Streptosid kristallik maddədir, onun həllolma qabiliyyəti xırdalıq dərəcəsindən asılıdır. Odur ki, 10 q streptosid ən narın poroşok şəklində buraxılır.
Poroşokların xüsusi texnologiyası
Rp.: Streptocidi subtilissimi 0,3
D. S. Gündə bir dəfə 1 poroşok.
Streptosidin suda həllolması və adsorbsiya qabiliyyətini artırmaq üçün onu narın poroşok şəklində buraxmaq lazımdır.
Aptekdən 25,0 natrium sulfat əzilmədən mumlu kağızda buraxılır və ev şəraitində xəstə tərəfindən suda həll edilərək qəbul edilir.
Poroşokların xüsusi texnologiyası
Mürəkkəb poroşoklar sadə poroşoklar kimi dozalanmamış və dozalanmış olur.
Mürəkkəb poroşokların tərkibinə müxtəlif bərk, hətta maye dərman preparatları, ekstraktlar, tinkturalar, efirli yağlar poroşok kütləsinin səpilə bilmə xassəsini pozmamaq şərtilə daxil edilir.
Rp.: Natrii hydrocarbonatis 6,5
Acidi tartarici 6,0
Natrii sulfatis exsiccuti 6,3
M. f. Pulv.
D.S. Botkin poroşoku.
Poroşokların xüsusi texnologiyası
Bu poroşok daxilə işlənir, suda həll olunduqda natrium-hidrokarbonatla çaxır turşusu arasındakı reaksiya nəticəsində karbon qazı fışıltı ilə ayrıldığı üçün bunlara fışıldayan poroşoklar deyilir.
Fışıldayan poroşokların tətbiqi mədə-bağırsaq peristaltikasının artmasına, xəstənin əhvali-ruhiyyəsinin yaxşılaşmasına və dərman maddələrinin xoşagəlməz dadlarının xəstə tərəfindən hiss edilməməsinə əsaslanmışdır.
Botkin poroşokunu hazırlamaq üçün qurudulmuş tartarat (çaxır) turşusu quru və azca qızdırılmış həvəngdə qurudulmuş natrium-sulfatla qarışdırılır, sonra natrium hidrokarbonat əlavə edilir, quru şüşə bankaya yığılaraq ağzı möhkəm bağlanır.
Mürəkkəb dozalanmış poroşoklar əsasən daxilə təyin edilir. Bunların tərkibindəki bərk dərman maddələri müxtəlif dozalar xüsusi çəkiyə, xırdalıq dərəcəsinə malik ola bilir. Mürəkkəb poroşokların tərkibinə boyayıcı dərman maddələri, çətinliklə poroşok halına düşən maddələr qatılır.