1. Bakteroloji silahlar


Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması(VPXR-lə)



Yüklə 103,72 Kb.
səhifə11/52
tarix19.12.2022
ölçüsü103,72 Kb.
#76224
1   ...   7   8   9   10   11   12   13   14   ...   52
Mulki Mudafi Final docx

14. Mülki Müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması(VPXR-lə)
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yrtirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən QX və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir. Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi –istehsalat prinsipi üzrə Naxçıvan Muxtar Rspublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır. Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri.
Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə
dəstələri, xidmət dəstələrin (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli
obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq, təbii
fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə
tutulur. Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım,
yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. xidmət dəstələri
sayılır.


15. Geofiziki təhlükəli təzahürlər. Onların başvermə səbəbləri
Zəlzələ- ən çox dağıdıcı qüvvəyə malik, ağılasığmaz, idarə olunmaz təbbi fəlakətdir. Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri, yer qatının və yaxud mantiyanın üst qatının sürüşməsi və parçalanması nəticəsində, böyük məsafələrə elastik dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən yaranan və tez yayılan fövqəladə hallara aiddir. Bu zaman ərzində təxlyə və qabaqlayıcı tədbirlər görmək mümkün deyil. Zəlzələlərin tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələ növləri olur. Tarixdə ilk qeydə alınmış zəlzələ eramızdan 2050- il əvvələ aiddir. Son 500 il ərzində dünyada zəlzələlər nəticəsində 4,5 milyon insan tələf olmuşdur. Titrəyişin gücü (balı) Rixter, Merkali və s. şkalaları üzrə müəyyən edilir. Vülkan püskürmələri- yer qatının kanalları və qatları üzərində yaranan, yer üzərinə lava, kül, zərərli qazlar, su buxarı və dağ cisimlərini püskürən geofiziki hadisəyə deyilir. Yer üzərində 522 fəaliyyətdə olan vulkan qeydə alınlb və bunlardan 20-40-ı hər il püskürür. Ən çox vulkan İndoneziyada, Yaponiyada, Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas zədə yetirən faktorlarbunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su, kül, dağ cisimlərinin qırıntıları, partlayış dalğası, lil və daş axınları. Maqma dedikdə, yer daxilində ərimiş, yüksək hərarətli, son dərəcədə közərmiş və qazlarla zəngin olan silikat maddə nəzərdə tutulur. Vulkan konusunun zirvəsində yerləşən kasa şəkilli və ya qıfa bənzər boşluğa vulkan krateri deyilir. Bəzən vulkan kraterləri su ilə dolaraq krater göllərinin yaranmasına səbəb olur. Vulkanın püskürməsi ilə mübarizənin üsulları:
-vulkanın vəziyyətini daim müşahidə etmək;
-təhlükəli ərazidən əhalinin vaxtında köçürülməsi;
-müdafiə bəndlərinin qurulması;
-lava və lil daşlı axınlarının axması üçün xüsusi kanalların tikilməsi;
-lavanın su ilə soyudulması;
-yaralanmış insanlara ilk tibbi yardımın göstərilməsi.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin