72.Cənubi Azərbaycan xanlıqları.
Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747–1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747–1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747–1786) yaratmışdır.
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.
XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Lənkəran, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747–1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.
Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.
Nəzərəli xandan sonra hakimiyyətə gələn Nəsir xanın (1783–1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1820-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.
Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olundu. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.
Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxur Səd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.
Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə evlənir. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi. Teymur Paşa xan 1877–1878-ci illərdə xanlığı gücləndirdi. O, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq "Azərbaycan Padşahı" ləqəbi vermişdi. Xanlığın son nümayəndəsi Murtuzaqulu xan isə 1922-ci ildə devrildi.[59]
Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.
Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747–1786) tərəfındən qoyulmuşdur. Nadir şahın ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.
Ən görkəmli xanlarından biri Əmiraslan xan Qırxlı-Avşar olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.[60]
Xanlığın əsasını Nadir şah Əfşar'ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu.O,hətta Nadir şahın sərkərdəsi olan Azad xan'ı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra,o,mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı.İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı.Və Təbriz paytaxt oldu.Daha sonra Xoy xanı Şahbaz xan da Fətəli xanla ittifaq bağlamağa məcbur oldu.Bundan sonra isə Qaradağ,Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı.O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi.İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu.Beləliklə,Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla,bütün İran Azərbaycanı xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.
Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.
Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.
Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.
Dostları ilə paylaş: |