1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan Böyük Səlcuq imperiyası zamanında



Yüklə 344,46 Kb.
səhifə47/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   43   44   45   46   47   48   49   50   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

46.Azərbaycan Böyük Səlcuq imperiyası zamanında.

XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.

Qəznəvi hökmdarı Sultan Mahmud Mavəraənnəhri (Orta əsrlərdə qərbdən Aral gölü, cənubdan Amudərya, şimaldan Sırdərya, şərqdən Fərqanə ilə əhatə olunan ərazi) ələ keçirdikdən sonra 1009-cu ildə Səlcuğun oğlanları Mikayıl və İsraili həbs etdi, səlcuq tayfalarını isə Xorasanvilayətində yerləşdirdi. Mikayılın oğlanları Çağrı bəy və Toğrul bəy qəznəvilərə qarşı mübarizəyə başladıar. Səlcuqlar Sultan I Məsuddan yeni ərəzilər tələb etməyə başladılar. Onlar I Məsudun Hindistana yürüş etməsindən istifadə edərək Bəlx, Tus, Mərv şəhər-lərini tutdular. 1038-ci ildə isə Sultan I Məsud məğlub edildi və səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapura daxil olaraq öz dövlətinin yaradıldığını elan etdilər. Böyük Səlcuq imperatorluğunun (1038-1157) əsası qoyuldu.

Dəndənəkan döyüşü. Nişapurun əldən çıxması sultan I Məsudun 50 minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəznəvilərə heç bir köməklik göstərmirdi. 1040-cı il mayın 23-də Dəndənəkan döyüşündə səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi. Qəznəvilər ordusundan 3000 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063).

Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxalifətdə olması, xalqın narazılığı və türk qulamlarının onlarla qohum olan səlcuqlara rəğbət bəsləməsi Dəndənəkan məğlubiyyətinin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sahibinə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeliyində, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu.

Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043-cü ildə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054-cü illərdəSistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İsfahan, Əhvaz, Xuzistan və Bəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətininvarlığına son qoyuldu.

Səlcuqların 1054-cü ildə Cənubi Qafqaza yürüşündə əsas məqsəd burada olan müsəlman dövlətlərini-Şəddadiləri, Şirvanşahları, Tiflis müsəlman əmirliyini öz tərəfinə çəkmək və onlardan Bizansa qarşı gələcək mübarizədə yardımçı kimi istifadə etmək idi. Şəddadi hökmdarı ilə səlcuq sultanı arasında bağlanmış müqaviləyə əsasən Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı birgə ittifaq yaratmaq barədə razılıq əldə olundu.



Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin