1. Bakteroloji silahlar


Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar



Yüklə 103,72 Kb.
səhifə13/52
tarix19.12.2022
ölçüsü103,72 Kb.
#76224
1   ...   9   10   11   12   13   14   15   16   ...   52
Mulki Mudafi Final docx

19. Enerji sistemlərində, mühəndis və texnoloji şəbəkələrində qəzalar
Qəzalar -qurğuların, cihazların, binaların və tikililərin zədələnməsi olub, insan
həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət
olunur. Qəzalar kommunal-enerji şəbəkəsində, nəqliyyatda və istehsalat
müəssisələrində baş verə bilər.
Enerji sistemlərində zədələnmələr tufan, partlayış, yanğın, qurğunun dağılması nəticəsində, eləcə də sistemin özündəki qəzalar üzündən baş verə bilər.
Nəqliyyat sahəsində qəzaların ən cox baş verən hadisələrdəndir. Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur. Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil edir. Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, boru kəməri, habelə kosmik nəqliyyat növləri arasında avtomobil nəqliyyatı qəzaların sayına görə birinci yer tutur. Nəqliyyat vasitələrində avtomobillərin, dəmir yolu qatarlarının toqquşmasından, tormozların sıradan çıxmasından, yanğın və partlayışlardan baş verən qəzalardan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsusən də təbii fəlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəzalar olur. Respublikamızın ərazisində ümumən 0,08 min kv.km sahədə kimyəvi zəhərlənmə baş verə bilər ki, burada təxminən 231 min nəfər əhali yaşayır. Belə təhlükə ən çox Abşeron yarımadası, Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərləri üçün xarakterikdir. Qeyd etmək kifayətdir ki, 1992-1998-ci illərdə belə obyektlərdə kimyəvi təhlükəli maddələrin ətraf mühitə sızması ilə nəticələnən ondan çox qəza olmuş, bu zaman yüzdən artıq adam zərər çəkmişdir. Atmosferin, su hövzələrinin və torpağın sənaye tullantıları və digər maddələrlə çirklənməsi, zəhərlənmələrə məruz qalması son dərəcə təhlükəlidir, çünki belə hallar təbiətdə ekoloji tarazlığı pozur. Müasir sənaye müəssisələrində su kəmərinin, digər energetika və kommunal – mühəndis şəbəkələrinin nə demək olduğu bu müəssisələrdə istehsalın nəhəng enerji tutumunu xarakterizə edən rəqəmlərdən məlum olur: 1 ton koksun, istehsalı üçün 3 kub metr, poladın istehsalı üçün 20 kub metr, çuqun üçün 250 kub metr, quru kənd təsərrüfatı bitkilərinin istehsalı üçün 500 kub metr və s. su tələb olunur.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin