25. FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Bu barədə Nazirlər Kabinetinin qərarı Bütün obyektlərdə və xüxusilə də təhlükə potensiallı müssisələrdə qəzaların səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq, onların ehtimal edilən nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir. Tədbirlərin konkret məzmununu- əməyin təhlükəsizliyi, mülki müdfiə üzrə tələblər, yanğın və radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən etmək lazımdır. Qeyd olunan tədbirləri tənzimləmək üçün Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Rspublikasında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri” məhz belə səciyyəli sənəddir. Bu mühafizənin əsas prinsipləri və üsulları, mülki müdafiə üzrə digər normativ aktların işlənib hazırlanması üçün ilkin sənəddir. Burada əhalini təbii fəlakətlərin, istehsalat qəzaların nəticələrindən və müasir qırğın silahlarının təsirindən qorunmağın üsulları, vasitələri və qaydaları müəyyən edilir. FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır: -Respublikanın bütün əhalisi mühafizə edilməlidir, bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir; -Ehtimal edilən föbvqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq əhalinin mühafizəsi tədbirləri fərdi surətdə planlaşdırılır və həyata keçirilir; -Sülh dövründə baş verə biləcək fövqəladə halların xarakteri və miqyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə
alınmaqla Respublika ərazisi zonalara ayrılır. Mülki müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir; -əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir; -əhalinin mühafizəsinə əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindan istifadə olunmasıdır. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları: -FH-da əhalinin xəbərdar edilməsi; -əhalinin və ərazinin mühəndis mühafizəsi; -radioaktiv və kimyəvi mühafizəsi; -kütləvi mühafizə qurğularında yerləşdirməklə mühafizə etmək; -fərdi mühafizə vasitələrinin paylanması ilə mühafizə; -təhlükəli ərazidən əhalinin köçürülməsi ilə mühafizə; -tibbi mühafizə; -yanğından mühafizənin təşkili; -əhalinin MM üzrə hazırlığının təşkil edilməsi.