1. Bərk dərman formaları Poroşoklar, təsnifatı, texnologiyası Poroşoklara aid reseptlərin yazılma qaydası 4


Rp.: Camphorae 0,1 Rp.: Camphorae 0,1



Yüklə 1,5 Mb.
səhifə12/12
tarix26.04.2023
ölçüsü1,5 Mb.
#103111
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu3

Rp.: Camphorae 0,1

Rp.: Camphorae 0,1

Sacchari 0,3

M.f. pulv.

D.t.d №10 charta perqamenta

S.1 poroşokdan gündə 2 dəfə

3,0 şəkər əzilir, kənara ağ kağız üzərinə tökülür.1,0 kamfora 8-10 damcı 95%-li spirtlə əzilir sonra şəkər əlavə edilir, qarışdırılır 0,4-dan 10 poroşok çəkilib, bükülür.

Rp.: Camphorae 0,1

Valerianae qtt v

Sacchari 0,4

M.f pulv.

D.t.d.№10

S. 1 poroşok gündə 2 dəfə

Bəzən çətin əzilən maddələr tinkturalar ilə birgə yazılır. Bu zaman onlar spirt əvəzinə tinktura ilə əzilərək narın hala salınır. Kamfora 5 damcı valerian tinkturası ilə əzilərək şəkərlə qarışdırılır.

Efirli yağlı şəkərlər

Elaeosacchara formasında poroşokların tərkibinə verilir.

Efirli yağlar mayedir. Bunların şəkərlə qarışığı yağlı şəkər adlanır. Onlar əksərən pis qoxuya acı dada malik olan güclü təsiredici və zəhərləyici maddələrlə birlikdə yazılır. Nanə, cirə, şüyüd yağları ilə yağlı şəkərlər hazırlandıqda 2 qram şəkərə 1 damcı yağ, qızılgül, narınc və başqa yağlarla yağlı şəkərlər hazırlandıqda 4 qram, çuğundur şəkərinə 1 damcı efirli yağ əlavə etmək lazımdır. Yağlı şəkərlər yağın adı ilə adlanır.

Efirli yağlı şəkərlər

Rp.: Opii pulverati 0,01

Tannalbini 0,2

Elaeosacchari Menthae 0,4

M.f. pulv

D.f.d. № 10

S. 1 kapsuladan gündə 3 dəfə

Yağlı şəkərlər ex tempore hazırlanır. Əvvəlcə nanənin yağlı şəkəri hazırlanır. Bunun üçün 4,0 şəkər əzilərək narın poroşok şəklinə salınır, üzərinə 2 damcı efirli yağ əlavə edilib qarışdırılır və alınmış yağlı şəkər ağ kağız üzərinə tökülür. Sonra həvəngə 0,1 tiryək poroşoku üzərinə hissə-hissə tannalbin poroşoku (2,0) əlavə etməklə qarışdırılır. Sonra yağlı şəkər həvəngə əlavə edilir, qarışdırılır. 0,61-dan 10 poroşok çəkilib perqament kağıza bükülür, möhürlənmiş şəkildə buraxılır.

Burada mumlu və ya parafinli kapsulalardan istifadə olunmamalıdır, çünki mum və ya parafin efirli yağı absorbsiya edir.


SON
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin