Hazırda sıxılmış yığıntılardan istifadə edirlər. Bu yığıntılar qəlib şəklində olub yarıqlar vasitəsilə hər dəfə qəbul olunmaq üçün ayrı-ayrı hissələrə bölünür. Bu yığıntılar hazır olduqdan sonra nazik qalay vərəqəsinə bükülmüş halda satışa buraxılır.
Yığıntının qalay vərəqəyə bükülməsi onun ətirinin, dadının və tərkibində olan bitkilərin rənglərinin mühafizə olunmasına səbəb olur. Bu növ yığıntılar düzgün atım miqdarında olduğuna görə bunlardan istifadə etmək daha əlverişlidir.
Poroşokların təsnifatı
Poroşoklar
Poroşoklar müasir tibbdə geniş istifadə olunur. Apteklərdə hazırlanan dərman formalarının 20-40%-ni poroşoklar təşkil edir. Poroşoklar bir və ya bir neçə xırdalanmış dərman maddəsindən ibarət olub səpilə bilmək qabiliyyətinə malik, xaricə və daxilə istifadə edilən bərk dərman formasıdır.
bəzisinin isə disperslik dərəcəsi yüksəldikcə hiqroskopiklik xassəsi artır və s.
Poroşoklara qarşı irəli sürülən tələblər:
Stabil olmalıdır
Eynicinsli olmalıdır
Asan səpilməlidir
Dəqiq dozalanmalıdır
Mürəkkəb poroşokun bütün kütləsi boyunca dərman bərabər paylanmalıdır.
Poroşokların təsnifatı
Poroşoklar
üçün xammal kimi müxtəlif dərman maddələrindən, məsələn, kristal duzlardan, üzvi birləşmələrdən, qurudulmuş bitki hissələrindən (drohlardan), heyvanların müxtəlif orqanlarından alınan maddələrdən və s. istifadə olunur. Poroşokların tərkibinə daxil olan dərman maddələri müxtəlif aqreqat (məsələn, bərk, qatı, maye) halında ola bilər.