13. Basketbol dərslərinin hissələri
Basketbol fiziki tərbiyə vasitəsi kimi bədən tərbiyə hərəkatının müxtəlif sahələrində geniş yerini tapıb.
Ümumtəhsil sistemində basketbol məktəbə qədər orta, texniki – peşə, orta ixtisas və ali təhsil müəssisələrinin bədən tərbiyəsi proqram-larına daxil edilib. Məktəbəqədər və kiçik yaş qrupundan olan uşaqlar üçün müxtəlif mütəhərrik oyunlar və mini basketboldan istifadə olunur. Orta və yuxarı yaşlı məktəblilər basketbolla dərslərdə və dərsdən kənar basketbol bölmələrində, UGİM-də (uşaq-gənclər idman məktəbi) məşgul olurlar. Ali məktəb müəssisələrində basketbol akademik və fakültətiv dərslərində istifadə olunur.
Bədən tərbiyəsi sistemində basketbolun yeri onunla müəyyənləş-dirilir ki, oyuna yiyələnmək asandır (ləvazimatın qiyməti böyük deyil, meydançaların tikilməsinin asanlığı və meydançaya qulluq edilməsinin sadəliyi və s.). Bədən tərbiyəsi sistemində basketbolun yüksək yer tutdu-ğunu müəyyən edən əsas – gənclərin tərbiyəsinin və fiziki inkişafının kompleks vasitəsidir.
Dostları ilə paylaş: |