və qorunmanın) metodlar və vasitələr işləyib hazırlayır.

Nəqliyyat vasitəsınin və ya onun elementinin texniki vəziyyəti – onun istismar prosesində dəyişən, baxılan zaman anında ölçülmüş və kəmiyyətcə qiymətləndirilmiş istismar xüsusiyyətlərinin toplusu ilə təyin olynan (xarakterizə olunan) vəziyyətdir. Nəqliyyat vasitəsınin texniki imkanlarını qiymətləndirən parametrlərin texniki istismarın normalarına müvafiq gəlmə dərəcəsi onun texniki vəziyyətini təyin edir.

Nəqliyyat vasitəsınin iş prosesində onun texniki vəziyyətinin struktur parametrləri başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişir, bu isə diaqnostika parametrinin müvafiq olaraq başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur.

Hərəkət tərkibinin texniki imkanlarını qiymətləndirən paramelrlərin texniki istismarın normalarına müvafiq gəlmə dərəcəsi onun texniki vəziyyətini təyin edir. Hərəkət tərkibi texniki cəhətdən sazdırsa, bu, o deməkdir ki, onun bütün parametrləri texniki sənədlərdə verilmiş normativ qiymətlərinə uyğundur.

9. Etibarlılıq anlayışı.Etibarlılıq göstəriciləri

Verilmiş istismar şəraitində və interval yürüşündə, istismar göstəricilərini qəbul edilmiş normalar hüdudunda saxlamaq şərtilə nəqliyyat vasitəsinin öz funksiyasını yerinə yetirə bilmə xüsusiyyətinə etibarlılıq deyilir. Hərəkət tərkibinin etibarlılığı onun layihələndirilməsinə başlanan andan nəzərdə tutulur. Konstruktorların müəyyən etdikləri etibarlılıq istehsalçılar və istismarçılar tərəfindən müxtəlif texnoloji və istismar tədbirləri vasitəsilə qorunub saxlanılmalıdır. Konstruksiya detallarının təbii yeyilməsi və başqa səbəblər nəticəsində imtinaların intensivliyi yürüşlə mütənasib artdığı üçün onların etibarlılığı aşağı düşür

Etibarlılıq göstəriciləri elə olmalıdır ki, onlar müxtəlif xarakterli texniki təsirlərin minimum vaxtda və xərclərlə yerinə yetirlməsini təmin etsinlər. TQ-un və təmirin əmək-material xərcləri, həmçinin iş həcmi, detallarm ömür uzun-luğunu artırmaq, avtomobilin konstruksiyasının təmirəyararlığını yüksəltmək, istismar materiallarının keyfıyyətini yaxşılaşdırmaq və s. Yollarla azaldıla bilər. Nəqliyyat vasitəsinin etibarlılığı işləmə qabiliyyəti anlayışı ilə sıx bağlıdır ki, bu da bildiyimiz kimi öz funksiyasını verilmiş normativlər hüdudunda yerinə yetirmə qabiliiyyətinə deyilir. Nəqliyyat vasitəsi onda işləmə qabiliyyətinə malikdir ki, o, daşımaları normal texniki vəziyyətdə yerinə yetirə bilir.

Etibarlılıq anlayışını mürəkkəb bir sistem kimi avtomobil nəqliyyatının timsalında nəzərdən keçirək.



Avtomobilin etibarlılığı kompleks meyar olub imtinasızlıq, ömüruzunluğu, təmirəyararlılıq və qorunma qabiliyyəti xüsusiyyətləri ilə qiymətləndirilir
Yüklə 14,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin