4. Hidroloji və Dəniz hidroloji təhlükəli təzahürlər Sunamilər - ən təhlükəli təbii dəniz hidroloji hadisəyə aid edilir, yapon dilindən “körfəzdə hündür dalğa” kimi tərcümə olunur. Sunami sualtı və sahilyanı zəlzələlər nəticəsində yaranan dəniz dalğalarının bir növüdür. Okeanın dibinin qalxması, enməsi zamanı sahildə qəflətən qeyri adi hündür ləpələr peyda olur. Sunamilər torpağın tektonik hərəkətindən, sualtı vulkanların püskürməsindən, okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır. 2004-cü ildə İndoneziyada baş vermiş Sunami və bundan zərər görməyən məscid Hidroloji təhlükəli təzahürlər Daşqınlar, subasmalar - çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin qalxması nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır. Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur. Bəzi hallarda daşqınlar sürüşmələrə, çöküntülərə, sel axınlarına səbəb olur. Hidroloji proqnoz aparmaq ilə, daşqınları proqnoz etmək olar. Su basmiş sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük, mühüm və faciəli olur. Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10–15 ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə əlaqədar deyil. Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir. Bu zaman qiymətli dəyərlərin və insanların qismən köçürülməsi həyata keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və mənəvi zərər vurur. 20–25 ildən bir baş verir. Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsəruffat fəaliyyətinin pozur. Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir.Mühüm daşqınlar 50–100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70% su altında qalır.. Faciəli daşqınlar - bir və yaxud bir neçə çay sisteminin geniş sahələrini su basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli daşqınlar 100 – 200 ildən bir baş verir və 70% artıq kənd təsərüffatı sahələri, şəhərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su altında qalır.