1. Bərk dərman formaları, yığıntılar 2. Poroşoklar. Təsnifatı 3. Poroşoklara aid reseptlərin yazılma qaydası 4. Poroşokların hazırlanma texnologiyası
S. Novruzova
Bərk dərman formaları Yığıntılar
Bərk dərman formalar. Yığıntılar
Bərk dərman formalarına yığıntılar, poroşoklar, tabletlər, mikrodrajelər (spansullar), dənəciklər (granulalar) və s. aiddir.
Aptek şəraitində bunlardan əsasən poroşoklar hazırlanır.
Yığıntılar (Species latınca cins növ deməkdir) – doğranılmış DBX-dan ibarət olub, duz, efir yağı və ya digər maddələr əlavə edilməklə hazırlanır. Yığıntılar tarix etibarilə insanlar üçün birinci dərman növü hesab edilir. Yığıntı əldə etmək üçün dərmanın tərkibinə daxil olan bitkiləri doğrayaraq bir-birilə sadəcə qarışdırmaq lazımdır. Çox hallarda yığıntılardan sulu dəmləmələr və bişirmələr hazırlanır.
Ümumiyyətlə, yığıntılar qurumuş bitki hissələrinin, məsələn: köklərin, qabıqların, yarpaqların, çiçəklərin, ləçəklərin, otların və s. məlum ölçülərdə doğranmışının və əzilərkən iri toz halına salınmışının qarışığına deyilir.
Yığıntılar (Species)
Üstün cəhətləri:
Xammal dəyəri ucuzdur
Tərkibə daxil olan bitkilərdən nativ vəziyyətdə istifadə edirlər
Hazırlanma və istifadəsi sadədir
Mənfi cəhətləri:
Dozalanmanın dəqiq olmaması
Təsnifatına görə yığıntılar:\
Dozalanmış (Species divisae)
Dozalanmamış (Species indivisae)
Dozalanmış yığıntılar: a) adi b) preslənən c) həll olan çaylara bölünür.
Yığıntılar (Species)
Tərkiblərinə görə yığıntılar : a) sadə b) mürəkkəb
İstifadə qaydasına görə:
daxilə - büzüşdürücü, ödqovucu, iştahartırıcı, sakitləşdirici, işlədici, qazqovucu və s.