1. Bərk dərman formaları Poroşoklar, təsnifatı, texnologiyası Poroşoklara aid reseptlərin yazılma qaydası 4


nömrəli həvəng üçün maksimal yük - 112,0 q, optimal yük - " - 42,0q



Yüklə 1,5 Mb.
səhifə7/12
tarix26.04.2023
ölçüsü1,5 Mb.
#103111
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu3

7 nömrəli həvəng üçün maksimal yük - 112,0 q, optimal yük - " - 42,0q

2. Ələnmə (cribratio). Poroşokların hazırlanmasında ələnmə əməliyyatı əsasən zavod və ya fabrik şəraitində tətbiq olunur. Bəzən aptek təcrübəsində də (xüsusən bitki xammallarının xırdalanması zamanı) ələnmə tətbiq olunur. Bu məqsədlə həm farmakopeyada göstərilən ələklərdən, həm də xüsusi ələklər yığımındam (0-dan 15-ə qədər nömrələnmiş) istifadə olunur. Bu ələklərin, həmçinin, Dövlət Standartı (DST) üzrə də nömrələri olur. 0 (sıfır) nömrəli ələkdən keçən poroşoklardan ən narın (pulveres longe subtilissimus), 15 nömrəli ələkdən keçən poroşoklardan isə ən iri (pulveres longe grossissimus) poroşoklar alınır.

3. Qarışdırma (mixtio) əməliyyatı aptek şəraitində əsasən poroşok halına salma ilə eyni vaxtda aparılır. Bu əməliyyatın da poroşokların hazırlanmasında rolu böyükdür.

4. Dozalandırma (dioisio). Məlum olduğu kimi, poroşoklar hazırlandıqdan sonra reseptdəki göstərişə əsasən dozalara bölünür ki, bunlar da kiçik əl tərəzilərində çəkilir. Qeyd etmək lazımdır ki, dozalama zamanı poroşokların çəkilərində müəyyən xətalara yol verilir. Əl tərəzilərilə yanaşı, digər dozatorlardan da (TK-3, DP-2 dozatorları və s.) istifadə edilir.

5. Qablaşdırma. Poroşokların buraxılmasında əsasən kağız kapsullardan istifadə edilir ki, bunlar da ya fabriklərdə və yaxud da aptekdə (7.5x10 sm) adi hamar ağ kağızlardan hazırlanır. Poroşokların tərkibindəki maddələrin hidroskopik, qoxulu və s. olmasından asılı olaraq mumlu, parafinli və perqament kağızlardan da istifadə edilir. Bunlarla yanaşı poroşokların qablaşdırılmasında nişasta və jelatin kapsullar da tətbiq olunur ki, bunlar da tibbi kapsullar adlanır.

Poroşokların xüsusi texnologiyası

Sadə poroşoklar. Bir dərman maddəsindən ibarət olan poroşokların müasir aptek resepturasında istifadə edilir. Bunların hazırlanması çox sadə olub aptekdən buraxılması isə dərman maddələrinin fiziki-kimyəvi xassələri və tibbi təyinatları ilə əlaqədardır (məsələn, suda həll edilib işlənən). Kiçik dispersiyalığa malik olan dərman maddələri (natrium-hidrokarbonat, nişasta, kaolin, maqnezium-oksidi, sink-oksidi və s.) təkrar xırdalanmadan buraxılır. Digər maddələr isə əzilərək müəyyən narınlıq dərəcəsində buraxılır.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin