1. Bakteroloji silahlar


Fövqəladə hallarda təhlükəli zonadan köçürülmə tədbirləri. Köçürülmə zamanı Dövlət orqanlarının rolu və fəaliyyəti



Yüklə 103,72 Kb.
səhifə8/52
tarix19.12.2022
ölçüsü103,72 Kb.
#76224
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
Mulki Mudafi Final docx

10. Fövqəladə hallarda təhlükəli zonadan köçürülmə tədbirləri. Köçürülmə zamanı Dövlət orqanlarının rolu və fəaliyyəti
Zamandan asılı olaraq təhlükəli zonadan köçürülmə tədbirləri 2 cür həyata keçirilir: Qabaqcadan köçürülmə- kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlakət və təhlükəli obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı məhbələrdən məlumat daxil olduqda yerinə yetirilir. Təcili köçürülmə-fövqəladə vəziyyət yaranarkən yerinə yetirilir və bu minimal vaxt ərzində həyata keçirilir. Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır. Lokal köçürülmə-fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi- şəhər mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə həyata keçirilir. Belə hallarda köçürülməli əhalinin və obyektlərin personalının sayı on nəfərdən min nəfərə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində və şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər. Yerli köçürülmə- fövqəladə zona –aralıq şəhərlər, böyük şəhərlərin ətraf rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə hallarda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz minə nəfərə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara yerləşdirilirlər. Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülməni belə təsnif etmək olar: Ümumi köçürülmə- səfərbərlik vəsiqəsi olan şəxslərin (onlar hərbi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa əhalinin köçürülməsini nəzərdə tutur. Qismən köçürülmə - isə ayrı rateqoriya insanların, yaranacaq təsirə daha həssas olanların, əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət sahələrində işləməyən əhalinin köçürülməsini nəzərdə tutur. Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərqrları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər: Müharibə dövründə - Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başcısının təklifi üzrə - Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri; Sülh dövründə - ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başcısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verilir. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayışı üçün təhlükəli olan rayonlardan köçürülməsi Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həyata keçirilir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin